"Rusiya nə İran, nə də Kuba deyil, məhvə məhkumdur" (MÜSAHİBƏ)
Rusiya ilə ABŞ arasındakı gərginlik getdikcə artmaqdadır. Qərbin sanksiyalarına Rusiya baş naziri Dmitri Medvedyev sosial şəbəkə hesabında münasibət bildirib. O, Rusiyanın ABŞ-la ticarət müharibəsi etməyə hazır olduğunu bəyan edib.
ABŞ başda olmaq Qərb ölkələrinin Rusiya ilə münasibətlərinin gərginləşməsi ilə bağlı politoloq Zərdüşt Əlizadə "Qaynarinfo"ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Rusiya baş naziri Dmitri Medvedyev ölkəsinin Qərb ölkələrinin sanksiyalarına hazır olduğunu bildirib. Sizcə Rusiya iqtisadi sanksiyalara dözə biləcəkmi?
- Rusiyanın Qərbin sanksiyalarına cavab vermək imkanları çox məhduddur. Sadəcə bunu göstərmək üçün iki rəqəm deyə bilərəm. Dünya iqtisadiyyatında Rusiyanın payı 1,5 faiz, ABŞ-ın payı isə 18 faizdir. Avropa Birliyinin iqtisadi çəkisi dünyada 20 faizdir. Həmçinin, ABŞ-ın dünya ölkələrinin 80-90 faizi üzərində həm siyasi, həm də iqtisadi təsiri var. Ona görə, bu müharibədə Rusiya təklənmiş vəziyyətdədir. Rusiyanın diplomatik sahədəki müttəfiqləri Belarus və Ermənistandır, iqtisadi sahədə isə postsovet məkanının bəzi ölkələridir ki, onlarla da əməkdaşlıq ildən-ilə azalır. Misal üçün Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığını götürək. Son 20 ildəki statistikaya nəzər salsaq görərik ki, mütəmadi olaraq Rusiyanın ticarət dövriyyəsindəki nisbi çəkisi azalır. Beləliklə də, Medvedyevin "Biz ABŞ-a bu müharibədə cavab verə biləcəyik" fikrinin əsası yoxdur. Rusiyanın ancaq Stalindən qalma nüvə silahları və müasir raket sistemləri var ki, bəli bu sahədə ABŞ-la rəqabət apara bilər. Amma nə ticarət, nə iqtisadiyyat, nə elm, nə də texnologiyada ABŞ-a qalib gələ bilməz. Təbii ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına çox ağır zərbələr endirəcək.
- ABŞ İrana qarşı da sanksiyalar tətbiq etmişdi, amma İran buna dözdü və belə desək iqtisadiyyatında da müəyyən qədər irəliləməyə nail oldu. Rusiya İrandan zəifdirmi?
- İran teokratik dövlətdir. Sovet imperiyası da o vaxtlar tətbiq edilən sanksiyalara dözürdü. Sovet ittifaqı vaxtı ilə əqidəyə söykənən hökumətlə xalqın vəhdəti vardı. İranda da hökumət və xalqın vəhdəti var. Rusiyada isə bir dəstə oğru ölkəni qarət edir və get-gedə dilənçi vəziyyətinə düşən geniş xalq kütləsi isə qoyun kimi onların yalanlarına qulaq asır. Kuba 60 ildir ABŞ-ın təzyiqlərinə, sanksiyalarına dözür. Amma Kuba ayrıdır, Rusiya ayrı. Rusiyanın hakim elitası bütün pullarını Qərbə qaçırıb. Uşaqları, arvadları, villaları, məktəbləri, şirkətləri, bir sözləri hər şeyləri ordadır. Onlar Rusiyaya bağlı deyillər və Rusiyaya nifrət edirlər. Bu gedişlə Rusiya dövlət kimi məhvə məhkumdur.
- İki hegomon ölkənin münasibətlərinin az qala müharibə səviyyəsinə çatması dünya düzəni üçün nə vəd edir?
- Dünya üçün heç nə vəd etmir. Rusiya dünyanın vecinə deyil. Rusiya gəlirlərini neft-qaz satmaqla əldə edir və bunu da etməyə məcburdur. Kimə də neft-qaz lazımdırsa, alacaq. Yəni, dünya bazarında Rusiyanın nefti və qazının payı da çox böyük deyil.
- Bu sanksiyalardan sonra Rusiyanın qonşularına qarşı aqressiyası güclənə bilərmi?
- Rusiya Moldovanı, Gürcüstanı, Azərbaycanı incitdi, amma keçdilər. Lakin Ukraynanı incidəndə, beynəlxalq qanunu pozaraq onun ərazisini tutanda, hakimiyyətə dəstək verəndə Qərbin, başda da ABŞ-ın səbri tükəndi və Rusiyanı cəzalandırmağa başladılar. İndi də həmin prosesin davamı gedir və bunun ağır nəticələri olacaq. Qaldı ki, qonşu ölkələrə, onlar da hərəsi öz başlarına çarə qılacaqlar. Azərbaycan indi Rusiyadan o dərəcədə də asılı deyil. Əgər Qarabağ münaqişəsi olmasaydı, ümumiyyətlə Azərbaycan-Rusiya münasibətləri çox aşağı səviyyədə, adi qonşuluq münasibətləri səviyyəsində olardı. Münaqişəyə görə onlardan silah almağa, Rusiyanın müdaxilələrinə dözmək məcburiyyətindəyik.
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
