Bakıda xanım direktordan səviyyəsiz sözlər... - Səs yazısı
Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.
Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.
Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda “bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.
Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxladıq. Özünü direktor müavini kimi təqdim edən şəxs isə əməkdaşımızı təhqir və təhdid etdi. Onun sözlərini olduğu kimi qeyd edirik (səs qeydi təqdim edilir):
“Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin Axar.az-ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”
Qeyd edək ki, özünü “direktor müavini” kimi təqdim etsə də, səsini və intonasiyasına görə onun məhz direktor olduğu şübhəsi yaranır. Bu cür əxlaq sahibi olan direktor və ya direktor müavininin fəaliyyət göstərdiyi məktəbdə isə işçilərin təhqir edildiyi barədə məktubda yazılanların həqiqət olduğuna inam artır.
Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, nazirlik 3-cü şəxslərin müraciətlərinə baxmır. Bunun üçün şikayətçilər birbaşa Təhsil Nazirliyinə müraciət etməlidirlər.
Bakı şəhər Təhsil İdarəsi isə sözügedən məktəb direktoru ilə bağlı onlara hər hansı müraciət daxil olmadığını bildirdi.
Bəs görəsən, şagirdlərə, vətəndaşlara daim nümunə olması gözlənilən təhsil əməkdaşının, direktor müavininin jurnalisti təhqir etməsinə qanun nə deyir?
Məsələ ilə bağlı Axar.az-a danışan tanınmış hüquqşünas Səməd Vəkilov bildirib ki, hər bir jurnalistin informasiya əldə etmək hüququ var:
“Direktor müavini jurnalisti təhqir edibsə, həmin müxbirin onu şikayət etmək hüququ var. Jurnalist təhqirə, şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzuna toxunulmasına görə Təhsil Nazirliyinə müraciət edə bilər ki, həmin şəxs cəzalandırılsın. Heç kim jurnalistə deyə bilməz ki, sən niyə bu məsləni araşdırırsan?!
Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsinə görə, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.
Qeyd edək ki, məktəb direktorunun müavini və ya direktorun təhqirləri ilə bağlı Təhsil Nazirliyinə müraciət edilib.
NUH.az
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
