Qaradağlının qəzəbinə tuş gələn məşhurlar - Çoxu xanımlardır
Xəbər verdiyimiz kimi, ötən gün ATV rəhbəri Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.
Onunla birgə kanalın bir neçə vəzifəli əməkdaşı işdən çıxıb. Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Bir çox tanınmış simalar da ATV kanalının eks-rəhbəri ilə bağlı ittihamlar səsləndirməyə başlayıblar. Müğənni Nura Suri ATV-nin vitse -prezidenti, eyni zamanda Vüqar Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulayıb. Suri iddia edib ki, Dadaşovun istəyi ilə toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərində müğənnilər ödənişsiz çıxış ediblər. Həmçinin, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar qara siyahıya salınıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu hadisə təkcə Nura Surinin başına gəlməyib. Şou-biznesin bir çox parlaq ulduzları da bu "sınaq"la qarşılaşıb. Məsələn, sənətçilər üçün ən problemli məsələ toydur. Belə ki, ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunur. TV-nin “zapret” siyahısına düşmək istəməyən ifaçı məclisdə çıxış etmək üçün şadlıq sarayına gedir və hər dəfə yaşadığı mənzərə ilə yenidən qarşılaşır. Yəni, həmin məclisdə ATV-nin heç bir işçisi ilə rastlaşmır. Hətta, 15 dəqiqəlik mahnı oxuyan müğənniyə irad tutulub ki, sizə yarımsaatlıq yer ayrılıb, niyə oxumamısız? Müğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb. Hətta, şou-biznesin bir neçə tanınmış ulduzu var ki, bu “kələk”dən xəbərdar olaraq toyu yarımçıq tərk edib. Həmin məşhurlar avtomatik olaraq kanalın musiqi departamentinin rəhbəri Allahverdi Xələfov tərəfindən qara siyahıya salınıb. Belə ulduzlar arasında Nura Suri, Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və başqaları var. Bundan əlavə, əksər müğənnilər kanalın rəhbər şəxsləri arasında şəxsi münasibət zəminində qalmaqal yaşayıb və bununla da, kanalın “qara siyahı”sı genişlənməyə başlayıb. Hətta, ATV-nin ən populyar maqazin proqramı “müğənnisizlik”dən əziyyət çəkib və dəfələrlə iclasda məsələni müzakirəyə çıxarıblar. Lakin onların bu istəyinə önəm verilməyib. Həmçinin, xalq artisti Flora Kərimova, əməkdar artist Elza Seyidcahan, Ayan Babakişiyeva, Günel Ələkbərova, Mehriban Xanlarova, Əli Mirəliyev, Aşıq Samirə və daha bir neçə məşhur ulduz ATV rəhbərinin qəzəbinə tuş gəlib. Siyahıda daha çox xanım sənətçilərin olması isə xüsusi diqqət çəkir. Bundan başqa, kanal rəhbərliyi qonşu kanallarda seriala çəkilən, veriliş aparan ulduzları da hədəfə alıb. Nəticədə, Oksana Rəsulova, Sevil-Sevinc bacıları, Roza Zərgərli və bir neçə nəfər də ATV-nin efirindən məhrum olub.
NUH.az
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
