Çingiz xanın məzarı niyə tapılmır? (ARAŞDIRMA
Qədim Monqol imperiyasının xəzinəsindən də bir hissənin gizləndiyi böyük döyüşçünün məzarı hələ də sirr olaraq qalır. Monqollar bunun sirr olaraq qalmasından məmnundurlar sanki.
Bu torpaqlar özü qədər zəngin əfsanələr daşıyır. Nə yollar var, nə də tikililər: sonsuz bir səma, quru ot və vıyıltılı külək.
Köçərilərin "ger" adlandırdıqları çadırda duzlu-südlü çay içmək və atlar və keçilərin şəkillərini çəkmək üçün dayanırdıq. Bəzən isə dayanmaq niyyəti ilə dayanırdıq.
Monqolustanın Ömnögovi əyaləti maşınlar belə getdikcə bitmək bilmir. Buranı at belində qət etməyi heç təsəvvür belə edə bilmirəm.
Fəqət bura, dünyanı at belində fəth edən Çingiz xanın vətənidir. Onun həyat hekayəsi oğurluq, qan, sevgi və qisasla doludur.
Bu yalnız hekayədir. Əfsanə isə ölümü ilə başlayıb.
Çingiz xan bir zamanlar Sakit okean ilə Xəzər dənizi arasındakı böyük bir ərazini idarə edib. Ölüm ayağında ikən gizli dəfn edilməyi istəyib.
Yas tutan ordu onun cansız bədənini evə gətirərkən qarşısına çıxan hər kəsi öldürüb ki, yolu gizli saxlaya bilsin. Dəfndən sonra isə, qəbrin üzərindən min at o tərəf-bu tərəfə yeridilib ki, iz qalmasın.
Çingiz xanın ölümünün 800-cü ilində belə, heç kəs qəbrin harada olduğunu bilmir.
Çingiz xanın qəbrinin izi qalmasın deyə min at torpağın üzərində var-gəl edib
Bu, Çingiz xanın vətənində sevilmədiyi mənasına gəlmir. Tam əksinə, onun siması pulda və araq şüşəsi üzərində əks olunub və yəqin ki, öldüyü 1227-ci ildən daha çox indi məşhurdur.
Buna görə də onun qəbrinin axtarışının tabu hesab edilməsini anlamaq xaricilər üçün çətin olar bilər.
Bu etinasızlıq xarici mediada adətən bir lənət kimi qələmə verilir: əgər Çingiz xanın qəbri tapılarsa, dünya dağılacaq.
Bu isə 1941-ci ildə Sovet arxeoloqları tərəfindən açılan 14-cü əsr türk-monqol kralı Tamerlanın qəbrinin əfsanəsi ilə bağlıdır. Qəbir açılar-açılmaz nasistlər Sovet İttifaqını işğala başlamışdılar. Mövhumatçı insanlar hadisələr arasındakı əlaqəyə inana bilərlər.
Lakin, mənim tərcüməçim Uelun buna inanmır.
Rusiyanın Ulan-Udedə yerləşən Buryat Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsi məzunu Uelun, qətiyyən mövhumata qulaq verən birinə bənzəmirdi. Ona görə hər şeyin əsasına hörmət dayanır. Çingiz xan qəbrinin gizli qalmasını özü istəyib.
"Onlar xanın qəbrini gizlətmək üçün bu qədər əziyyətə qatlaşıblar," o vurğuladı.
Qəbri açmaq onun arzularını qulaq ardına vurmaq demək olar.
Ümumi rəy də belədir. Monqolustan, qədim ənənələr və qürur ölkəsidir.
Bir çox ailələr Böyük Xaqanın əksi olan qobelen və portretlərə sahibdirlər. Bəziləri özlərini ali ailənin soyundan bilib "Qızıl Törəmə" adlandırır. Böyük döyüşçü Monqolustanda hələ də qüdrətli şəxsiyyət kimi qəbul edilir.
