- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda : “O, adi bilet satan idi, acından günorta dururdu”
İqtisadiyyat6 sentyabr 2017 16:32

Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti dəfələrlə ölkə rəhbərliyi tərəfindən də ciddi tənqidlərə məruz qalıb. Prezident İlham Əliyevin dəfələrlə icra başçılarının ünvanına ciddi iradlar bildirməsi bəzi məmurların bölgələrdə “padşahlıq” etdiyini bir daha təsdiqləyir.
Ölkə başçısının etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər. Bir sözlə, məmurların bəziləri vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev kimi. Sadalanan hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır.
Oxuculara yaxşı bəllidir ki, ölkə mediası uzun müddətdir İmişli rayon İcra Hakimiyyətinin başçısı Viliyam Hacıyevlə bağlı ittiham dolu materiallar yayımlamaqdadır. Viliyam Hacıyev hələ Samuxda icra başçısı vəzifəsində çalışan gündən onun fəaliyyəti barədə birmənalı fikirlər səslənməyib, yol verdiyi nöqsanlar daim mətbuatın gündəmində olub, silsilə yazılar dərc edilib, media bunu indi də davam etdirir. Mediada gedən ən maraqlı məqamları xatırlatmağa ehtiyac duyuruq.
İcra başçısının qardaşı ilə ixtilafı…
Vilyam Hacıyev o məmurlardandır ki, hətta öz yaxın adamları belə, ona qarşı müxtəlif ittihamlarla çıxış edir. V.Hacıyevin qanunsuz hərəkətlərindən bəhs edən informasiyalar sırasında onun hətta qardaşına da kələk gəldiyindən söz açılıb. Bildirilir V.Hacıyev hələ Göygöl rayonunda icra başçısı işlədiyi dövrdə (2004-2006-cı illərdə) “Kapitalbank”ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib. Bu barədə E.Hacıyevin özü Müstəqil İnformasiya Agentliyinə məlumat verib. Deyib ki, qardaşı Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən abadlıq işləri gördürürmüş:
“O zaman mən ”Kapitalbank”ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanına çağırıb dedi ki, rayonun mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap, xərclədiyin vəsait rayona ayrılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. Vilyam da bildirdi ki, hazırda pulu yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda mənim vəsaitimi qaytaracaq. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə olaraq, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq “Kapitalbank”dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı. Bu günə qədər həmin krediti ödəyə bilmirəm”.
E.Hacıyev bildirib ki, qardaşının günahı ucbatından evinə həbs qoyula, ailə-uşağını çölə tökə bilərlər. E.Hacıyevin sözlərinə görə, məsələylə bağlı Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin də qəbuluna gedib. Ancaq şöbənin əməkdaşları məsələnin iki qardaş arasında həll olunmasını məsləhət görüblər. Eldar Hacıyev deyib ki, borca görə, dəfələrlə Vilyam Hacıyevin qəbulunda olub: “İmişliyə icra başçısı təyin olunandan sonra da yanına getdim. Dedi ki, darıxma, düzələcək. Vəziyyətimin nə qədər ağır olduğunu desəm də, mənə kömək eləmədi. İndi telefon zənglərimə də cavab vermir. Axırda mesaj yazdım ki, mənə kömək elə. Pulu qaytarmırsansa, heç olmasa, mənə borc ver ki, əmlakımı girovdan çıxarım. Nə xərclətdiyi pulu verir, nə də başqa formada kömək edir”.
Samux “macəraları”…
2006-2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Vilyam Hacıyevin orada da “at oynatdığı” deyilir. O zaman cənab Hacıyevin nəzarətində iri torpaq sahələri, imarətlər, biznes obyektlərinin olduğu samuxlulara gizli deyilmiş. Samux sakinləri bildirilər ki, V.Hacıyevin bu qədər əmlakı yerli camaatda qıcıq yaratdığından o, əhalidə rayon rəhbərliyinə qarşı qəzəbi zamanında zərərsizləşdirmək üçün öz mülklərini məhdudlaşdırmaq qərarına gəlib. Satdığı mülklərin əvəzində V.Hacıyev əldə etdiyi vəsait hesabına Bakı və paytaxt ətrafında dəbdəbəli villalar, geniş torpaq sahələri alıb, biznes qurub. V.Hacıyevin daha bir nəfərə – Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olduğu icra başçısı barədə yayılan xoşagəlməz xəbərlər sırasındadır. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb.
