Yüksəkçinli məmurların adı hallanan ağlasığmaz dələduzluq (Prezidentə şikayət)
Əmlakları əllərindən alınan iş adamları prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdilər
Bərdə rayonu Mehdili kənd sakini Sadıqov Həsən Cümşüd oğlu və Ağcabədi rayonunda anadan olmuş, Bakı şəhəri Şərifzadə küçəsi 79, mənzil 32 ünvanında yaşayan Salmanzadə Şahin Səfər oğlu tərəfindən veteninfo.az saytında ölkə rəhbərliyinə müraciət daxil olub. Həsən Sadıqov və Şahin Salmanzadə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab general-polkovnik Ramil Usubovdan, Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovdan kömək istəyiblər.
"Qaynarinfo" xəbər verir ki, müraciəti mətbuat üçün də diqqətçəkən edən bir çox vacib məqamlar var. Həm ortada mafiya filmlərini xatırladan ciddi və mütəşəkkil cinayət faktları olduğu iddia edilir. Həm də bir çox dövlət qurumlarının, hazırda da vəzifə başında olan bir çox səlahiyyətli şəxslərin adları hallandırılır. Mövzunun dərinliyinə qədər araşdırılması mətbuatın imkanları xaricində olduğunu və adıçəkilən bir çox şəxslərin media üçün əlçatmazlığını nəzərə alsaq, bizim bu müraciəti olduğu kimi dərc etməkdən başqa çarəmiz qalmır. Bu dəstənin başında durduğu iddia edilən şəxsin isə adını ən azı təhlükəsizlik baxımından açıqlamamaq qərarına gəldik. Amma hüquq-mühafizə qurumları lazım bilsə, bunu rahat şəkildə araşdıra bilər.
Aşağıda müraciəti təqdim edirik:
"Hörmətli cənab Prezident!
Biz Sadıqov Həsən Cümşüd oğlu və Salmanzadə Şahin Səfər oğlu 25 ildən yuxardır ki, həm yaxın dostuq, eyni zamanda da birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşuq. 2008-ci ildə Bakı şəhəri Nərimanov rayon Azadlıq prospekti 146 ünvanında binanın zirzəmisində 2000.0 kv.m ümumi,194,8 kv.m əsas,52,2 kv.m köməkçi sahəsindən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə bütün qanuni dövlət ödənişləri həyata keçirilərək № 0131853 seriyalı, reyestr nömrəsi 007011000133-05101-083004, qeydeyyat nömrəsi 1108024233 olan çıxarışla 22.04.2008-ci ildə Salmanzadə Şahinin adına alaraq həmin daşınmaz əmlaka sahibi olduq. Bir müddət sonra Şahin Salmanzadə aldığımız əmlakı 1 milyon manata almaq istəyən müştəri olduğunu bildirsə də Həsən Sadıqov əmlakın satılmasını istəmədiyindən əmlakı satmadıq.
Hörmətli cənab prezident!
Sonradan Həsən Sadıqov Bərdə rayonundan olan həmkəndlisi, sələmçi Vahid Rzayevlə rayonda görüşərək ondan müəyyən miqdarda borca pul lazım olduğunu bildirir. Vahid Rzayev də özündə bizə lazım olan miqdarda vəsaitin olmadığını, amma bizə kömək edəcək birini tanıdığını bildirirb. Bakıya qayıtdıqdan sonra bildik ki, bizə kömək edəcək dedikləri şəxs "DekaBank”ın o dövrdə rəhbəri olan Niyazi Vəliyevdir. Bu hadisə 2010-cu ildə baş verib. Həsən Sadıqov Niyazi Vəliyevlə görüşdü və ona müəyyən miqdarda pul lazım olduğun bildirdi. O da Həsən Sadıqova rəbərlik etdiyi bankdan kredit şəkilində pul verə bilməyəcəyini deyib, amma banksız pul verə biləcəyini bildirb. Nərimanov rayonunda "Gənclik” tərəfdə yerləşən "Qızıl gül” kafesində Həsən Sadıqovla görüşən Niyazi Vəliyev heç bir səndələşmə aparmadan ilkin olaraq 450 min manat, on gündən sonra isə 150 min manat pul verdi. Niyazi Vəliyev bildirdi ki ümumilikdə 600 min manatın faizi 60 min manat edir ki, bu da nağd şəklində verilməlidir. Həsən Sadıqovda ona sonuncu dəfə verilən 150 min manatdan 60 min manatı faiz olaraq Niyazi Vəliyevə qaytarıb.
Hörmətli cənab Prezident!
