Sosial evlər: İstəyən çox, mənzil az
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli kateqoriya üçün inşa edilən “Yasamal Yaşayış Kompleksi”ndə sosial evlərin tikintisi sürətlə davam etdirilir. İlk 9 mərtəbəli yaşayış binasında və 3 mərtəbəli, 960 yerlik ümumtəhsil məktəbində son tamamlama işləri gedir. “Yasamal Yaşayış Kompleksi”ndə satışa ümumilikdə 1843 mənzil çıxarılacaq. Daha tez müraciət edən vətəndaşlar buradan mənzil əldə edə biləcəklər. Digər vətəndaşlar isə növbəti mərhələni gözləməli olacaqlar.
Layihəni həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, ümumi sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 12-si birbloklu 12 mərtəbəli, 17-si isə ikibloklu 9 mərtəbəli olacaq. Kompleksin tikintisi başa çatdıqdan sonra ümumilikdə 1843 ailəni yeni mənzillə təmin etmək imkanı yaradılacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Eyni zamanda ərazidə 960 yerlik ümumtəhsil məktəbi ilə yanaşı, 240 yerlik uşaq bağçası, ticarət mərkəzi, habelə müvafiq ictimai iaşə, məişət və digər xidmət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Binaların tikintisinin 2018-ci ilin yayında yekunlaşacağı gözlənilir.
Sosial evlərin tikintisi və satışa çıxarılması ilə bağlı son yeniliklər nədən ibarətdir?
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət”qəzetinə aqçılamasında deyib ki, sosial evlərlə bağlı “Asan Xidmət” və Mənzil İnşaatı Dövlət Agentliyinin Güzəştli İnternet Portalında elektron formada sənədlərin qəbulu prosesinə başlanılıb. Bu prosesi daha da sadələşdirən faktorlardan biridir:
“Əsasən hazırda qeydiyatdan keçmiş vətəndaşların gözlədiyi mənzillərin nə zaman satışa təklif olunacağı məsələsidir. Vətəndaşlar müəyyən qədər narahatdır. Çünki müraciətin sayı çoxdur. Amma mənzillərin sayı məhduddur. Təxminən 1843 mənzil var. Təbii ki, sonrakı dövrlərdə Hövsan və digər layihələr də gəlir. Vətəndaşlar eyni zamanda onu da bilməlidir ki, vətəndaş bir dəfə orada qeydiyyatdan keçir və özü üçün kabinet yaratdıqdan sonra bu bütün layihələrdə onlara iştirak hüququ verir. Söhbət ondan getmir ki, vətəndaş hazırda qeydiyyatdan keçirsə, mütləq Yasamal Yaşayış Kompleksindən mənzil almalıdır. Vətəndaş bu prosesdə iştirak edə bilməsə davam edəcək digər layihələrdə, bir sözlə öz həyatı dövründə bir dəfə ona tanınan bu hüquqdan istifadə edə bilər. Yəni indi alan digərini ala bilməz, almayan isə sonrakı layihələrdə artıq qeydiyyatdan keçmiş namizəd sayılır. Təkrar qeydiyyata əlavə ehtiyac yoxdur. Gözlənilir ki, ilin sonuna qədər bu mənzillər satışa təklif olunsun. İşlər də əsasən bu istiqamətdə aparılır. Narahatverici məqam ondan ibarətdir ki, tələb həddindən artıq çoxdur. Prosesdə özəl sektorunun fəaliyyətinin təmin edilməsinə ehtiyac var. Artıq MİDA tərəfindən bir neçə şirkətlə əməkdaşlıq qurulub”.
Ekspert bildirib ki, güzəştli mənzil strategiyasında nəzərdə tutulub ki, bu prosesdə özəl sektorun iştirakçılılığı daha da artırılsın:
“Hazırda MİDA-nın özünün gənc qurum olması və prosesin yeni başlaması, 3 il əvvəl təsdiqlənən qaydaların icra edilməsi bir sıra hallarda öhdəliyi bir qədər çətinlik formalaşdırır. Nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsi məqsədilə proseslər yalnız dövlət vəsaitləri deyil, özəl sektorun vəsaitlərinin iştirakçılılığının artırılmasına da ehtiyac var. Daha uyğun şərtlərlə, eyni zamanda münasib istiqamətlərlə işlərin görülməsi məqsədəuyğun olardı. Bütövlükdə götürəndə əhalinin bu layihəyə ümidi çoxdur. Baxmayaraq ki, hazırda layihə daha çox ödənişli qabiliyyətli olmaqla vətəndaşlara mənzilin təklif olunması nəzərdə tutulur. Amma onun genişlənməsi, şaxələnməsi burada daha aşağı xərc və vəsaitlərin prosesə cəlb edilməsi şərtdir. Gözlənilir ki, növbəti dövrlərdə şərtlər daha da liberallaşdırılsın və əhalinin aztəminatlı qruplarının bu prosesdə iştirakı sürətlənsin”.
Rəşad Həsənov Yasamalda tikintisi gedən sosial mənzillərin bitməsinə aylar qaldığını deyib:
“2018-ci ilin ortalarında bu binaların təhvil verilməsi nəzərdə tutulub. Həmin dövrdə olmasa və hər hansı fors-major vəziyyət yaranmasa, 2018-cilin sonuna qədər bu proses yekunlaşacaq. Artıq 3 binanın başa çatması mərhələsində olduğunu deyə bilərik. Böyük ehtimalla yaxın həftələrdə bu 3 binanın artıq satışa çıxarılmasının şahidi ola bilərik. Hövsan layihəsinə də artıq başlanılıb. Uyğun ərazidə qaz strukturu və digər işlərə başlanıb. Hövsan layihəsi Yasamal layihəsindən daha geniş nəzərdə tutulub”.
Sosial evlərin şərtlərinin ağırlığına gəlincə, ekspert deyib ki, əslində ilk olaraq bu məsələnin ictimailəşməsində problemlər olmuşdu:
“Bunun ölkədə daha çox sosial mənzil kimi təbliğatı getdi. Proyektin özü isə ümumilikdə güzəştli mənzil strategiyası idi. Hansı ki ötən ilin dekabrında imzalanıb. İşlər də bunun əsasında həyata keçirilib. Yəni burada sosial mənzil yoxdu. Bu da böyük ehtimalla ondan ibarətdir ki, 2015-ci ilin əvvəlindən sonra ölkədə iqtisadi vəziyyət çətinləşdi və dövlət gəlirləri azaldı. Bu gəlirlərin azalması fonunda ödəniş qabiliyyəti olan və daha çox layihənin dayanıqlığını təmin edə biləcək bir mövqe ortaya qoyuldu. Yəni pul gəlsin ki, layihənin digər ilərdə davam etdirilməsi mümkün olsun. Buna bənzər bir metod düşünüldü ki, buna da məhz İpoteka Fondunun cəlb edilməsi idi. Mənzillərin böyük bir qismi İpoteka Fondunun vəsaitləri hesabına satılmalıdır. Çünki nağd satış bir qədər çətindir. İnsanların nagd ödəniş imkanları azdır. Banklardan vəsaitlər sərf edib oradan mənzillər alınması məsələsi də hazırki şərtlərə uyğun gəlmir. Faizlərin hiss olunacaq səviyyədə yüksək olması vətəndaşlara baha başa gəlir”.
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
3 fevral 2026 13:46
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
2 fevral 2026 13:26
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
2 fevral 2026 11:11
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- ARAZ supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
28 yanvar 2026 12:19
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
