Azərbaycanda alimin evindən milyonluq oğurluq (İDDİA)
Bakıda alimin evindən 1 milyon 200 min manatlıq oğurluq edildiyi iddia olunur.
Baku.wsin redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, AMEA Əlyazmalar İnstitutunun direktor müavini işləyən Aybəniz Əliyevanın evindən 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. İddiaya görə, oğurluq etmiş şəxs alimin evində xadimə kimi çalışan Zeynalova Xanım Abduləli qızıdır. Təqsirləndirilən şəxsin atası Abduləli Zeynalov məsələ ilə bağlı saytımıza geniş açıqlama verib:
"Bəzən KİV-də yazılır ki, alimlərin aldığı məvacib qənaət bəxş deyil. Belə yazılara çox rast gəlinir. Bəzən də alimin evindən oğurlanan vəsaitin miqdarı deməyə əsas verir ki, “Alimlər pis dolanır fikrini” bütün alimlərə şamil etmək olmaz. Onların bəzilərinin evlərində küllü miqdarda pulu var.
Mən Zeynalov Abduləli Mirzə oğlu sizin sayıta müraciət edərək bildirirəm ki, mənim qızım Zeynalova Xanım Abduləli qızı Azərbayacan AMEA-nın əməkdaşı, professor, elmlər doktoru, 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindəişləmiş, indi isə AMEA Əlyazmalar İnstitutunun direktor müavini işləyən Aybəniz Əliyevanın şikayəti əsasında həbs edilib. Həbs edilən qızım Xanım Zeynalova əvvəllər A.Əliyevanın evində xadimə işləyib və guya alimin evindən 536 min ABŞ dolları, 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Ona görə “guya” yazıram ki, təqsirsizlik prezumpsiyası adlı bir hüquqi anlayış var və hələ ki istintaq gedir, məhkəmə hökmü olmadan kimisə cinayətkar hesab etmək olmaz. Oğurluqda şübəli bilinərək həbs edilən qızımın isə taleyi məni ciddi narahat edir, bəzən bu qanunsuz hərəkətə görə özümü intihar etmək istəyirəm. Amma bəzəndə gözləyirəm görüm bu işin axırı necə olacaq.
Hamıya bəllidir ki, sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yəni, Aybəniz xanım, istintaq tərəfi sübut etməlidir ki, həqiqətən də, Aybəniz xanımın evindəki seyfdə 536 min ABŞ dolları, 143 min manatlıq da qızıl-zinət əşyaları olub və bunların hamısını məhz təqsirləndirilən qızım oğurlayıb.
Bunlar öz yerində...
Mən həbsdə olan qızımın sözlərinə istinadən bildirirəm ki, Aybəniz xanım çox əliaçıq və ürəyi geniş olub, şəxsi seyfinin də qapılarını ailə üzvlərinin üzünə geniş açıbmış. Kim nə vaxt, nə qədər istədi, götürüb xərcləyirmiş.
Misal üçün, xüsusi qeyd edim ki, Aybəniz xanımın qızı Gülşən Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorudur.O yaxın dostu olan, Zorik (Əsl adı Qalibdir) kimi tanıdığı oğlana “Albatros”dan hədiyyə almaq üçün, anasının xəbəri olmadan onun seyfindən 3 min ABŞ dolları götürübmüş və bu barədə biləndə Aybəniz xanımla qızı arasında mübahisə olub. Belə hallar tez-tez təkrarlanırmış deyə, ana-bala arasında tez-tez mübahisələr olurmuş.
Abduləli Zeynalov olaraq onu da bildirəm ki, axtarış zamanı qızımın evindən, Aybəniz Əliyevanın oğurlandıqlarını iddia etdiyi bir neçə qızıllar, həqiqətən də, tapılıb.
Həmin bir neçə qızılları Aybəniz xanımın qızı Gülşən verib qızıma.Səbəbini isə belə izah edə bilərəm.
Aybəniz Əliyeva xəstə olduğu müddətdə ona qulluq etmək üçün qızı Gülşən Əliyevanın vaxtı olmayıb,ona qızım Xanım Zeynalova xidmət edib. Bunun mqabilində qızı Gülşən Əliyeva bir neçə qızılı qızıma bağışlayıb.Bunu A.Əliyeva istintaqa verdiyi birinci ifadəsində təstiqləsədə sonradan verdiyi ifadədən imtina edib.Maraqlısı isə odur ki, oğurluq hadisəsi qızım Xanım A.Əliyevanın evindən işləməkdən çıxıb Bakı Metropolitenində işlədiyi müddətdə baş verib.Yəni 8 (səkkiz) ay sonra törədilib.Demək istəyirəm pul qızıl iynə olub ki,bunun oğurlanmasından Aybəniz Əliyeva 8 (səkkiz) ay sonra xəbər tutub?. Elə bu oğurluq hadisəsi qaranlıq mətləblərdən xəbər verir.
Hələliksə,hərkəsin marağına səbəb olacaq bir suala cavab verirəm: AMEA-nın professoru Əlyazmalar İnistitunun direktor müavini Aybəniz Əliyevanın evində 1( bir) milyon manatdan artıq pul haradandır?
Görəsən Aybəniz Əliyeva düz danışır? Oun evindəki seyfdə həqiqətən də, 536 min ABŞ dolları, 143 min manatlıq qızıl-zinət əşyaları olub? Olubsa, hardandır bu sərvət? Aldığı 1500-2000 manatı, yeməsə, içməsə, istirahətə, səyahətə getməsə, özünə bahalı geyimlər, zinət əşyaları almasa, neçə ilə toplaya bilər Azərbaycan alimi?
A.Əliyevanın məvacibini 1500-2000 manatdan götürsək,(Onu deyim ki,bu məvacibi də almasi ağıla batan deyil) ilə 24 min manatdan, 30 ilə yalnız 720 min manat yığmaq olar. Burada isə milyondan artıq sərvətdən söhbət gedir.
Aybəniz Əliyeva-Kəngərli 30 il pəhrizmi saxlayıb, orucmu tutub?
Onu da qeyd edim ki, qızımın əsassız yerə həbs edilməsi, onun azyaşlı övladlarının kimsəsiz qalması, bir ailə faciəsi ilə nəticələnib. Mən növbəti yazımda Aybəniz xanımın qızı Gülşən Əliyeva barəsində daha geniş məlumat göndərəcəm".
NUH.az
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
