Nərimanov İH, Gözdən Əlillər Cəmiyyəti və... - Paytaxtda mənzil qalmaqalı

Şəhərin mərkəzində ev alacam sevdasıyla dələduzların toruna düşən Faiq Quliyev yeni yaşayış binasında 230 min dollarlıq mənzilindən olub. O, evini satmaqla həm borclarını ödəməyi, həm də yeni ev almağı hədəf seçibmiş.Amma necə deyərlər, sən saydığını say, gör dələduzlar sənin pulunu necə sayacaqlar... Dələduzla tanışlıq... "Əli adlı bir ağsaqqal var, 2014-cü ildə onun kafesini kirayəyə götürüb işlədirdim.Sonra işlər düz gətirmədi, ona təxminən 6 min manat borcum yarandı. Eyni zamanda, qızımın səhhətində narahatlıq vardı, onu müalicə etdirməli idim. Əli kişi 6 min manatını istəyəndə çox çabaladım, dövlət işində işləmədiyimə görə mənə banklardan kredit də vermədilər. Məcbur olub Nəsimi rayonunda yerləşən yeni tikilidəki 4 otaqlı mənzilimi satdım. Əli kişinin borcunu qaytardım. Bu vaxt o, mənə təklif etdi ki, qohumu Rahib Hüseynov vasitəsilə ucuz ev tapa bilərəm. Rahiblə tanışlığımız da elə o vaxt başladı. Rahib mənə 105 min manat (Onun gözü qarşısında 120 min dolları manata çevirib ona 105 min manat verdim –F.Q) qarşılığında Nərimanov rayonunda yerləşən gözdən əlillər üçün tikilən binada ev almağa söz verdi. Daha doğrusu o, təklif etdi ki, bu işi kredit müqaviləsi ilə edək”. Aldadılan tək insan deyilmiş... Nəzərdə tutulan bina tam hazır olub təhvil veriləndə Faiq Quliyev aldadıldığını anlayır: "Əli kişi Rahibin qardaşının qayınatasıdır.Mənə dedi ki, narahat olma pulu geri alacam. Əlavə etdi ki, Rahib pulu Məzahir Nəsibov vasitəsilə Nərimanov rayon İcra Hakimiyyətində çalışan Şıxəliyev Yoməddinə verib”. Məsələni yerində dəqiqləşdirmək üçün əlaqə saxladığımız Nərimanov rayon İcra Hakimiyyətindən Modern.az-a bildirildi ki, vətəndaş yaranmış problemlə bağlı şəxsən qəbul şöbəsinə müraciət edə bilər. Qayıdaq 105 min manatın aqibətinə. Şikayətçi deyir ki, 105 min manat vəsaitin qarşılığında R.Hüseynov ona 27 min manatını geri qaytarıb. Məntiq onu deyir ki, R.Hüeynov F.Quliyevdən aldığı pulu lazımi ünvana çatdırıbsa, 27 min manatı niyə geri qaytarmalı idi. Burada quyruq görünür. Özü də necə... Faiq Quliyev geri alda bildiyi 27 min manat məsələsinə belə aydınlıq gətirir. "Ondan 2016-cı ilin vurulmuş "Nissan Altima” avtomobilini bu vəsait əvəzinə geri ala bildim. Razılaşdıq ki, maşın 13 min manat dəyərində qiymətləndirilsin. Daha sonra mənə dəyəri 10 min manat məbləğində daşburaxan maşın verdi.Son olaraq da mənə torpaq göstərdi, hansı ki, onun heç bələdiyyədən sənədi belə, yox idi. Guya mənə verirdi. Mən o torpağı neləyəcəkdim ki? Nəsə o torpağı deyil, əvəzində 4 min manat pul verdi.Ümumilikdə borcdan 27 min manatı çıxdım.Qalan vəsaiti geri qaytarmır. Ona görə də məsələ məhkəməyə qədər getdi. 12 iyun 2017-ci ildə Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyilə keçirilən iclasda mənim xeyrimə qərar qəbul edildi.Amma Rahib mənim pulumu qaytarmır. Deyir "Nərimanov rayon İcra Hakimiyyətindən nə vaxt pulu qaytarsalar, onda da verəcəm””. İndi çətin durumda olan Faiqin yoldaşı və övladları qayınanasının evində, özü isə bacısının evində yaşayır. Dələduz şəbəkənin üzvləri Almaniyaya qaçıb Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Modern.az-a deyib ki, gözdən əlillər üçün nəzərdə tutulan evlər satış üçün tikilməyib: "2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Nərimanov rayonu, Faiq Yusifov 40 ünvanında gözdən əlillər üçün yaşayış binasının tikintisinə başlanıb. 