Rektor öz qızı, bacısı oğlu və digər qohumlarının adlarına yüksək maaş yazdırır — Mustafa Babanlı məhkəməyə verildi

"Nüfuzuma xələl gətirdikləri üçün mən rektor Mustafa Babanlıdan və prorektor Qasım Məmmədovdan ayrı-ayrılıqda 15 min manat təzminat tələb edirəm"
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Rəna Gülmalıyeva sözügedən universitetin rektoru Mustafa Babanlını məhkəməyə verib.
Bu barədə “Ölkə.Az”-a Rəna Gülmalıyeva özü məlumat verib.
O, iddia edir ki, rektor Mustafa Babanlı onu zorla işdən çıxartmağa çalışır:
“Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin olunandan bəri haqsızlıqlarla üzləşirəm. Mən 11 ildir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləyirəm, iqtisadçı dosentəm, Mustafa Babanlı isə 2 il deyil ki, universitetə rektor təyin olunub. Problem də bundan sonra başlayıb. Mayın 15-də rektor Mustafa Babanlının fakültələrlə görüşü zamanı mən ona bildirməşəm ki, Universitetin İqtisadiyyat fakültəsinin filan problemləri mövcuddur. Dedim ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dekanı ilə kafedra müdiri qruplaşma yaradıb və öz adamlarına dərsə girmədən maaş yazırlar və sairə. Mən isə dərsə girə-girə onlardan az maaş alıram. Mənim bu fikirlərim rektorun xoşuna gəlmədi və mənə töhmət verdi. Guya mən yalan danışmışam. Halbuki, ötən 11 ildə bir dəfə də töhmət almamışam. Bir ay ərzində haqsız yerə 3 dəfə töhmət almışam. Əsas istəyi odur ki, məni ləkələyərək işdən çıxartsın. Ancaq mənə qarşı edilən bu cür haqsızlıqlarla bağlı Nəsimi rayon məhkəməsinə müraciət etmişəm. Artıq işdə məhkəmə tərəfindən icraata götürülüb. Məhkəmə işi avqustun 7-də başlayacaq. Nüfuzuma xələl gətirdikləri üçün mən rektor Mustafa Babanlıdan və prorektor Qasım Məmmədovdan ayrı-ayrılıqda 15 min manat təzminat tələb edirəm”.
Rəna Gülmalıyeva Mustafa Babanlını korrupsiya əməllərində də ittiham edib:
“Qohumların bir yerdə çalışmasını qanun da qadağan edir. Ancaq Mustafa Babanlı bütün qohumlarını Universitetə işə götürüb. Mustafa Babanlı bacısı oğlu Rusif Hüseynovu bizə müşavir qoyub və ona çox yüksək maaş yazır. Rusif Hüseynovun həyat yoldaşını isə Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib. Bu adamlar da ər-arvad Universitetin pulu hesabına hər ay xaricə gedib-gəlirlər.
Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər mərtəbəsində bufet-kafe fəaliyyət göstərir. Rektor həmin yerləri icarəyə verib, heç bir vergi də ödəmirr. Mən bununla bağlı Vergilər Nazirliyinə də müraciət etmişəm. Onlar da yoxlayıb, mənim doğru məlumat verdiyimi təsdiq ediblər. Hətta, buna görə vergi işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetini cərimələyiblər. Bütün bunlara mən səsimi çıxartdığım üçün rektor məni ləkələyib işdən çıxartdırmaq istəyir”.
Rəna Gülmalıyeva qeyd edir ki, Mustafa Babanlı qızı Məhsəti Babanlını da qanunsuz olaraq Universitetə cəlb edib, adına maaş yazdığını söyləyib:
“Hazırda Mustafa Babanlının qızı Məhsəti BabanlıAzərbaycan Dövlət Neft və Sənaye Universitetində birinci kursda magistr təhsili ala-ala həm də dərs deyir. Halbuki qanun buna icazə vermir. Mən bütün bunlara etiraz etdiyim üçün Mustafa Babanlı tələbələrin adından məni qaralamağa çalışır. Deyir ki, guya tələbələr məndən şikayət ediblər və sairə. Təsəvvür edin ki, mən imtahanı alıb bitirmişəm. Rektor isə indi tələbələrin adından yalançı şikayət hazırlatdırıb. İddia edirlər ki, guya mən tələbələrə dərs keçməmişəm. Halbuki, mən imtahanı may-iyun ayında götürmüşəm”.
"Ölkə.Az" sözügedən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov universitetin müəllimi Rəna Gülmalıyevanın onu və rektor Mustafa Babanlını məhkəməyə verməsinə münasibət bildirib.
Q.Məmmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, hazırda rektor Mustafa Babanlı məzuniyyətdə olduğu üçün onu əvəz edir.
