“Çingiz Qənizadə haqqında həqiqətləri söyləsəm, heç kəs ona salam verməz”
Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə millət vəkili Çingiz Qənizadənin onun haqqında söylədiyi fikirlərə cavab verib. |
“Çingiz Qənizadənin mənim əleyhimə danışmağı gözlənilən idi. Onun indi belə danışmağı təbiidir. Çünki hazırda Çingiz Qənizadənin oğlu Binəqədi rayon prokurorunun müavinidir. Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Digər tərəfdən isə Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Həmin Çingiz Qənizadə ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər onun əleyhinə iş aparıb, AXC-Müsavat hakimiyyətinin istəklərini yerinə yetirib. Hətta, 1993-cü ildən sonra Çingiz Qənizadə öz əməllərinə görə həbs də olunub. Ondan fərqli olaraq, mən Çingiz Qənizadə kimi gündə bir siyasi partiya dəyişməmişəm. Əvvəldən sonadək ulu öndər Heydər Əliyev siyasətini və cənab Prezident İlham Əliyevi dəstəkləyəcəm. Kimsə məni bu mövqedən döndərə bilməz. Yaxşı olar ki, Çingiz Qənizadə gedib öz keçmişinə nəzər salsın. Çingiz Qənizadədən fərqli olaraq mənim keçmişimdə ləkə yoxdur, sifarişlə danışmamışam. Çingiz Qənizadə barəsində gedib onun el-obasından maraqlanın, hər şey aydın olacaq. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz”.
Şeyxin qudası Çingiz Qənizadəni ondan rüşvət almaqda da ittiham edib:
“Vaxtilə Çingiz Qənizadə Bakı şəhər prokuroru işləyəndə məndən 30 min dollar rüşvət almışdı. Həmin pulun qarşılığında məni həbsdən azad edəcəkdi. Ancaq dövran elə oldu ki, AXC-Müsavat hakimiyyətdən getdi və Çingiz Qənizadə də ortada tək qaldı. Mən də pullarımı geri almaq üçün Çingiz Qənizadənin iş yerinə, evinə gedib neçə gün onu izlədim. Məndən qaçıb gizlənirdi. Axırda işdən çıxanda onun qabağını kəsib pullarımı tələb etdim və ona vaxt qoydum. Dedim ki, əgər pulum axşam saat 18:00-dək gətirilməsə, ayrı cür hərəkət edəcəm. Həmin günü dediyim vaxtda da Çingiz Qənizadə 30 min dolları gətirib qaytardı”.
Q.Salahzadə iddia edir ki, Ç.Qənizadə vəzifədə işləyən zaman “Zirəli Mustafa” adlı bir şəxsə də dəhşətli işgəncələr verib:
“Həmin “Zirəli Mustafa” da mənim tanıdığım adam idi. Çingiz Qənizadə onu həbs edərək, işgəncələr vermişdi. Elə oldu ki, sonradan Çingiz Qənizadənin özü də həbs olundu. Bu dəfə “Zirəli Mustafa” Çingiz Qənizadədən intiqam almaq istəyirdi. Mən isə imkan vermədim ki, “Zirəli Mustafa” Çingiz Qənizadəyə nəsə etsin. Hörmətli bir adamın xahişi ilə gedib “Zirəli Mustafa”dan xahiş etdim ki, Çingiz Qənizadə ilə barışsın və sairə. Bütün bunlar Çingiz Qənizadənin cinayət işi materiallarında da var”.
Xatırladaq ki, Milli Məclisin deputatı Çingiz Qənizadə “unikal.org”-a açıqlamasında keçmiş deputat Qalib Salahzadəni açıqlamalarına görə tənqid edib.
O, Hacı Qalibin dediklərini məntiqsiz, həqiqətə uyğun olmayan fikirlər hesab edib:
“Mən Qalib Salahzadənin məlum açıqlamasını oxudum. O, hər zaman məntiqə uyğun oldu-olmadı, nə düşünübsə, onu da danışıb. Əvvəla, sən kimsən ki, ölkənin Baş prokuroru səninlə düşmənçilik aparsın? Sabunçudakı torpaqların alınması ilə bağlı səslənən ittihamlar absurddur. Zakir müəllim Baş prokuror təyin olunandan sonra prokurorluq orqanlarında neqativ hallar tamamilə aradan qaldırılıb. Kadrların yerləşdirilməsində, istintaqın keyfiyyətində, prokurorluq orqanlası əməkdaşlarının davranış qaydalarında əsaslı şəkildə dəyişiklik olub. Baş prokurorun hansısa sıravi bir adamla ədavət aparması gülüncdür. Xatırlayırsınızsa, Salahzadə demişdir ki, 500 nəfəri həccə göndərib. Mən də açıqlamamamda bildirdim ki, bu həqiqətə uyğun deyil. Bu adamların birini 2 min dollardan hesablasaq bir milyon pul edir. Ondansa, savadlı gənclərimiz var, imthan veriblər, ali məktəbdə oxumaq üçün imkanları yoxdur, onlara yardım etmək lazımdır.
Hesab edirəm ki, Q.Salahzadənin bu açıqlaması da həmin mənasız bəyanatlardan biridir. Hər dəfə o belə açıqlamalar verməklə özünə yaxın olan adamlar üçün də başıucalığı gətirməyən hallara rəvac vermiş olur. Düşünürəm ki, bunlar Qalib Salahzadənin həmişə dediyi məntiqsiz, həqiqətə söykənməyən, özünün fərziyyəsinə uyğun fikirlərdəndir”.
Ç.Qənizadə vaxtilə “Zəfəran Zavxozu”na məxsus torpaqların taleyinin araşdırılmasının vacib olduğunu da qeyd edib:
“Q.Salahzadənin açıqlamasını oxuyan hər bir vətəndaş hesab edir ki, Azərbaycan kimi bir dövlətin baş prokurorunun sıravi bir adamla düşmənçilik aparması gülüncdür. Hacı Qalib o qədər də əməli saleh adam deyil. Mən onun bu dediklərini savadsız, mənasız, heç bir əsası olmayan, özünə qarşı mənfi fikrin formalaşmasına xidmət edən sözlər kimi qəbul edirəm.
Zakir müəllimin necə təmiz və saf kadr olmasını təkcə prokurorluq orqanlarının əməkdaşları deyil, bütün cəmiyyət bilir. Bu adam haqqında indiyə qədər bir dənə də olsun neqativ ifadə, fikir səslənməyib. Bir nəfərin sərsəm fikirləri onun nüfuzuna kölgə sala bilməz. Deyilənlər bu açıqlamanı verənin özünün imicinə qarşı fikirlərin formalaşmasına xidmət edir.
Mən çox istərdim ki, həm Baş Prokurorluq, həm də digər qurumlar səviyyəsində Sabunçu ərazisində yerləşdən vaxtilə “Zəfəran Zavxozu” olan torpaqların taleyi araşdırılsın. Çox güman ki,onların böyük hissəsi Qalibin özündə olacaq. Qalanlarının da taleyi araşdırılsa, yaxşı olar”.
NUH.az
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
6 fevral 2026 19:07
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
