“Azərbaycanda kərə yağı Gürcüstandan 40-45 faiz bahadır” - Natiq Cəfərli
Müsahibə16 sentyabr 2017 16:52
"1 hektar şoran torpağı normal hala gətirmək üçün 10-12 milyon dollar lazımdır”
NUH.az iqtisadçı ekspert Natiq Cəfərlinin "Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:
- Natiq bəy, yeni neft müqaviləsini necə dəyərləndirirsiniz? Sizcə, burada hansı tərəfin maraqları daha çox qorunur?
- 2017-ci il şəraiti ilə və 1994-cü ilin şəraitinin fərqli olduğunu nəzərə alsaq, yeni kontrakt daha yaxşı şərtlərlə bağlandı. O zaman Azərbaycan hökuməti kontraktın tez bir zamanda bağlanmasında maraqlı idi ki, sabitlik yaransın, hakimiyyət möhkəmlənsin. Ona görə də, bəzi şərtləri qəbul etmişdi. O zaman SOCAR-ın payı 11,5 faiz civarında idi. Yeni kontraktda bu, 25 faizə qədər artdı. Pozitiv bir haldır, çünki gəlirin az qala 1/4-i SOCAR-ın payına düşür. O zaman hasilatın pay bölgüsündə ilkin mərhələdə pay bölgüsü 80 faiz beynəlxalq konsorsiumun, 20 faiz isə Azərbaycanın olmaqla ayrılmışdı. 2008-ci ilə qədər bu şəkildə davam etdi. 2008-ci ilin iyul ayında kontraktın şərtləri dəyişdi. Çünki qoyulmuş vəsait tam geri qayıtdı. Ona görə də, bu pay bölgüsü əksinə dəyişdi, gəlirlərin 80 faizi Azərbaycanın, 20 faizi beynəlxalq konsorsiumun oldu. Ancaq Azərbaycan əməliyyat xərclərini öz üzərinə götürdüyü üçün, 5 faiz əməliyyat xərclərinə çıxırdı. Hazırkı müqavilə də 75 faiz Azərbaycanın, 25 faiz beynəlxalq konsorsiumun olmaqla nisbətində müqavilə bağlanılıb. Bu çox yaxşı göstəricidir. Ancaq bəzi detallar var ki, biz bilmirik. Səmt qazı ilə bağlı məsələ açıq qalıb. Ötən müqavilədə səmt qazı Azərbaycana pulsuz verilirdi. O zaman qazın 1000 min kubmetr 8 dollar idi, çox ucuz idi. Bu sanki Azərbaycana hədiyyə olundu. O zaman qazın gəlirlilik baxımından elə bir əhəmiyyəti yox idi. İndi qazın qiyməti kifayət qədər yüksəlib. Səmt qazının Azərbaycana hansı şərtlərlə veriləcəyi bəlli deyil. Bu çox vacib məsələdir. Çünki söhbət ildə 2-3 milyard kubmetr qazdan gedir. Bu da Azərbaycan əhalisinin istehlakına bərabər həcmdir. Digər məsələ vergilərlə bağlı idi. 1994-cü ildə bağlanan müqavilədə xarici şirkətlərə ciddi vergi güzəştləri tətbiq olunurdu. İndiki müqavilədə bu vergi güzəştlərinin qalıb-qalmayacağı barədə də bir məlumat yoxdur. Onu ictimaiyyətə təqdim etdikdən sonra bizim də araşdırma aparmağımız üçün imkan yaranacaq. İlkin təəssürat belədir ki, bu, Azərbaycanın xeyrinə olan bir kontraktdır.
- Hasilatın azalması Azərbaycan neft sənayesinə necə təsir edəcək?
- Əslində birinci müqavilənin bitməsi 2024-cü ilə təsadüf edirdi. İndi 7 il öncədən bu kontraktın bağlanmasının əsas səbəblərindən biri hasilatın kəskin azalmasının qarşısını almaq idi. Söhbət Azərbaycanın daha yüksək həcmdə neft hasil etməsindən getmir. Hasilatın pik vaxtında Azərbaycan günə 1,1 milyon barel neft çıxarırdı. İndi isə təqribən gündəlik, 680-700 min barel neft çıxarır. Bu da azalmağa doğru gedir. Bu ilin ilk 7 ayında hasilatda 9 faiz azalma qeydə alınıb. Bu kontraktın əsas məqsədi hasilatın azalmasının qarşısını almaqdır. Hökumətin istədiyi odur ki, gündəlik hasilat ən azı indiki səviyyədə - 700 min barel səviyyəsində saxlanılsın. Bunun üçün müəyyən zamana ehtiyac var. Müqavilə bu gün imzalansa da, bunun reallaşması üçün azı bir neçə il vaxt lazımdır. Bu bir neçə il ərzində hasilat yenə azalacaq. Gələn il də, 2019-cu ildə də hasilatın kəskin düşmə ehtimalı var. Lakin 2020-ci ildən sonra hasilat bərpa olunaraq bugünkü səviyyəyə çata bilər. Bundan daha artıq olmayacaq.
