Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Nazir Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Görüşdə əsas məqsəd Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqların aparılması olub.
"Qafqazinfo" xəbər verir ki, Heydər Əsədov Azərbaycanda aqrar islahatların həyata keçirilməsində, kənd təsərrüfatının inkişafında Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdıraraq Birinci və İkinci Kənd İnvestisiya Layihələrinin müsbət nəticələrini verdiyini, infrastruktur layihələrin həyata keçirildiyini, icmaların yaranmasında, bazara çıxış imkanlarının yaxşılaşdırılmasında fermer və sahibkarların bacarıqlarının, məşğulluğunun və gəlirlərinin artırılmasında bu layihənin əhəmiyyətini vurğulayaraq, fermer və sahibkarların bundan bəhrələndiyini qeyd edib.
Dünya Bankının layihə üzrə qrup rəhbəri Satoshi İşihara səmimi qəbula görə təşəkkürünü bildirərək Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edərək, bundan sonra da əməkdaşlığa önəm verdiyini bildirib.
Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin Kənd İnvestisiya Layihələrinin Birinci və İkinci mərhələləri üzrə görülmüş işlər üzrə məlumat verərək, 2005-ci ildən bu günə qədər AzKİL çərçivəsində 1999 icma yönümlü layihə həyata keçirildiyini bildirib. Tara Şərəfudhin bu layihələrin əsasən infrastruktur layihələr olmaqla 1141 kənddaxili yolun bərpası, 262 içməli su sisteminin bərpası, 147 irriqasya və drenaj sisteminin bərpası, 42 məktəbin təmiri və bərpası, 21 uşaq bağçasının təmirı və bərpası, 200 icmada abadlıq işlərinin aparılması və s tədbirlərin həyata keçirildiyini və coğrafi xəritənin tərtib olunduğunu qeyd edib. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər son nəticədə icmaların formalaşmasına, bacarıq və vərdişlərin, o cümlədən əhalinin gəlirlərinin artırılmasına yönəlib.
Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin AzKİL-3 layihəsi üzrə hazırlanmış konsepsiya barədə məlumat verib. Bildirib ki, layihədə əsas məqsəd infrastrukturun hazırkı vəziyyəti, icmalarda potensialların və maliyyə çıxışlarının, kiçik sahibkarların dəstəklənməsi, gəlirlərin artırılmasında dayanıqlılığın, kənd əhalisinin bacarıqlarının və vərdişlərinin artırılması, beynəlxalq təcrübədən yararlanmaqla coğrafi informasiya sistemi üzrə məlumatların toplanması, (xəritələrin hazırlanması,) AZKİL 1 və Azkil 2-nin nəticələrindən bəhrələnməklə icmal infrasturukturunun dayanıqlılığının artırılması, infrasturuktur obyektlərin, o cümlədən AzKİL tərəfindən tikilmiş obyektlərin idarə edilməsində bacarıqların gücləndirilməsi, bələdiyyələrin kənd yolları, kəndin su təchizatı sistemləri və digər infrastruktur obyektlərinin hüquqi sahibləri kimi öz öhdəliklərini tam yerinə yetirməsini təmin etmək məqsədilə onların maliyyə, texniki bacarıq və potensialında mövcud olan boşluqların aradan qaldırılmasıdır.
Nazir Heydər Əsədov layihənin səmərəliliyini artırmaq məqsədilə infrastruktur layihələrlə yanaşı aqrar yönümlü sahələrə də üstünlük verilməsinin vacibliyini bildirərək, Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, xüsusilə beynəlxalq təcrübədən yararlanmaqla süd və ət kəsimi məntəqələrinin yaradılması, bağların salınması, kooperativlərin yaradılması, terraslarda fındıq bağlarının salınması, tinglik təsərrüfatlarının yaradılması, bütövlükdə kompleks yanaşmanın vacibliyini vurğulayıb və layihəni bütövlükdə dəstəklədiyini bildirib.
Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
NUH.az
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