Çingiz xanın qəbrinin axtarışında
Çingiz xanın ölüm ayağındakı istəyinə verilən mədəni qiymətdən savayı, qəbrin axtarışına texniki problemlər mane olur.
Monqolustan çox böyükdür və inkişaf etməyib. Böyük Britaniyanın ölçüsündən yeddi dəfə böyük olan ölkə ərazisinin yalnız 2%-də yol salınıb.
Əhalinin sıxlığı o qədər aşağıdır ki, Qrenlandiya və bir neçə ucqar adalardan belə dala qalır. Belə olduqda istənilən mənzərə çöllüyə açılır.
İnsan izini isə ya çoban çadırı, ya da dualarla dolu qaya türbələr ilə ölçmək olur. Bu cür təbiət heç şübhəsiz ki, özündə çox sirlər saxlamağa qadirdir.
Dr. Dimaacav Erdenebaatar arxeoloq kimi karyerasını bu cür çətinliklər üzərində qurub.
Monqolustanın paytaxtında yerləşən Ulan Bator Dövlət Universitetinin Arxeologiya Şöbəsinin rəhbəri kimi Dr. Erdenebaatar, qəbrin axtarışında təşkil olunmuş ilk birgə ekspedisiyanın iştirakçısı olub.
Qurvan Göl (Üç Çay) adlı yapon-monqol layihəsi, Çingiz xanın doğulduğu Kentii əyalətində təşkil edilibmiş.
Bu ekspedisiya, Monqol Demokratik İnqilabı ilə eyni ildə 1990-cı ildə baş tutub. İnqilab Çingiz xanın qəbrinin axtarışını da qəbul etməyib və Qurvan Göl layihəsinə qarşı ictimai etirazlar keçirilib.
Uelunla mən Dr. Erdenebaatar ilə Ulan Bator Dövlət Universitetində görüşdük.
Biz qəbir, ələlxüsus hazırkı layihə və Çingiz xanın son mənzili arasındakı oxşarlıqlar haqqında danışdıq. 2001-ci ildən bəri Dr. Erdenebaatar, Monqolustanın mərkəzində yerləşən Arxanqay əyalətindəki iki min illik yaşı olan Hun xanları məzarlığında qazıntılar aparır.
Dr. Erdenebaatar inanır ki, monqollar hunlardan törəyib. Çingiz xan özü də bu fikirdə olub. Bu səbəbdən də eyni dəfn adətinə əməl oluna bilərdi və Hun qəbirləri Çingiz xanın məzarının görünüşü ilə bağlı təsəvvür yaratmaqda köməkçi ola bilər.
Bir çoxları Çingiz xanın məzarının Monqol imperiyasının müxtəlif tərəflərindən gətirilmiş qənimətlərlə dolu olduğuna inanır
Hun xanları yerdən 20 sm dərinlikdə kamera şəkilli otaqlarda dəfn olunurmuşlar.
Yerin üzərində isə dördkünc daş örtülərmiş. Birinci məzarı qazmaq üçün Dr. Erdenebaatar 10 yayını sərf etsə də, oraya oğrular daha tez çata bilibmişlər.
Bununla belə, burada hunların diplomatik olaraq haralara qədər gedib çıxdığını göstərən əşyalar tapılmışdı: Çin arabası, Roma şüşə qabları və çoxlu qiymətli metal.
Dr. Erdenebaatar məni universitetin tapıntılarla dolu kiçik muzeyinə apardı. O, Çingiz xan və onun varisləri tərəfindən də istifadə olunan bəbir və tək buynuzlu atların əks olunduğu əşyaları göstərdi.
Bir çoxları Çingiz xanın məzarının Monqol imperiyasının müxtəlif tərəflərindən gətirilmiş qənimətlərlə dolu olduğuna inanır.