- Azərbaycanda qızıl istehsalı ilə bağlı da yeniliklər var. "Uğur” yatağında hasilata başlanılıb. Ölkəmiz qızıldan nə qədər qazanır?
- İstehsal həddindən artıq cüzidir. Ötən il cəmi 17 milyon dollarlıq hasilat olmuşdu. Başqa ölkələrlə, məsələn, Rusiya ilə müqayisədə bu çox aşağı rəqəmdir. Orada söhbət milyardlardan gedir. Ona görə də, qızıl yataqlarının işlənməsi əlavə iş yerlərinin yaradılması baxımından önəmlidir. Ancaq ölkə iqtisadiyyatına ciddi bir təsir göstərə biləcəyini demək olmaz. İllik istehsal təxminən 5-6 ton arasındadır. Bu sahədə də beynəlxalq konsorsium fəaliyyət göstərir, İsveçrə və Britaniya şirkətləridir. Burada da hasilatın pay bölgüsü var. Bütün xərclər çıxıldıqdan sonra hasilatın pay bölgüsü aparılır. Azərbaycana çatan hissəsi Mərkəzi Bankda saxlanılır.
- Qeyri-neft sektorunda görülən işləri necə dəyərləndirirsiniz?
"Amerikada 12 hektar pambıq sahəsinə qulluq üçün 1 nəfər lazımdır, bizdə isə 10 hektara 25 nəfər”
- Qeyri-neft sektorunda Azərbaycan üçün ən önəmli sahələrdən biri kənd təsərrüfatıdır. Bu sektorun inkişafı üçün kifayət qədər münbit şərait var. Ancaq təəssüf ki, kənd təsərrüfatında atılan addımlar sistemsiz şəkildə həyata keçirilir. Qəbul olunmuş "Yol xəritəsi”ndə dünya təcrübəsində zidd olaraq nə zaman kəsimi müəyyən olunub, nə də maliyyə mənbələri göstərilib. Kənd təsərrüfatının ən böyük problemi maliyyə mənbələrinin olmamasıdır. Fermerlərə uzunmüddətli, çox aşağı faizli və ya faizsiz kreditlər verilməlidir ki, onlar öz sahələrində müəyyən uğurlar qazana bilsinlər. Türkiyədə "Ziraat” Bankı məhz bunun üçün qurulub, bu günə qədər də kənd təsərrüfatında çalışan fermerlərə faizsiz kredit verməklə məşğuldur. Azərbaycanda elə sahələr prioritet elan olunub ki, onların inkişafına illər lazımdır. Məsələn, baramaçılığın inkişafına bu gün qərar verirsinizsə, onun reallaşması üçün tut ağacları əkilməlidir. Tut tinglərinin böyüməsi üçün isə 6-7 il zaman lazımdır. Baramaçılığın inkişafı üçün bu qədər zamana ehtiyac var.
Fındıqçılığın inkişafı da bu qəbildəndir. Fındıq kollarının əkilməsi və bar verməsi üçün ən azı 6 il lazımdır. Bir fermer düşünün ki, o həm götürdüyü krediti 6 il ərzində heç bir gəlir əldə etmədən qaytarmalıdır, həm də ailəsini dolandırmalıdır. 6 ilə indiki faiz nisbəti ilə götürdüyündən iki qat artıq pul ödəyir və hələ bu müddətdən sonra fındıq bağından gəlir əldə etməyə başlayır. Bu isə fermerlər üçün sərfəli deyil. Ona görə də bu sahədə ən böyük problem uzunmüddətli və çox aşağı faizli kreditlərə çıxış imkanlarının olmasıdır. İkinci ən böyük problem dövlətin sovet dövründə olduğu kimi bütün sahələrdə qərarverici, diqtəedici olmağa çalışmasıdır. Əslində isə dünyanın hər yerində insanın maraqlarını idarə edən sistem uğur qazanır. Azərbaycan hökuməti anlamalıdır ki, insanın maraqlarını öyrənib onu idarə etmək, təşviq etmək lazımdır.
