İmişlidə qeyri-neft sektorunun inkişafı niyə boğulur? – MÜƏMMA
Azərbaycanda qeyri-neft sektorunun inkişağı üçün prezident İlham Əliyevin illərdir apardığı siyasət göz önündədir. Ölkənin bütün rayonlarını gəzərək vəziyyətlə şəxsən tanış olan prezident regionlarda hansı sahənin inkifaf etdirilməsi ilə maraqlanır, tövsiyə və tapşırıqlarını verir.
Daha bir incə məqam odur ki, səfərlərdən dərhal sonra regionda olan problemlərin aradan qaldırılması üçün sərəncam imzalanır. Azərbaycanda elə bir rayon yoxdur ki, prezident bura bir neçə dəfə səfər etməsin və hər dəfəsində də sərəncamlar imzalamasın. Elə isə bəlli problemlər nədən hələ də hökm sürür və yaxud qısa müddətdən sonra “həll” olunmuş problem niyə yenidən yaranır? Deməli burda bir əmma var. O əmmanın nədən ibarət olduğunu isə icra başçıları əla bilir.
Prezident İlham Əliyev bütün müşavirə və görüşlərdə məmurlara insanlarla normal rəftardan, rüşvətdən, korrupsiyadan, sahibkarlara lazımı şəraitin yaradılmasında söz açır və rayon rəhbərlərinə ciddi xəbərdarlıqlar edir. Amma di gəl ki, əksəriyyət öz köhnə xislətini tökmək istəmir.
Xatırlayırıqsa son müşavirələrin birində İlham Əliyev icra başçılarına qəti olaraq tapşırıqlar verdi. Hətta onlara bu ilin dekabr ayına kimi vaxt verdiyini net olaraq bildirdi, sahibkarların, investorların rayona cəlb edilməsini tapşırdı. Bu tapşırıq olduqca ciddi və Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün kifayət qədər lazımlı tapşırıqdır.
Dünyanın bütün demokratik ölkələrində investorların cəlb edilməsi xüsusi bir proqram şəkilində işlənib hazırlanır və dövlətlər bu investor və sahibkarlara kifayət qədər güzəştlərə gedirlər.
Elədirsə bu tapşırıqdan aylardır vaxt keçib. Hansı icrta başçısı rəhbəri olduğu rayona bir investor cəlb edib? Yaxud onu maraqlandıran addımlar atıb. Niyə edə bilməyib? Çünki… Bizim bəzi icra başçısı ya qocalıb əldən düşüb, ya sağlamlığında ciddi problemləri var, ya da başları öz bizneslərinə qarışıb. Yaxud da icra başçısı düşünür ki, büdcədən pul ayrılsaydı yol, qələm-kağız adı altında silərdik.
Bu günlərdə redaksiyamıza İmişli rayonunda baş verənlərlə bağlı maraqlı məlumatlar daxil olub. Bildiyimiz kimi, Azərbaycanın İmişli rayonu qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində hesablanmış rayondur. Bu rayonda yaradılan infrastruktura milyonlar xərclənib, zavodlar açılıb, sahibkarlar cəlb olunub. Ki, rayon özünü ayaqda saxlasın və bir növ pilot rolunu oynasın. Oldumu? Gözləntilər fayda verdimi?
Təsvvür edin ki, rayondakı sahibklarla rayon icra başçısı Vilyam Hacıyevin əlindən and-aman edir. Bütün rayonu sahibkarların ümidinə qoyan icra başçısı gəlirləri hara xərclədiyir bilən yoxdur.
Diqqət edin! Rayon ərazisində illik istehsal gücü 300-350 min ton olan Şəkər zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt, Bitki yağları, Qarışıq yem zavodları, “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu, Muradxanlı İriləşdirilmiş Neft Mədəni, Xam pambığı emal edən zavod, Ət və ya pendir kombinatları, qum-çınqıl karxanaları, Quşçuluq-broyler fabriki, Damazlıq Yumurta sexləri və bu kimi digər sənaye obyektləri fəaliyyət göstərir…
Deməli bu rayonda qeyri-neft sektorunun inkişafı start götürmüş vəziyyətdədir. Amma bu start hələ sürətlənə bilmir. İrəli getməkdən geriləyir. Nədən rayon sakinləri işləmək üçün Bakıya, Rusiyaya və başqa ölkələrə üz tutur? Niyə iş yerlərinin sayı günü-gündən azalır? Nədən yeni sahibkarlar bu rayonda iş görmək, yeni infrastruktur yaratmaqdan ehtiyat edir?
Bizimxeber.az-a daxil olan məlumata görə, son 6 ayda heyvandarlıqla məşğul olan bir neçə sahibkar fəaliyyətinə son verib. Çünki qazandıqlarını hansısa yollarla əllərindən almaq istəyirlər. Sahibkarların ən çox incidildiyi və narazı salındığı rayon İmişlidir. Kənardan gəlmiş heç bir iş adamı bu rayonda fəaliyyət göstərmək istəmir. Çünki, son aqibətinin diğərləri kimi olacağından qorxur.
Sahibkarlar açıq fotrmada deyir ki, zatən rayonun inkişafı üçün hər zaman dəstək olublar və bundan sonra da olacaqlar. Amma bütün qazanclarının əllərindən alınması onları diğər sahələrdə işlər görmələrinin qarşısını alır. Əcəba, Vilyam Hacıyev sahibkarlardan nə istəyir? Yaxud İmişlini nəyə çevirmək istəyir? Abad və qeyri-neft sektoru inkişaf etmiş bir rayona, yoxsa…
Yaxın günlərdə sahibkarların müraciəti olacaq.
Sonda redaksiya olaraq Vilyam Hacıyevə bir neçə sual vermək istərdik? 5 ildə bir dəfə olsun xarici investorla görüşüb konkret təkliflər vermisiz? Cavabın maraqlı olacağına şübhəmiz yoxdur.
P.S
Bu günlərdə İmişlidə kənd təsərrüfatı sahəsində qarşıda duran məsələlərin həlli ilə bağlı müzakirə aparılıb. İmişli rayon İcra Hakimiyyəti başçısından sonra tədbirdə çıxış edənlər ümumrespublika müşavirəsində verilmiş tapşırıqlara müəyyən çətinliklər olmasına baxmayaraq yorulmadan və əzmlə əməl edəcəklərinə söz verdilər.
Maraqlıdır. Deyilən müəyyən çətinliklər nədir? Natiqlər icra başçısının da olduğu müzakirədə nəyə işarə ediblər? Onlar nə demək istəyiblər? 
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 2025 15:38
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