2015-ci il 24 dekabrda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə binanın açılışı edildi. Bakı şəhərinin 11 rayonunda yerli icra hakimiyyətlərində mənzil növbəsində olan I və II qrup gözdən əlillərə paylanıb. 11 rayon İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət yaradılmış Komissiya mənzillərin tam şəffaf, növbəlilik prinsiplərinə uyğun paylanmasına təminat verib. Mənzillər paylandıqdan sonra bir qrup şəxs bizə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək Məzahir Nəsibovun onlardan külli miqdarda vəsait alaraq, həmin binadan mənzil verəcəyini bildirdiyini deyib. Sonradan müəyyən olunub ki, dələduzluq faktında Məzahir Nəsibov tək olmayıb, Rahib Hüseynov kimi şəxslər də onunla əlbir olaraq vətəndaşları onlara mənzil alacaqları adı ilə aldadıblar. Halbuki, vətəndaşlar bilməli idi ki, bu, dövlət vəsaiti hesabına gözdən əlillər üçün tikilən binadır və kiməsə satıla, bağışlana bilməz. Bunlar bir şəbəkə qurub. Bu şəbəkə vasitəsilə Məzahir və Rahib vətəndaşları aldadaraq 1 milyon manatdan çox vəsaiti mənimsəyib. Məndə olan məlumata görə, Məzahir Nəsibov hazırda Almaniyadadır. Rahib Hüseynov "pulu Məzahirə vermişəm” deməklə özünü təmizə çıxardığını sanır. Rahib deyir ki, guya həmin şəxslər onun qohum-əqrəbasıdır, xalası, əmisi, dayısı, xalası uşağı və s.dir. Sonradan məlum oldu ki, bunların heç biri arasında heç bir qohumluq əlaqəsi yoxdur. Rahib aldığı vəsaitin müəyyən hissəsini özünə götürdükdən sonra qalanını Məzahir Nəsibova verib. Məzahir ölkədən qaçandan sonra bizə və müxtəlif məmurlara qarşı şantaja başlayıb. Guya vətəndaşları biz aldatmışıq. Mən də sual verirəm ki, pulu kimə vermişdiniz? Deyirlər "Rahibə, o da Məzahirə verib”. Bizə o da məlum oldu ki, Məzahirlə vətəndaşlar arasında müxtəlif vaxtlarda borc müqaviləsi bağlanıb. İndi ayılıblar ki, "biz sizin yataqxanada qeydiyyatda olmuşuq, bəs Nərimanov İcra Hakimiyyəti sərəncam verib”. Zərərçəkmişlərin ifadə vermələrinə əngəllər yaradılır S.Abdullayev qeyd edir ki, qeydiyyata düşmək vətəndaşa hansısa binada mənzil veriləcəyi anlamına gəlmir: "Sərəncamda yazılmır ki, həmin binada sizə ev veriləcək. Ümumi əsaslarla növbəyə dayanıblar, bunların heç birinin güzəştli əsasları yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində də göstərilib ki, yalnız imtiyazlı şəxslər-I, II qrup əlillər, müharibə iştirakçıları, şəhid ailələri növbədənkənar və növbəli şəkildə mənzillə təmin edilir. Aldadılan şəxslər iddia edir ki, onlar qeydiyyata əlil kimi götürülüblər. Binanın sifarişçisi biz olmasaq da, sədr olaraq dərhal 2015-ci ilin aprel ayında Nərimanov rayon Polis İdarəsinə və Nərimanov rayon Prokurorluğuna müraciət etdim. Mənim müraciətimə əsasən, Nərimanov rayon Prokurorluğunun göstərişilə Nərimanov rayon Polis İdarəsində cinayət işi açıldı. O vaxtdan bu günə qədər zərərçəkmiş şəxslərin bir çoxuna ifadə vermələri ilə bağlı müraciət edilib. Amma təəssüf ki, o qədər insandan cəmi 6-7 nəfər istintaq orqanlarında ifadə verməyə razı oldu, əksəriyyət istintaqdan yayındı. Yayınmalarının da səbəbi bunun qruplaşma tərəfindən təşkil olunmasıdır. Onlar bildilər istintaq onlara sual edəcək ki, "sənin nə marağın vardı bu qədər vətəndaşı ev almağa vadar edirdin”. Rahib kimi şəxslər vətəndaşları