Prorektor Rəna Gülmalıyevanın ittihamlarının tamamilə əsassız olduğunu söyləyib:
“Rəna Gülmalıyevanın bizdən narazılıq etməsinin səbəbi ayrıdır. Bilirsiniz ki, əvvəlki rəhbərliyin dövründə Universitetdə vəziyyət necə olub. Hərə necə istəyirdisə, onu da edirdi. Artıq cənab Prezident tərəfindən Mustafa Babanlı rektor təyin olunandan sonra Universitetin tədris prosesində qanun bərpa olunub və müəllimlər öz vəzifələrinə tam məsuliyyətlə yanaşmağa məcbur edilib. Biz Universitet müəllimləri olaraq öz tələbələrimizə yüksək təhsil verməliyik. Bunun üçün də biz Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərə “açıq dərs” təşkil edirik. Hər müəllimə olduğu kimi, 2016-cı ilin tədris ilində də Rəna Gülmalıyeva üçün də “açıq dərs” təyin olunmuşdu. Ancaq Rəna Gülmalıyeva “açıq dərs” günündə bülleten götürüb. Bizdə də “açıq dərs” nəzərdə tutulursa, o mütləq keçirilməlidir. Yalnız müəllim xəstələndiyi halda təxirə salına bilər. Rəna Gülmalıyevanın “açıq dərsi” də təxirə salınmışdı. Rəna Gülmalıyeva işə çıxandan sonra bu barədə ona xəbərdarlıq olunaraq bildirilib ki, sizin üçün “açıq dərs” filan tarixdə keçiriləcək. Ancaq Rəna Gülmalıyeva yenə də həmin vaxtı bülleten götürüb. Sanki, o “açıq dərs”lərdən qorxurdu. Ona görə də “açıq dərs”ə girməmək üçün hər cür əngəllər törədirdi. Nəhayət ki, 3-4-cü cəhdimizdə ona “açıq dərs” keçirməyə nail olduq. Bu zaman qiymətləndirilmədən sonra ona çox aşağı qiymət yazılıb. Rəna Gülmalıyeva da bundan sonra Universitet rəhbərliyinə qarşı yalan və böhtan danışmağa başlayıb”.
Q.Məmmədov rektor Mustafa Babanlının yaxın qohumlarını işə götürüb, adlarına maaş yazması məsələsinə münasibət bildirib:
“Rusif Hüseynov və onun həyat yoldaşı Cəmilə Hüseynova xaricə elə-belə gəzmək üçün getmirlər. Onlar işlə bağlı ezamiyyətə göndərilirlər. Həmin Cəmilə xanımın apardığı iş nəticəsində Almaniyadan 16 tələbəni bura cəlb edib. Bu gün də onlarn yay məktəbləri işə başlayır. O, beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində işini uğurla davam etdirir. Biz onu elə-belə xaricə gəzmək üçün göndərmirik, iş dalına göndəririk. Bütün bunlar Universitetin maraqlarına xidmət edən ezamiyyətlərdir. Məhsəti Babanlı kimi, bu gün magistirlərimizin 92 faizi təhsil ala-ala işləyirlər. Bunu biz məqsədli şəkildə edirik ki, onlar həm təhsil ala, həm də işləyə bilsin. Bunun da əsas səbəbi odur ki, Universiteti bitirən magistirə işə düzəlmək istəyəndə ilk sual iş təcrübəsinin olub-olmaması ilə bağlı olur. Bütün suallara magistrlar hazır olsun deyə, biz də onların dərslərini yaxşı təşkil edirik. Bir qism magistiri isə Universitetimizə laborant kimi cəlb etmişik. Xüsusi komissiya tərəfindən seçilmiş 18 magistirmizi isə Universitetə müəllim kimi işə götürmüşük. Doğrudur, onların maaşı azdır. Ancaq həmin magistrlərimiz həqiqətən də öz ixtisaslarına uyğun olaraq çox yaxşı fəaliyyət göstərirlər. Onlardan biri də Məhsəti Babanlıdır ki, doğrudan da müəllim kimi çox yaxşı tədris işi aparır. Onun Universitetdə çalışmasında atasının rektor olmasının heç bir rolu yoxdur. Əksinə, atası qızının ora seçilməsinə görə çox sevinib. Məhsəti xanımın da Universitetdə müəllim kimi işləməsi seçim yolu ilə olub”.
Q.Məmmədov Rəna Gülmalıyevanın 15 min təzminat tələbinə də cavab verib:
“Əvvəla, mənim heç bir təzminat ödəmək fikrim yoxdur. Uzun illərdir ki, müəllim işləyirəm. İndiyədək 15 min manatı bir yerdə görməmişəm. O çox şey istəyə bilər. Mənim 15 minim hardandır? Məhkəmədə də sözümü deyəcəm. Ümumiyyətlə, bunu ictimailəşdirməyə ehtiyac yox idi”.
NUH.az
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 2025 22:14
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 2025 10:43
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 2025 09:41
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 2025 12:22
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 2025 10:16
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 2025 17:18
- Daha bir rayonda dəbdəbəli yas verilməsi ləğv edildi
17 avqust 2025 16:58
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 2025 16:52
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24