- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Hakimiyyətdəki Zeynalovlar sülaləsi - ARAŞDIRMA
Günün sitatı3 oktyabr 2017 19:21
Böhran Azərbaycanda dövlət qurumlarında struktur islahatlarını qaçılmaz edib. Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin başlanması vacibdir.
Arqument.Az-ın mediada yayılan məlumatlara istinadən verdiyi xəbərə görə, Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumun da adının dəyişdirilərək, yenidən formalaşdırılması məsələsi müzakirə olunmaqdadır. Məlumata görə, DYP-nin bazasında Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.
Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-nin ləğvini həqiqətən də, zərurətə çevirir. Ən azından ortada Gürcüstan nümunəsi var.
Yeni qurumun yaradılması, həm də DYP-ni ailə biznesinə çevirən, 5 ildir təqaüd yaşı çatsa da, hələ də kreslosunu qorumaq üçün çaba göstərən Ramiz Zeynalovun daha yeni və çevik bir kadrla əvəz olunmasına səbəb olacaq.
Bir sözlə, böhran dönəmində dövlət büdcəsini talayan məmurların büdcəni dolduracaq məmurlarla əvəzlənməsi ən doğru yoldur. Təsadüfi deyil ki, DYP rəsmiləri ASAN xidmətdə ödənilən çərimə çeklərini belə tanımaqdan imtina edir. Bu cür təfəkkürlə, bu cür yanaşma ilə bu qurumun heç bir gələcəyi ola bilməz. Xüsusən də açıq-aşkar hökümətin islahat addımlarına qarşı çıxırsa...
Ailə biznesi...
Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən - təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 21 ildir oturub. Bu 21 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişib.
Mediada yayılan məlumatlara görə, generalın bu illər ərzində böyük biznes şəbəkəsi də qurulub. Belə ki, Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Dəqiqlik olsun deyə, Qubadakı zavod və karxananın ünvanını nişan verə bilərik. Belə ki, Ramiz Zeynalov Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınlar Almaniyadan gətirilib. Quraşdırılan müəsisə ən son texnologiya ilə fəaliyyət göstərir. R.Zeynalovun bu sahədəki biznesinin idarə edilməsini DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədova etibar etdiyi bildirilir.
Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi sahəsində də hansı biznes maraqlarının güdüldüyü yeni xəbər deyil. Bu sahədə isə R.Zeynalovun etibarlı adamı İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Nömrələrin bir villa qiymətinə, sürücülük vəsiqəsinin isə ən azı 1 000 manata satıldığını bu ölkədə bilməyən yoxdur.
Bundan əlavə, R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada doğulduğu və qardaşı Tofiq Zeynalovun icra başçısı olduğu olduğu Tovuz rayonu xüsusi yer tutur.
Qardaşı Tofiq Zeynalov
Tofiq Zeynalov da qardaşının iş metodundan bəhrələnərək, rayonda xüsusi pilləli monopoliya sistemi qurub. Məlumata görə, o, bütün "qara işləri"ni isə birinci müavin təyin etdiyi qudası Mahir Həsənova həvalə edib. İş o yerə çatıb ki, rayonda idarə rəhbərləri ilə keçirilən toplantılara da bir qayda olaraq, Mahir Həsənov rəhbərlik edir, Tofiq Zeynalov isə daha çox şəxsi biznesi ilə məşğul olur. Rayondakı bütün təmir-tikinti işləri də M.Həsənova məxsus "Qovlar Təmir Tikinti" MMC tərəfindən aparılır. Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on milyonlarla ölçülür. Rayonun Maliyyə İdarəsinin rəisi Mübarz Salmanov da başçının dayısı oğludur. Mediada səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür.
Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır.
Q.Zeynalov da öz növbəsində atasının, əmisinin və öz "bisnes"inin hesabına əsl oliqarx övladı kimi kef çəkir, səsi tez-tez dünyanın lüks otel və istirahət mərkəzlərindən gəlir. Qardaşı kimi başçının da Tovuzda bir çox dəbdəbəli malikanələri, restoranları var. Bununla belə T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.
Vəzifədəki qohumların siyahısı
T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı:
- Mətləb Qasımov - baş mühasib, icra başçısının xalası qızının əridir.
- Mətanət Sarı qızı Musayeva - İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.
- Yaşar İbrahimov - rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.
- Xaqani Cəbrayıl oğlu Əskərov - Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.
- Aydın Qədir oğlu Qasımov - Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.
- Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.
- Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.
- Elxan Əziz oğlu Əskərov - Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.
Ramiz Zeynalovun digər qardaşı Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışır. Buna qədər isə F.Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Xəstəxanalardakı durumun da necə olduğunu hər kəs bildiyi üçün bu məqamın da üzərində xüsusi dayanmağa ehtiyac görmürük. Hər kəs adi xəstəlikdən tutmuş doğuşa qədər hər şeyin pullu olduğunu bilir.
Evakuasiya.Az və ya "156" kimindir?
Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də "Evakuasiya.az" şirkəti ilə bağlıdır.
Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti "incə qayda"da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.
Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.
Aqil Zeynalov kimdir?
Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır".
"Evakuasiya.az" MMC ilə eyni ünvanı paylaşan "Azericert" MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.
YEKUN
Normalda heç bir şəxsin və qohumlarının hansısa biznes qurumları yaratması və ya ona rəhbərlik etməsi əlavə suallar yaratmalı deyil. Amma R.Zeynalovun 21 il, qardaşının 8 il eyni vəzifədə olması - bütün qohumların bu həlqədə yer alması, biznes subyektlərinin də birbaşa dövlət kanallarına bağlı olması - artıq ciddi korrupsiya faktıdır. Bir müddət öncə MTN ətrafında baş verən qalmaqal da bir daha göstərdi ki, bu cür faktlar ciddi araşdırılmalı və hər kəs layiq olduğu cəzasını almalıdır.
Onu da qeyd edək ki, yazıdakı bir çox iddia və faktlar bir neçə dəfə mediada yayılıb, amma indiyə qədər Ramiz Zeynalov heç birinə münasibət bildirməyib.
Arqument.az
Oxşar xəbərlər
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
1 may 2026 22:36
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 2026 21:51
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 2026 11:37
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 2026 11:34
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 2026 21:02
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 2026 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 2026 11:29
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
Xəbər lenti
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