şantaj edərək, yalançı vədlər verərək, ifadə vermələrinə əngəl olurlar. Hazırda iş Nərimanov rayon Polis İdarəsindən alınıb Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırma aparılır. Mən və müvafiq şəxslər də məsələ ilə bağlı izahat vermişik. Təbii ki, biz vətəndaşların aldadılmasını istəmərik. Amma bu yola gedən vətəndaş bilməlidir ki, məsələ hüquqi müstəvidə aydınlaşdırılmalıdır. Hüquq mühafizə orqanlarının Məzahir Nəsibova qırmızı bülleten çıxarması və onun ölkəyə gətirilməsi üçün vətəndaşların ifadə vermələri mütləqdir”. "Məzahir Nəsibov Azərbaycana qayıtmalıdır” Cəmiyyət sədri deyir ki, bunlar bir şəbəkə olub: "Bəzisi özünü Nərimanov rayon İcra Hakimiyyətinin, bəzisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, bəzisi Gözdən Əlillər Cəmiyyətinin əməkdaşı kimi təqdim edib. Əslində isə onların qeyd etdiyim bu qurumlarla heç bir bağlılıqları olmayıb. 4 ildir ki, bu insanları aldadıb, hər dəfə bir bəhanə ilə yola veriblər. Vətəndaşlara " bu barədə heç kimə söz deməyin, mən orada işləyirəm, mənim orda adamlarım var, kiməsə desəniz iş pozula bilər” deməklə aldadıblar. Məzahir Nəsibov 10 il türmədə yatıb, hətta onunla bir kamerada yatan adamı aldadıb. Məzahir Süleymanov sosial şəbəkələr vasitəsilə müraciətlər yaydı, şantaj etdi bizi. Ona iki dəfə mesaj göndərdim ki, gəl açıqla görək mən səninlə harada, hansı restoranda görüşmüşəm. Ancaq Məzahir gəlmir. Çünki qəbahətini bilir. Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə açılan cinayət işinə cəlb olunmalıdır. Hətta, Azərbaycan tərəfi Məzahirin ekstradisiyası üçün Almaniyaya müraciət edə bilər”. S.Abdullayev qeyd edib ki, hazırda gözdən əlillər üçün tikilən binada yaşayan insanların hamısı I və II qrup şəxslərdir: "İstənilən ünvanda yaşayan insanın adını çəkin, onlarla sizin görüşünüz şərait yaradarıq”. Rahib Hüseynovla da əlaqə saxladıq. Öncə bütün təqsiri Nərimanov İcra Hakimiyyətinin üstünə artan bu şəxs, bizim icra hakimiyyəti ilə əlaqə saxlayacağımızı bildkdə fikrini dəyişdi, hədəf olaraq Gözdən Əlillər Cəmiyyətini göstərdi. Daha sonra isə bildirdi ki, bütün pullar Məzahir adlı şəxsə verlib. Məzahiri isə guya İcra Hakimiyyəti ilə Gözdən Əlillər Cəmiyyəti Almaniyaya qaçırıb. Heç şübhəsiz ki, bu kimi məsələləri araşdırmaq, qərar vermək məhkəmələrin işidir. Biz baş vermiş qanusuzluqları müvafiq qurumların diqqətinə çatdırırıq.
F.Quliyevin Modern.az-a bildirdiyinə görə, hər şey Bakıda kafe işlətməyə başlamasından sonra baş verib:
Sonra Faiq Quliyev aldadılan tək insan olmadığını başa düşüb. Rahib Hüseynov 19 nəfərə ev alacağı vədilə, onlardan ümumilikdə 1 mln. 234 min manat pul götürüb. Və M.Nəsibov vasitəsilə Yoməddinə verib. Nərimanov rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edir.
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
15 avqust 2025 16:56
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Bu il 501 azərbaycanlı Türkiyədə mənzil alıb
14 avqust 2025 01:22
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
8 avqust 2025 09:39
- Bakıda =od qiyməti=nə, Xaçmazda 17 QƏPİK - Səbəb nədir?
7 avqust 2025 02:17
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025 23:15
- Bakıda əhalinin ən sıx yaşadığı RAYONLAR - SİYAHI
3 avqust 2025 14:20
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 2025 12:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05