Dövlətə pambıq lazım ola bilər, ancaq bunun üçün əmrlə pambıq əkdirmək yox, bu sahəni stimullaşdırmaq lazımdır. Təşviqedici proqramlar hazırlamaq olar ki, insanlar özləri bunda maraqlı olsunlar. İndi isə bütün qərarlar yuxarıdan verilir və effekti olmayan bir sovet ənənəsidir. Azərbaycan hökuməti pambıqçılıqda əl əməyinə üstünlük verir və yeni iş yerlərinin yaranmasına çalışır. Bu isə yanlış yanaşmadır. Dünyanın inkişaf eləmiş ölkələrinə baxsaq görərik ki, əl əməyi azaldıqca rentabellik artır. ABŞ dünyada ən çox pambıq istehsal edən ölkələr arasında ilk üçlükdədir. Orada 12 hektar pambıq sahəsinə qulluq üçün 1 nəfər lazımdır. Bizdə 10 hektara təxminən 25 nəfər düşür. Çox ciddi disbalans var. Əl əməyinin artması həm məhsuldarlığı aşağı salır, həm də rentabelliyi azaldır. Kənd təsərrüfatının istehsalını artırmaq istəyiriksə, gözləntilərimizi 5 il irəli çəkməliyik, 5 il ciddi bir inkişaf gözləməməliyik. Digər tərəfdən, milyardlarla vəsait yatırmalıyıq. Azərbaycanda ən böyük problemlərdən biri şoranlaşmış torpaqlar problemidir. 1 hektar şoranlaşmış torpağı normal hala gətirmək üçün təqribən 10-12 milyon dollar pul lazımdır. Şoranlaşmış torpaqların tamamının münbit hala gətirilməsi üçün 10 milyard dollara yaxın pul lazımdır.
- ABAD mərkəzinin yaradılması bu sahədə töfhə verə bilərmi?
- ABAD xidmətin yaradılması müsbət bir hal olsa da, bu həm də bir etirafdır. O deməkdir ki, ənənəvi dövlət qurumları hökumətin siyasətini həyata keçirə bilmir. O zaman bu qurumlar ya dəyişdirilməlidir, ya da birləşdirilməlidir. Buna rəğmən paralel strukturlar yaradılır. ABAD-ın yaradılması həmin paralel strukturların bir təzahürüdür.
- Sonuncu bahalaşma göstərdi ki, manatın sabitliyi heç də iqtisadi sabitlik demək deyil. Manat sabit qalsa da, qiymətlər qalxmaqda davam edir? Səbəblər nədir?
- Səbəblər müxtəlifdir. Kərə yağının bahalaşmasının səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır. Avropa bazarlarında kərə yağının qiyməti 20-25 faiz qalxıb. Ancaq maraqlısı odur ki, kərə yağının qiymətinə görə Azərbaycanla Gürcüstan arasında 40-45 faiz fərq var. Bu artıq sual doğurur ki, məsafə təxminən eynidirsə, qiymət niyə fərqlidir? Burada gömrük rüsumu, korrupsiya və sair amillər rol oynayır. Avropadan gələn malların qiymətinin qalxmasında avronun manata nisbətən kəskin bahalaşması rol oynayır. Manat avro qarşısında 15 faiz dəyər itirib, avrozonadan gətirilən məhsulların qiymətində təqribən o qədər artım baş verib. Dollarla idxal olunan məhsulların bahalaşmasının səbəbi isə psixoloji səbəbdəndir. İş adamları hələ də gözlənti içərisindədirlər ki, məzənnə qalxacaq. Bu da qiyməti artıran faktordur, iş adamları risk marjını qiymətin üzərinə gəlirlər. Digər bir amil odur ki, başqa sahələrdə qiymət artımı ilə üzləşən iş adamları öz məhsullarının da qiymətini artırmaq məcburiyyətində qalırlar ki, xərclərini ödəyə bilsinlər.
"Hökumətin istədiyi odur ki, gündəlik hasilat ən azı indiki səviyyədə - 700 min barel səviyyəsində saxlanılsın”
- Gömrükdə rəsmiləşdirmənin ciddiləşməsi də qiymət artımına təsir edirmi? Çünki əvvəllər idxal məhsullarının bir hissəsi gömrük rüsumundan yayına bilirdi və daha ucuz başa gəlirdi.
- Tamamilə doğrudur. İş adamları da etiraf edirlər ki, korrupsiya mühiti olanda onları vəziyyəti daha yaxşı imiş, çünki idxal daha ucuz başa gəlirmiş. İndi rəsmi ödənişlərin artması xərcləri artırır və malın bazara daha baha çıxmasına səbəb olur.
- Daxili istehsalı olmayan məhsula yüksək gömrük rüsumunun tətbiq olunması nə dərəcədə doğrudur? Çünki burada daxili bazarın qorunmasından söhbət getmir?
- Gömrük rüsumun bir məqsədi var- daxili bazarı qorumaq. Azərbaycanda elə sahələr var ki, daxili istehsal olmasa da, 36 faiz gömrük rüsumu tətbiq olunur. Bu absurd yanaşmadır və qiymət artımına səbəb olur. Ölkəmizdə dərman istehsal yoxdur, ancaq gömrük rüsumu tətbiq olunur. Yerli istehsal olsaydı, idxalı azaltmaq, yerli məhsulu təşviq etmək üçün bu tətbiq olunsaydı, məntiqli olardı. Azərbaycanda avtomobil istehsalı yoxdur, lakin dünyada ən yüksək aksiz vergisi bizdə tətbiq olunur. Yerli istehsalın olmadığı sahələrdə gömrük rüsumu azaldılmalıdır ki, bazarda idxal məhsulları bir qədər ucuzlaşsın.
Oxşar xəbərlər
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 2026 01:21
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 2026 18:21
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 2026 23:26
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
