Hacıqabul qətliamının TƏFƏRRÜATLARI: "Qatil səhvən başqa ailəni güllələyib"-FOTO
Xəbər verildiyi kimi bu gün səhər saatlarında Hacıqabulda evə basqın edən silahlı şəxs iki qardaş Məhəmməd və Natiq Qəmbərovların ailəsinin 5 üzvünü güllələyib, daha sonra özünü vurub. Meksikada silahlı quldur qruplaşmaları tərəfindən törədilən dəhşətli qətliamları xatırladan bu hadisəni törədən şəxs Hacıqabul sakini, əvvəllər dəfələrlə məhkumluq yaşamış, 1971-ci ildə anadan olmuş Mübariz Mehdiyevdir. Qətliamın motivi isə Mehdiyevlə Moskvada bizneslə məşğul olan, “Moskva Natiq” kimi tanınan Natiq Qəmbərov arasında Rusiyada başlamış ədavətdir.
virtualaz.org saytının reportyor qrupu hazırda Hacıqabulda, dəhşətli hadisənin baş verdiyi yerdədir. Reportyor qrupumuzun bildirdiyinə görə hazırda qətliamın baş verdiyi yer-Məhəmməd Qəmbərovun Bayram İbrahimov küçəsində yerləşən evi avtomatlı polislərin nəzarətindədir, içəri heç kim buraxılmır. Hazırda evdə qətlə yetirilənlərin yaxınlarının iştirakı ilə yas məclisi gedir, məclisdə ancaq kişilərin iştirakına icazə verilir.
Hadisə barədə qonşulardan heç kim jurnalistlərə danışmaq istəmirdi. Adını açıqlamayan bir sakin isə əməkdaşlarımıza xəbərdarlıq edib ki, Hacıqabulu tərk etsələr yaxşıdır. “Bizim camaat qonaqpərvər camaatdır, ancaq bu hadisə barədə jurnalistlərə danışılacaq heç nəyimiz yoxdur. Getsəniz yaxşıdır, bir az qabaq hansısa telekanaldan çəkilişə gəlmişdilər, qovduq”-qətliamın baş verdiyi evin qarşısında dayanan kişilərdən biri bildirib.

Əməkdaşlarımız çətinliklə də olsa onu öyrənə biliblər ki, Qəmbərovlar ailəsinin üzvlərini qətlə yetirən Mübariz Mehdiyevin hədəfi əslində Natiq Qəmbərov və onun ailə üzvləri olub. Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Nazim eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib.
Əməkdaşlarımız Qəmbərovlar ailəsinin qonşularından çətinliklə də olsa öyrənə bilib ki, hadisə saat 6.00 radələrində baş verib. Mübariz Mehdiyev lüləsi kəsik ov tüfəngi ilə silahlanıbmış. O, özü ilə gətirdiyi taxta nərdivanı Qəmbərovların evinin hasarına söykəyib və içəri keçib. Əvvəlcə həyətdə “Moskva Natiq”ə məxsus olan “Mercedes ML” markalı “cip”ə od vurub. Evin sahibi –“Moskva Natiq”in atası Məhəmməd Qəmbərov səsə həyətə çıxıb, bu zaman Mübariz Mehdiyev Məhəmməd Qəmbərova atəş açaraq onu yaralayıb.
Yaralı dərhal darvazadan həyətə qaçıb və evlərindən bir qədər aralıda yerləşən təcili tibbi yardım stansiyasına özünü çatdırıb. Elə polisə də Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məhəmməd Qəmbərovu yaralayandan sonra basqınçı çox güman ki, “Moskva Natiq”i öldürmək üçün yanlış olaraq onun əmisinin evinə daxil olub və qarşısına keçənə atəş açıb. Polislər az sonra hadisə yerinə gəlib və Mübariz Mehdiyev evin damından həyətin arxa tərəfinə düşərək qaçmağa çalışıb. Lakin polislərlə atışmada yaralanıb. Qonşuların dediyinə görə yaralandığını görən M.Mehdiyev sağ ələ keçməmək üçün silahı ilə özünü vurub.
Qonşular deyirlər ki, qətliamı törədən şəxs avara, dəfələrlə məhkum olunmuş biridir. Yaxınlıqda yaşamadığından onun barəsində ətraflı məlumat yoxdur. Habelə Mübariz Mehdiyevin Moskvada Natiq Qəmbərovla ədavətinin səbəbi də məlum deyil. Hadisə vaxtı Natiq Qəmbərov da evdə olub və o, silahlı basqını görərək qaçıb. Nəticədə sağ qalıb. Hazırda Natiq Qəmbərov qətliamın baş verdiyi həyətdədir, lakin içəri heç kimi buraxmadıqlarından onunla təmas qurmaq mümkün olmayıb.
Qonşuların bildirdiyinə görə, M.Mehdiyev “Moskva Natiq”in atasını vurduqdan sonra evi səhv salaraq N.Qəmbərovun əmisinin evinə girib, orada Məhəmməd Qəmbərovun qardaşı Nazim Qəmbərovu, oğlu Natiqi (1988-ci il təvəllüdlü) və qızı Gülbağdanı (təvəllüdünü dəqiqləşdirə bilmədik) güllələyib, daha sonra qonşu evdən səsə çıxan qadını-Natiq Qəmbərovun anası Almaranı öldürüb. Həmin vaxt Natiq Qəmbərov qaçmaqla canını qurtarıb. Qonşular deyirlər ki, Məhəmməd Qəmbərovun qardaşının və ailə üzvlərinin bu ədavətdə heç bir rolu olmayıb, onlar günahsız yerə qətlə yetiriliblər.

Hazırda qətliama qurban gedənlərin meyitləri hadisənin baş verdiyi evə gətirilir və birazdan onların dəfn olunacağı gözlənilir.
Əməkdaşlarımız hadisə barədə əlavə məlumatlar öyrənə bilmək üçün Hacıqabul rayon Polis İdarəsində də olublar. İdarədən bildiriblər ki, hadisə araşdırılır və mətbuata açıqlanacaq əlavə məlumat yoxdur.
Sakinlərdən onu da öyrənə bildik ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Rusiyada neçə vaxtdır münaqişə ediblər. Bir müddət əvvəl tərəflər arasında növbəti münaqişə zamanı Mübariz Mehdiyevi möhkəm döyüblər, ağır xəsarətlər yetiriblər. Bu hadisədən sonra N.Qəmbərov Hacıqabula, atasının evinə gəlib. M.Mehdiyev də Azərbaycana qayıdıb və düşməninin Hacıqabulda olduğunu biləndə ondan qisas almaq qərarına gəlib. Və bütün bu qanlı hadisələr Moskvada iki hacıqabullu arasında başlayan münaqişənin nəticəsi olaraq baş verib...
***
Əməkdaşlarımz bu dəqiqələrdə xəbər verdilər ki, qətliamda öldürülənlərin cənazələri dəfn olunmaq üçün Hacıqabul şəhər qəbiristanlığına yola salınıb. Meyitlər az əvvəl hadisənin baş verdiyi evə gətirilib və qısa mərasimdən sonra izdihamın müşaiyəti ilə dəfnə aparılıb. İzdihama toplaşanlar əməkdaşlarımızın çəkiliş aparmasına imkan vermək istəmirlər və onlara qarşı kobudluq edirlər. Bununla belə fotoreportyorumuz bir neçə kadr çəkə bilib.
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