Mövzuya xarici marağın bu qədər çox olmasını səbəblərindən biri də budur. Əgər Böyük Xaqanın Hun tərzində dəfn edildiyinə inansaq, bunu dəqiq bilmək bir az çətin ola bilər. Bu cür məzarlarla dolu və hər bir məzarın 20 sm dərinlikdə yerləşdiyi qəbiri Monqolustan kimi böyük ölkədə tapmaq çətin məsələdir.
Dr. Erdeenbaatar-a Çingiz xanın qəbrinin tapılıb tapılmayacağını sual etdikdə o, sakit formada çiyinlərini çəkdi. Onun işi üçün ömür bəs etməz. Tarix çox əngindir.
Qadağan olunmuş yer
Rəvayətə görə, Çingiz xan Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsində basdırılıb. O, cavan ikən düşmənlərindən burada gizləndiyinə görə, deyirlər ki, burada öləcəyinə əhd edibmiş. Alimlər onun dağın dəqiq harasında basdırıla biləcəyini də bilirlər.
Rəvayətə görə, Çingiz xan Kentii dağlarında basdırlıb
"Bu müqəddəs dağdır," 13-cü əsr monqol tarixi üzrə mütəxəssis və Ulan Bator Dövlət Universitetinin tarix üzrə professoru Dr. Sodnom Tsolmon dedi.
"O demək deyil ki, xan burada dəfn edilib."
Alimlər Çingiz xanın məzarının yerini müəyyənləşdirməkdən ötrü tarixi hesablamalara əl atırlar. Fəqət, onların təsvir etdiyi mənzərə adətən ziddiyyətli olur.
Min atın var-gəl etdiyi yer vadi və ya Hun məzarlığının yerləşdiyi kimi çöllüyə işarə edir. Monqol etnoloqu S. Badamxatan tarixdə Burxan Xaldun adlı beş dağ olduğunu vurğulayaraq məsələni daha da qəlizləşdirib (baxmayaraq ki, o, müasir Burxan Xaldunun dəqiq olduğuna inanır).
Nə Dr. Tsolmon, nə də mən Burxan Xalduna qalxa bildik.
Müqəddəs dağa qadının qalxması qadağandır. Bir zamanlar bu əraziyə yalnız xan ailəsi daxil ola bilərmiş.
İx Qoruq və ya Böyük Tabu kimi bilinən ərazi, artıq Xan Kəndi adı altında Unesco Dünya İrsinə daxildir və ciddi şəkildə qorunur.
Tədqiqatçılar Burxan Xaldunu fəth edə bilmədiklərinə görə Çingiz xanın yeri ilə bağlı suallar da sirr olaraq qalmaqda davam edir.
Döyüşçünün son arzusunu yerinə yetirmək
Məzara çatmaq bu qədər qəliz ikən, niyə məsələ Monqolustanda hələ də mübahisə doğurur?
Çingiz xanın hakimiyyəti öz əksini diplomatik toxunulmazıq və dini azadlıq kimi anlayışlarda tapır
Çingiz xan Monqolustanın dahi qəhrəmanıdır. Qərb onu işğalçı kimi, monqollar isə yaradıcı kimi xatırlayır. Onun imperiyası Şərq ilə Qərbi birləşdirərək İpək Yolunun çiçəklənməsinə səbəb olub. Onun hakimiyyəti öz əksini diplomatik toxunulmazıq və dini azadlıq kimi anlayışlarda tapır. O, etibarlı poçt xidməti yaratmış və kağız əskinasların dövriyyəsini təşkil etmişdir. Çingiz xan dünyanı işğal etməklə yanaşı, inkişaf da etdirib.
O, hələ də böyük hörmətlə anılır və elə bu səbəbdən də Uelun kimi monqollar qəbrin toxunulmaz qalmasını istəyirlər.
"Əgər onlar bizim məzarı tapmamızı istəsəydilər, bir nişanə saxlayardılar."
Uelun sözünü belə bitirdi.
Qaynarinfo.Az
Mənbə: BBC
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
