Həmkarları Mehman Əliyevi zaminə götürmək istəyirlər
“Turan” Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar tanınmış media nümayəndələri ölkə Prezidentinə müraciət ünvanlayıblar. Redaksiyamıza daxil olan məlumata görə, sənədi “Yeni Nəsil” Jurnalistlər Birliyi adından Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyi adından Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi” adından Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim "Nəbioğlu imzalayıblar.
Müraciətdə deyilir ki, M.Əliyevin jurnalistika sahəsində 29 illik fəaliyyəti gözlərimiz önündə keçib: Onun yeni Azərbaycanın mediasının, mətbuatın özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətləri var. M.Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib, ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb. Digər tərəfdən, hazırda vergi orqanları tərəfindən “Turan” Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin M.Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz M.Əliyevə zamin durmağa hazırıq".
Müraciət müəlifləri bildirirlər ki, agentlik direktoruna qarşı irəli sürülən ittihamlar iqtisadi xarakterli olsa da, onun həbsindən sonra ictimai rəydə belə fikir üstünlük təşkil edir ki, jurnalist peşə fəaliyyəti ilə əlaqədar təqib olunur. Sənəddə göstərilir ki, M.Əliyevin, həqiqətən, hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub, lakin onlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsindən kənara çıxmayıb. Tənqid obyektlərindən isə kiminsə həmin çıxışlara fərqli münasibəti ədalət mühakiməsinin yürüdülməsinə təsir göstərməməlidir.
Sənədi imzalayan şəxslər xatırladırlar ki, Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb. “Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız” – deyə müraciətdə bildirilir.
Həmkarlarının taleyindən narahatlıq keçirən müraciət müəllifləri istintaqın Mehman Əliyev azadlıqdan məhrum edilmədən aparılması üçün müvafiq təşkilatlara göstəriş verməyi ölkə Prezidentindən xahiş ediblər.
NUH.az
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
3 fevral 2026 11:33
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
2 fevral 2026 20:43
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
