Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları məhv etməyin yeni üsulu
Mətbuatın gündəminə tez-tez yaşıllıqları məhv edərək iş adamlarına satması ilə gələn Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun bu cür əməlləri səngimir. Demək olar ki, rayonda dözülməz şərait hökm sürür və icra başçısının budəfəki əməli digərlərindən daha betər, daha acınacaqlıdır. Belə ki, icra başçısı Nizami rayonu kimi yaşıllıqları ilə tanınan rayonda ağackəsmə əməliyyatına vüsət verib.
Arif Qasımov mərhum prezident Heydər Əliyevin və prezident İLham Əliyevin yaşıllıqlara, təbiətə münasibətindən xəbərdardır. Amma bütün bunları görməzdən gəlir. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin Bakıda ağac kəsənlərlə bağlı məhşur çıxışı var. Həmin çıxışın videosu da sosial şəbəkələrdə tez-tez yayılır.
Ümummilli lider orada deyir ki, bir ağac kəsən mənim qolumu kəsmiş olur. Sözügedən video dillərdə dastan olsa da, bəzi məmurlar ya bu məhşur videoya baxmayıblar, ya da ki mərhum Prezident Heydər Əliyevin dedikləri onlar üçün o qədər də önəmli deyil.
Redaksiyamıza şikayət edən qorxusundan adının çəkilməsini istəməyən şəxs bildirir ki, son ağackəsmə məsələləri Prezident İlham Əliyev tərəfindən ciddi təpki ilə qarşılanandan sonra artıq Arif Qasımov da başqa üsula əl atıb.
Satmaq istədiyi yerin yaşıllıqlardan “təmizləmək” üçün gecə vaxtı tabeçiliyində olan işçilər vasitəsi ilə həmin ağacların diblərinə xüsusi kimyəvi maddələr tökməklə məsələni həll edir. Yəni qısa müddət ərzində ağac quruyur və qurumuş ağacın kəsilməsindən sonra isə öz məqsədlərinə çatmış olurlar.
Mənbənin bildirdiyinə görə, icra başcısının bu məsəslələrini onun “kassir”i adını çıxarmış Nizami rayon “RJU” nun rəisi Ramsin Abdullayev həyata keçirir. Belə ki, Ramsin Abdullayev bu işi gecə vaxtı tabeçiliyində olan “JEK” fəhlələri vasitəsilə həyata keçirir.
Aşağıda gördüyünüz foto Ramsin Abdullayevə məxsusdur. Bu o Ramsin Abdullayevdir ki, 150 minlik maşına (Bu haqda növbəti yazımızda) sahibdir. Təkcə işlətdiyi mobil telefonun nömrəsi 15 min manatdan bahadır. Şəkildə gördüyünüz telefonun qiyməti isə 1000 manatdan yuxarıdır. Xarici səfərlər, rahat və təmtəraqlı həyat Ramsin müəllimin aylıq məvacibi ilə uzlaşmır. Görünür, “gecə əməliyyatlar”ı Ramsin Abdullayevin bu xərclərini ödəmək üçün ən rahat vasitədir.
Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları məhv etməyin yeni üsulu
Hər kəsə aydındır ki, Arif Qasımov hərbi xidməti evində çəkən oğlunun idarə etdiyi 200 minlik maşını öz aylıq 1000 manatlıq məvaciblə ala bilməz. Bunu dolayısı ilə hansısa tədbirdə özü də etiraf edib. Hər halda onun da oğlu “Qacqınkom” Əli Həsənovun nəvəsi kimi 15 yaşından “biznesmen” olmayıb. Elə isə bu pulların əsl mənbəyi araşdırılmalı və prezidentin dediyi kimi səlahiyyət hədlərini aşan məmurlar ciddi cəzalandırılmalıdır. Əks halda həm “yaşıl soyqırımı”ndan, həm də bahalı maşınlarla edilən avtoxuliqanlıqlar və “yol terroru”ndan əziyyət çəkənlərin sayı hesaba gəlməz… xeberman.com

- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
