Hamlet İsaxanlı testin ləğvinə qarşı çıxdı: “Mümkün deyil”
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son açıqlamasında bildirib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək.
M.Abbaszadənin sözlərinə görə, gələnilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər:
“Gələnilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurrikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
Maraqlıdır, test üsulunun ləğvi Azərbaycanın təhsil sisteminə nə qazandıracaq?
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Cebhe.info-ya açıqlamasında bildirib ki, yaxın zamanlarda ali məktəblərə qəbul üçün keçirilən test üsulu bütünlükdə ləğv oluna bilməz.
Onun sözlərinə görə, imtahanların ümumiləşdirilməsinə ehtiyac var. İndiki halda şagird həm orta məktəb, həm də ali məktəbə qəbul üçün imtahan verir: “Bu, çox mənasız addımdır. İki imtahanı ümumiləşdirmək lazımdır”.
Bir çox ölkələrin təcrübəsinə nəzər salsaq, görə bilərik ki, burada imtahanlar yalnız test üzərində qurulmur: “Test imtahanları ali məktəblərə qəbulun bir ünsürüdür. Ali məktəbə qəbul olduqdan sonra şəxs həmin təhsil ocağı tərəfindən müsahibəyə dəvət edilir. Namizədə esse yazdırılır, maraqları öyrənilir. Bütün amillər nəzərə alındıqdan sonra qərar verilir ki, həmin namizəd ali məktəbə qəbul edilsin, ya yox. Şagird attestat alıbsa, əlindəki qiymətlərlə müxtəlif universitetlərə müraciət edə bilər”.
“Testin ləğvi mümkün deyil”
H.İsaxanlının sözlərinə görə, Azərbaycanda da zamanla bu sistem yaradılacaq:
“Düşünürəm ki, Azərbaycanda da addım-addım bu üsula doğru gediləcək. Artıq bəzi ixtisaslar üzrə yeni qabiliyyət imtahanları təyin edilir. Növbəti ildən etibarən test üsulunun ləğvinə inanmıram, bu mümkün də deyil. Çünki mexanizm hazırlanmayıb. Ancaq hər şey ali məktəblərin öhdəsinə buraxılsaydı, müsbət addım olardı. Lakin bizdə cəmiyyət və ali məktəblərin böyük hissəsi buna hazır deyil”.
Əlimizdə olan, 2016-cı ildə respublika üzrə buraxılış imtahanlarının nəticələrinə nəzər yetirək. IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) “2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) “2” qiyməti alıb. XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) “2”, riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) “2” qiyməti alıb. Bu ilin martında isə “Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən kurrikulum əsasında 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarında şagirdlər aşağı nəticə göstəriblər. Təhsil ekspertlərinin fikrincə, buraxılış imtahanlarında iştirak edənlərin 90 faizi “Riyaziyyat” fənindən 2 (iki) qiymət alıb.
Təhsildəki vəziyyət göz önündədir. Maraqlıdır, ölkə təhsilnin real durumuna uyğun təklif olunan model hansıdır:
“Təhsilimizin səviyyəsi heç zaman əla olmayacaq. Dünyada təhsilin səviyyəsinin əla olduğu ölkə yoxdur. Yaxşı, orta və zəif səviyyəli məktəblər var. Sadəcə olaraq rəqabət olmalıdır. Dövlət orta məktəblərinin bir hissəsinin səviyyəsi yaxşı, bir hissəsinin isə aşağıdır. İdarəetmə, maliyyə problemləri, müəllimlərin maaşlarının aşağı olmasının təsirləri inkaredilməzdir. Addım-addım bu istiqamətdə dəyişikliklər etmək lazımdır. Yaxşı məktəblərin və müəllimlərin sayı azdır. Ali məktəblərə qəbul üçün ilk növbədə orta məktəblərdə təhsilin səviyyəsini yüksəltmək lazımdır. Orta təhsil sistemində dərs deyən müəllimin intellektual səviyyəsi yüksək olduqda, o, daha çox bilik ötürə biləcək. Təəssüf ki, ali məktəblərdə kifayət qədər yaxşı müəllim hazırlanmır. Külli miqdarda müəllim hazırlanır ki, onların da böyük əksəriyyəti zəifdir. Zəif müəllimin də yetişdirdiyi kadr zəif olur. Bu, təkcə orta məktəbin deyil, həm də ali təhsil sisteminin problemidir. Artıq zəif müəllimlərlə bağlı dövlət qərar qəbul etməlidir. Müəllimlərin maaş problemi həll olunmalıdır. Əsas nüanslardan biri də budur. Az maaşlı müəllimin orta məktəb təhsilinə marağı yayınır. Repetitorluq onu cəlb edir. Təhsildəki bu problemlər komplekslidir. Bu sahədə dövlət siyasəti daha da gücləndirilməlidir”.
“Monopoliya aradan qaldırılmalıdır”
Hamlet İsaxanlı hesab edir ki, dövlətin iqtisadi gücü böyük olduqca təhsil, elm də inkişaf edəcək:
“Təhsili cəmiyyətdən ayırmaq olmaz. Ola bilməz ki, hansısa ölkədə çoxsaylı problemlər fonunda təhsilin səviyyəsi yüksək olsun. Sovet dövründə də, təxminən 1950-1970-ci illərdə orta məktəblərin səviyyəsi yüksək idi. Hələ o zamanlar SSRİ-nin orta məktəb təhsil sistemi dünyada ən yaxşılardan biri sayılırdı. O zamanlar professorun maaşı rayon komissarlığının maaşından yüksək idi. Təhsilə maliyyə baxımdan diqqət artmalıdır. Bundan başqa rəqabətə geniş şərait yaratmaq lazımdır. Monopoliyalar aradan qaldırılmalıdır. Təəssüf ki, ali məktəblərdə təqdim olunan ixtisaslarda monopoliya qalmaqdadır. Məsələn, hüquq fakültəsinə müəyyən sayda ali məktəbdə yer verilib. Yalnız iki-üç ali məktəbdə bu təhsil üçün yer ayırlıb. Rəqabət yoxdur. Rəqabət olmalıdır ki, professorların dəyəri artsın, qiymətləndirilsin”.
NUH.az
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
