“Güzəştli mənzil” almaq istəyənlər üçün - Daha bir yenilik
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetə daxil olmaq və həmin sistem vasitəsi ilə mənzil seçmək gücləndirilmiş “Elektron imza” ilə mümkündür.
Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə “Elektron imza”nı (www.e-imza.az) “ASAN xidmət” mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıb. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 03.08.2017-ci il tarixindən etibarən “Elektron imza” sertifikatları Bakı şəhərində yerləşən 1, 3, 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.
Ümumilikdə “Elektron imza”nın alınması üçün proses aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Vətəndaş yuxarıda qeyd olunmuş “ASAN xidmət” mərkəzlərindən birinə gələrək MİDA operatoruna yaxınlaşır və sənədlərini təqdim edərək müraciət edir;
Operator daxili prosedurları həyata keçirdikdən sonra “Elektron imza" üçün müraciət formalaşdırıb Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidməti Mərkəzinə (MSXM) göndərir;
MSXM öz növbəsində ödənişin həyata keçirilməsi üçün sorğunu qəbul edir, bildiriş formalaşdırır və dərhal MİDA-ya qaytarır;
Operator yaradılan bildirişi çap edərək ödəməsi üçün vətəndaşa təqdim edir;
Vətəndaş “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən banka yaxınlaşaraq bildiriş nömrəsini təqdim etməklə ödənişi həyata keçirir;
Ödəniş edildikdən sonra "Elektron imza" sertifikatı (token daşıyıcısında) istehsal edilir, paketlənərək təyin olunmuş vaxtlarda müvafiq xidmət məntəqələrinə çatdırılır;
Vətəndaş növbəti gün xidməti pəncərəyə yaxınlaşaraq "Elektron imza" sertifikatını əldə edə bilir.
Qeyd edək ki, “Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin “Elektron imza” sertifikatının alınmasında köməklik göstərmək məqsədilə “ASAN xidmət” mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.
“Güzəştli mənzil” sistemindən “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "Elektron hökumət" portalında aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. “Elektron imza” sertikatına sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı, "Elektron hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.
NUH.az
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 2025 14:25
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 2025 14:03
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 2025 10:42
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 2025 16:18
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 2025 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 2025 17:47
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
