“Dövlət Agentliyi bu sahədə monopoliya yaradır”
Avropa ənənəvi enerji növlərindən imtina edərək alternativ enerjidən istifadəni sürətləndirir. "Investing.ru" saytı xəbər verir ki, hazırda təbii qaz Avropada əsasən elektrik stansiyalarına və istixanalara paylanılır. Qeyd edək ki, 2016-cı ilin sonunda Qərbi, Şərqi Avropa və Türkiyədə generasiya edilən elektrik enerjisinin 16,6 faizi alternativ mənbələrdən (günəş, külək, bioyanacaq və geotermal mənbələr) təmin edilib. 1996-cı ildə bu göstərici 1 faizdən aşağı, 2006-cı ildə isə 4,6 faiz təşkil edib. Hazırda elektrik enerjisinin illik generasiyası 611 teravatt, 2006-cı ildə 172, 1996-cı ildə 33 teravatta bərabər olub. 2030-cu ilə qədər ekspertlər məcmu elektrik enerjisinin 35 faizinin alternativ mənbələrdən generasiya ediləcəyini düşünürlər.
Xatırladaq ki, Norveç artıq tam şəkildə, Avstriya, Danimarka, İsveç, İsveçrə və Portuqaliya isə 50 faizdən yuxarı "yaşıl energetika" ilə (su elektrik stansiyaları və alternativ enerji növləri) özünü təmin etməyə başlayıb. Atom enerjisi də nəzərə alınarsa, əsas Avropa ölkələrinin enerji balansında qaz, kömür və neftin payı sıfıra yaxınlaşır.
Maraqlıdır, bəs Azərbaycanda ehtiyacın neçə faizi alternativ enerji mənbələri hesabına ödənilir?
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, alternativ enerji mənbələri üzrə mütəxəssis Fəqan Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan Avropaya inteqrasiya etdiyinə görə dövlət proqramı qəbul edib bura böyük investisiya yatırdı: “Bir müddət əvvəl “Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verildi. Dövlət enerjinin inkişafına böyük təkan verir. Ancaq hələ ki, buna tam nail ola bilmirik. Alternativ enerji mənbələrinin inkişafı üçün gərək qanun qəbul olunardı. Bu qanun da qəbul olunmur.
Baxmayaraq ki, bu qanun üçün Avropa İttifaqı maliyyə ayırmışdı, layihə işləndi, amma Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu qanunun qəbul olunmasına maneçilik törətdi. Çünki onun könlündən monopolist olmaq keçir. Belə olsa, onun gəliri daha çox olar və sair. Aydın məsələdir ki, monopoliya da inkişafa gətirib çıxarmır. Qanunvericilik olmadığına görə alternativ enerji mənbəyinin inkişafında böyük ləngimə var. Əgər kimsə alternativ enerjini öz evində tətbiq etmək istəsə, buna icazə verməyəcəklər. Çünki bunun üçün mütləq qanunvericilik bazası olmalıdır. Ona görə də Azərbaycanda bu sahədə işlər ləngiyir. Hesab edirəm ki, gec-tez buna getməliyik”.
Mütəxəssisin sözlərin görə, hazırda ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dövlət vəsaitilə günəş panelləri tikir: “Amma bu, bütün ölkəni təmin etmir. Çünki bazar yarada bilmir. Bazar sözündə bir inkişaf var. Bazar o zaman yaranır ki, bir neçə azad istehsalçı ora məhsul çıxara bilir. Bir halda ki, başqa istehsalçılar bazara məhsul çıxara bilmir, yalnız bir təşkilat çıxarır, o zaman bu, monopoliya olur. Ancaq inkişafın getməsi üçün buna imkan yaratmaq lazımdır. Hesab edirəm ki, insanlar enerji istehsalı ilə nə qədər çox məşğul olsa, orada inkişaf da çox olar. İnsanlar gözləyir ki, energetika sahəsində islahatlar gedəcək. Biz ancaq ənənəvi enerjinin üstündə dayanmışıq. Amma zamanla neftin, qazın, elektrik enerjisinin azaldığını müşahidə etmək olur.
Azərbaycan mütləq bərpaolunan enerji ilə məşğul olmalıdır. Enerjinin qiyməti yüksələn kimi bütün bazarın qiymətləri də artır. Avropada bütün nəqliyyat vasitələri bərpaolunan enerji ilə işləyir. 2020-ci ildə Almaniya ərazisində bir dənə də olsun neft-qazla işləyən avtomobil olmayacaq. Effektli inkişaf budur. Bu zaman həm tullantılar, həm ətraf mühitin çirklənməsi azalar. Məcbur olub Çində 500 zavodu bağladılar. Çünki şəhərdə ətraf mühitin çirkliliyi səbəbindən yaşamaq mümkün deyildi. Avropa kimi Azərbaycan da inkişaf etməlidir. Axı dövlətimiz inkişaf xartiyasını Avropa istiqamətində görür və belə inkişaf edir”.
Alternativ enerji mənbələri haqda qanun qəbul olunarsa, nə qədər gəlir götürmək olar?
Fəqan Əliyev deyib ki, əgər qanun qəbul olarsa, ilk növbədə yeni iş yerləri yaradılar: “Mütləq deyil ki, ölkə ərazisinə malların hamısı Almaniyadan gətirilsin. Elektrik enerjisilə çalışan yeni qurğular qurular. Mərhum Hafiz Qəhrəmanov 10 kilovatlıq külək enerjisi ilə çalışan qurğu qurmuşdu. Bunun üçün stimul olmalıdır. Ətraf mühit haqqında ciddi fikirləşmək lazımdır. Ötən gün paytaxta tozla müşahidə olunan küləkli hava şəraiti hökm sürürdü. Dövlət qurumları bunu Türkmənistanın səhralarında baş vermiş burulğanla əlaqələndirdi. Amma Azərbaycanın özündə kifayət qədər daş karxanalar, sement zavodları, inşaat sahələri var. Bunun üzərində düşünmək lazımdır”.
Alternativ enerji mənbələrinin yaradılmasına maraq niyə yoxdur?
Mütəxəssis bunun səbəbini Azərbaycanın bir vaxtlar neftdən çox gəlir götürməsi ilə əlaqələndirib: “Doğrudur, neftdən gələn gəlirlər dövründə ölkə inkişaf da etmişdi. Bu gün Azərbaycan əhalisi inkişaf etmiş insan modeli, cəmiyyət, ölkə, teatr, ədəbiyyat arzusundadır. Niyə bu inkişafdan geri qalmalıyıq? Savadlı kadrlar işlə təmin olunmalıdır. Ölkə başçısı çıxışlarında neft kapitalının insan kapitalına çevrilməsi üzrə çoxsaylı layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdı. Amma bəzi məmurların simasında bunu görmürəm. Gördüyüm Cəlil Məmmədqluzadənin əsərlərində olan personajlardır. Ola bilsin ki, yaxşı olacaq. Azərbaycanın yeraltı və yerüstü milli sərvəti çoxdur. Dağlıq Qarabağ da təbii sərvətin qurbanıdır. Orada olan təbii sərvət dünyanın heç bir yerində yoxdur. Hazırda başqa ölkələr onun təbii sərvətini daşıyıb aparır”.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
