BSU-nun rektoru beynəlxalq mükafata layiq görülüb
25 sentyabr 2017-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə rektorluğun iclası keçirilib.
İclasda sentyabrın 16-dan 23-dək Çerniqov şəhərində ezamiyyətdə olmuş Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, fil.ü.f.d., dosent Yaşar Alxasovun hesabatları dinlənilib. Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov səfərin Çerniqov Milli Texnologiya Universitetinin rəhbərliyinin dəvəti ilə baş tutduğunu bildirib. O, səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və ÇMTU (Çerniqov Milli Texnologiya Universiteti) nəzdində Azərbaycan dili Bazar Günü Məktəbinin açılması barədə məlumat verib. Sonra prof. R.Novruzov Bakı Slavyan Universiteti (BSU) ilə Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalandığını bildirib.
Prof. R.Novruzov daha bir əlamətdar hadisə barədə məlumat verib. O, Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru, professor N.Əliyevaya elmi və ictimai fəaliyyətinə görə Fəxri professor adının verildiyini bildirərək diplom və medalı ona təqdim edib.
Prof. R.Novruzov sonra universitetə daha bir sevindirici xəbərin daxil olduğunu qeyd edib. O, BSU rektoru, professor Nurlana Əliyevanın Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə “The Name in Science” fəxri mükafatına layiq görüldüyünü bildirib. O, “The Name in Science” tituluna layiq görülmüş şəxsin mavi lentdə üzərində “Dünya elmini zənginləşdirməyə görə” yazılmış orden, Sokratın barelyefini, “Alimə eşq olsun” yazılı xatirə lövhəsini aldığını və adının dünyanın görkəmli alimlərinin beynəlxalq reyestrinə daxil edildiyini bildirib. R.Novruzov mükafatın oktyabrın 6 və 7 tarixlərində Fransanın Kann şəhərində keçirələcək İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq Festivalında BSU rektoruna təqdim ediləcəyini diqqətə çatdırıb.
Prorektor, həmçinin Bakı Slavyan Universitetinin də “Ən yaxşı təhsil müəssisəsi” (“Best Educational İnstition Award”) Beynəlxalq mükafatına layiq görüldüyünü bildirib. O, bununla bağlı rektora ünvanlanmış məktubda aşağıdakı fikirlərin səsləndiyini deyib: “ Müsəssisənin Sizin rəhbərliyiniz altında uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyasının Beynəlxalq Sokrat Komitəsinə Bakı Slavyan Universitetini bu mükafata təqdim etməyə imkan vermişdir“.
Sonra Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarova, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, BSU-nun jurnalistika kasfedrasının dosenti, əməkdar journalist Etibar Babayev və digərləri qazanılmış uğurlar münasibətilə universitetin rektorunu təbrik edib və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün öz təklif və tövsiyələrini veriblər.
BSU-nun rektoru, professor N. Əliyeva bu mükafatlarda universitetin hər bir əməkdaşının əməyi olduğunu və bu mükafatın tək ona yox, bütün kollektivə verildiyini vurğulayıb. Prof. N. Əliyeva YUNESCO-nun Fəxri diplomuna layiq görülməsinin ardınca BSU-nu bu mükafatları almasına görə professor - müəllim heyətindən tutmuş texniki işçilərə qədər hamıya minnətdarlığını bildirib. N.Əliyeva sonda onu da qeyd edib ki, bu mükafat bizi arxayın salmamalı, daha məsuliyyətli işləməyə ruhlandırmalıdır.
BSU-nun Mətbuat Xidməti
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