Yaxın qohumun ittihamları…
Yeri gəlmişkən, V.Hacıyevin kapitalı haqda ilk məlumatlar mediaya onun yaxın qohumu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tərəfindən verilib: “O, adi bilet satan idi, acından günorta dururdu. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimiz İlham Əliyevdən narazı salmaqla məşğuldur. Bu adam hətta doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxartdı. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq”. Vilyam Hacıyevin onun atasının əmisi nəvəsi olduğunu deyən Hafiz Hacıyev “Yeni Müsavat”a icra başçısı işləyən qohumu ilə bütün əlaqələri kəsdiyini vurğulamışdı. ”Mən, ümumiyyətlə, istəmirəm ki, Vilyam Hacıyev məsələsinə təzədən qayıdam. Vilyam Hacıyev və onun fəaliyyəti barədə mən bir neçə il öncə mövqeyimi bir sıra mətbuat orqanlarına, o cümlədən ”Yeni Müsavat”a demişdim. Zaman göstərdi ki, mənim tək onun haqqında deyil, digər icra başçıları barədə vaxtilə söylədiklərim əsassız deyildi. Mən bu adam haqda çox şeyləri bilirəm. İndi onların hamısını desəm, məncə, seçki öncəsi başqa cür qarşılanar. Mən cənab prezidentin harınlamış icra başçıları barədə 12 fevralda ortaya qoyduğu mövqeyi dəstəkləyirəm. Prezidentin həmin mövqeyi ortaya qoymasından sevinirəm ki, mənim bir neçə il öncə dediklərim gəlib öz təsdiqini tapır. Mənim fikirlərimi qərəzli adlandıranlar indi özləri görür ki, hansı proseslər gedir”.
İmişli olayları və deputatla yaşanan gərginlik…
Medianın yazdığını agörə, 14 aprel 2012-ci il tarixldən İmişli rayon İcra Hakimiyyətinə başçılıq edən Vilyam Hacıyev burada da işə başlar-başlamaz narazılıqlara səbəb olub. Əslində imişlililər əvvəlki icra başçısının zamanında da məmurların özbaşınalıqlarından dad edirmişlər. Viliyam Hacıyevin bu rayona gəlişindən sonra imişlililərin məmurlara münasibəti bir qədər də pisləşib, narazılıqlar artıb. Məlumatlara görə, V. Hacıyev İmişlidə işə başlayan kimi yerli sahibkarlara qanunsuz haqq qoyub, hər ay filan qədər ödəmək tələb olunub. İmişlidə özünə topdağıtmaz imarət tikdirən V.Hacıyevin Türkiyədən bu məqsədlə iki memar gətirtdiyi söylənilir. Onun İmişlidə yerli Asfalt Zavodunun müdiri ilə konfliktdə olduğuna dair məlumatlar gəzir. Bildirilir ki, Vilyam Hacıyev Asfalt Zavodunun müdiri qarşısında “rayonun bütün yollarını öz hesabına asfaltlamalısan” şəklində tələb qoyub.
Vilyam müəllimin İmişlinin deputatı Əsabil Qasımovla da gərgin münasibətdə olduğu vurğulanır. Narazılığa səbəb V.Hacıyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatdan rayonun abadlaşdırılması kampaniyasına maliyyə dəstəyi verməsi tələbi olub. Ancaq Ə.Qasımov maliyyə yardımı etməkdən imtina edib. Deputat deyib ki, o, əvvəlki icra başçısının dövründə abadlıq işlərinə pul xərcləyib deyə, artıq indi əlavə vəsait sərf etməyəcək. Bu səbəbdən də V.Hacıyev deputatın rayondakı inşaat materialları və taxıl satışı obyektlərinin işinə ciddi əngəllər yaradıb. Bu isə tərəflər arasındakı “müharibəni” daha da gərginləşdirib.
“Yaşıl soyqırım”…
Vilyam Hacıyevin İmişlidəki ağaclara da qənim kəsildiyi iddia olunur. O, İmişli şəhərinin 20 Yanvar küçəsinin kənarında, Heydər Əliyev adına şəhər istirahət parkına bitişik ərazidə ağacların kütləvi şəkildə kəsilməsinə göstəriş verməkdə suçlanır. Sakinlərin mediaya verdiyi məlumata görə, göstərilən ərazilərdə çoxillik küknar ağaclarının bir qismi kökündən çıxarılıb. Daha sonra onları elektrik mişarları ilə doğrayaraq yük maşınları ilə 28 May küçəsində yerləşən taxta-şalban emalatxanasına daşıyıblar. Ağacların kəsilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmadığından icra başçısının göstərişi ilə bu işi gerçəkləşdirən İmişli Kommunal Təsərrüfatları İstehsalat Birliyi ETSN tərəfindən cərimələnib. Məlumatlara görə, bir müddət əvvəl rayonda salınan Bayraq Meydanına gedən yol üzərində yerləşən meşə zolağı da məhv edilib. Vilyam Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işə qarışdığını gördükdə isə bütün günahlar rayon bələdiyyəsinin üstünə atılıb
Sanki bir cəbhə bölgəsi imiş kimi, bu gün İmişlidən gələn məlumatların sayı-hesabı bilinmir. İmişli sahibkarlarını hədəfə alan Vilyam Hacıyevin indi də rayondakı idarələrin müdirlərini dəyişməklə məşğul olduğu vurğulanır. İcra başçısının bu işlərdə öz marağını güddüyü vurğulanır və qeyd olunur ki, tutulan vəzifənin əhəmiyyətinə və miqyasına uyğun olaraq “haqq” ödənilir.
Ardı olacaq.

İnfoPlyusTv
Oxşar xəbərlər
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 00:53
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
1 iyul 2025 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
1 iyul 2025 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
Xəbər lenti
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
Video & Fotoqalereya
Video
Fotoqalereya