- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Nazirlikdən sahibsiz heyvanlarla bağlı qınaqlara cavab
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar olunmasına dair məlumatlarda nazirliyin qınaq obyekti kimi göstərilməsinə dair bəyanat yayıb.
ETSN-in mətbuat xidmətindən "Qaynarinfo"ya verilən xəbərə görə, bəyanatda bildirilib ki, Bakının və ölkənin digər şəhərlərinin küçələrində sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar olunmasına dair mediada, sosial şəbəkədə xarici və yerli istifadəçilər tərəfindən məlumatlar yayılır: "Əfsuslar olsun ki, bəzi hallarda qınaq obyekti kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı çəkilir. Bununla əlaqədar qətiyyətlə bəyan edirik ki, sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid deyil və onun əsasnaməsi ilə müəyyən edilməyib. Nazirliyin bu sahədə fəaliyyət göstərən səlahiyyətli qurumu yoxdur, bununla bağlı dövlət Nazirliyə hər hansı hüquq verməyib və məsuliyyət müəyyən etməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdəki sahibsiz ev heyvanları ilə rəhmsiz davranışları biz də qınayırıq. Nazirlik səlahiyyəti daxilində ev heyvanlarına qarşı törədilən bu cür əməllərlə bağlı tədbirlər görür, müxtəlif vətəndaşlara qarşı cərimə protokolları tərtib olunub və bir sıra hallarda hüquq-mühafizə orqanlarına təqdimatlar göndərilib".
Nazirlik sosial şəbəkələrdə yayılan görüntülərdə baş verənlərə görə qurumun adının hallandırılmasını qeyri-səmimi yanaşma və provokasiya hesab edib. Qeyd olunub ki, bu halda ünvan düzgün seçilməyib və bundan belə nəticə çıxarmaq olur ki, kimlərsə bilərəkdən yanlış məlumat yayır: "Məqsəd isə heyvanların mühafizəsi deyil, əsl günahkarları gizlətməkdən, aidiyyəti olmayan şəxslərə şər-böhtan atmaqdan və yalan məlumatlarla ictimaiyyəti çaşdırmaqdan ibarətdir. Bir daha diqqətə çatdırırıq ki, ünvan səhv salınıb. Başqa idarəetmə orqanlarının bu və ya digər sahədə fəaliyyətinə qiymət vermək isə nazirliyin işi deyil. Heyvanat aləminin, o cümlədən ev heyvanlarının mühafizəsi məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bununla bağlı çox sərt qanunvericilik bazası mövcuddur.
Azərbaycan 2007-ci ildə “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya edib və müvafiq qanunvericilik aktlarını həmin Konvensiyaya uyğunlaşdırıb, ev heyvanlarına qarşı rəhmsiz rəftara görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulub. Eyni zamanda, ölkədə qəbul olunmuş qaydalara görə, sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi, onların evlərdə saxlanılması qaydalarına nəzarət sahəsində məsul qurum yerli özünüidarəetmə orqanları müəyyən edilib. Öz növbəsində nazirlik heyvanlarla, o cümlədən sahibsiz ev heyvanları ilə rəhmsiz rəftar edilməsi sahəsində minlərlə fakt müəyyən edib və yüksək məbləğdə cərimələr tətbiq olunub, cinayət tərkibi müəyyən olunduğu zaman daha sərt tədbirlərin görülməsi üçün sənədləşdirilən materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Qeyd edək ki, Nazirlik sahibsiz ev heyvanları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına xidmət edə biləcək istənilən təklifi öz səlahiyyətləri daxilində müzakirə etməyə və lazım gələrsə, dəstəkləməyə hazırdır.
NUH.az
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Kiyevdə matəm elan edildi
14 may 2026 19:44
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 2026 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 2026 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 2026 11:25
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