Həsən Sadıqova verilən vəsaitlə müəyyən işlər gördük. İkimizin şərikli biznesimiz Rusiyanın Sank-Peterburq şəhərində olduğundan Həsən işləri qaydasına qoymaq üçün Sank-Peterburq şəhərinə gedəsi oldu. Bir müddət sonra Şahin Salmanzadə də Sank-Peterburqa gələrək orda mövcud olan işlərlə məşğul oldu və işləri qaydasına saldıqdan sonra Bakıya qayıtdı. Bakıya qayıtdıqda aldığımız obyektə gələndə görüb ki, obyektə başqa adamlar var. Soruşub ki, nə məsələdi, siz kimsiniz?
Həmin şəxslər də qayıdıb deyiblər ki, bu obyekti alıblar. Şahin Salmanzadə bu obyektin onlara məxsus olduğun bildirsə də, həmin şəxslər də obyektin onlara məxsus olması ilə bağlı sənədlər göstəriblər. Bu hadisədən sonra Şahin Salmanzadə Həsən Sadıqova telefonla zəng edərək onlara məxsus əmlaklarının başqasına satıldığını bildirir. Bundan sonra biz baş verən bu qanunsuzluğu araşdırdıqda məlum oldu ki, başda Bərdə rayon sakini sələmçi Rzayev Vahid olmaqla, "DekaBank”ın sabiq rəhbəri Niyazi Vəliyev, eyni zamanda 32 saylı Dövlət Notariat Kontorunun rəhbəri Ziyafət (soyadını bilmirik), 24 saylı Notariat kontorun rəhbəri Zərifə Fərəcova , Yasamal rayonunda yerləşən 53 saylı Notariatın rəhbəri Əli Hüseynov əlbir olaraq bir günün içərisində sənədləri saxtalaşdırmaqla bizə məxsus əmlakı ilkin olaraq üç adamın adına alqı-satqı ediblər. Bundan sonra isə etdikləri bu saxtakarlıq və cinayət hərəkətləri ilə Dövlət Əmlak Komitəsindən saxtalaşdırdıqları sənədlər əsasında çıxarış alıblar.
Hörmətli cənab Prezident!
Bundan sonra isə bu saxta əməlləri nəticəsində əldə etdikləri qeyri-qanuni çıxarışla bizə məxsus olan əmlakı Fövlqaladə Hallar naziri cənab Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərova satıblar. Biz hörmətli Səməd Heydərovla görüşdük və o bunu eşidəndə bərk əsəbləşdi və Əli Hüseynov ilə Ziyafəti yanına çağırdı. Əli Hüseynov onunla görüşə gəlsə də Ziyafət gözə görünmədi. Sonradan eşitdik ki, Ziyafət Səməd müəllmlə görüşüb. Min dona girərək bu qanunsuzluğu ört-basdır etməyə çalışıb. Biz sonralar Səməd müəllimlə görüşə bilmədik. Bundan sonra cənab prezident, sizin ünvanınıza, eyni zamnada, ölkəmizin 1-ci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Daxili İşlər naziri cənab Ramil Usubova, Respublikanın Baş prokuroru cənab Zakir Qaralova yazılı müraciət etdik.
Hörmətli cənab Prezident!
Bu müraciətimizdən sonra, yuxarıda adlarını sadaladıımız şəxslər rəsmi qaydada çağrılaraq ifadələri alındı və istintaq başladı. Biz mülkü qaydada məhkəməyə müraciət etdikdə isə Niyazi Vəliyev digər saxtakarlıq əməllərinə görə həbs edildi. Biz bir neçə dəfə Niyazi Vəliyevlə görüşdük. Hətta o həbs olunmadan öncə də onunla görüşmüşdük. O bu görüşdə bildirdi ki, bizə məxsus əmlak satıldıqdan sonra pulu hazırda Prezident Administrasiyasında yüksək vəzifə tutan qohumu T.B.-ya (ad şərtidir- red.) erib. Onunla olan söhbətin səs yazısı belə vardı. Hətta o pulu qaytaracağını da bildirdi və ilkin olaraq 50 min manat, ondan sonra isə Nizami rayon ərazisində qiyməti o dövrdə 100 min manat olan iki otaqlı mənzil də verdi. Biz o mənzili onun dediyi kimi 100 min manata sata bilməsək də 70 minə zorla satdıq. Hətta bir dəfə T.B. Bərdədə olanda Həsən Sadıqovun atası Hacı Cümşüd onunla görüşdü və ona vəziyəti izah etdi. O da qayıdıb ki, bütün bu əməllərin başında Niyazi Vəliyev dayanıb və gedin Niyazi Vəliyevdən haqqınızı tələb edin. Biz Həsənin həmkəndlisi Vahid Rzayevlə də dəfələrlə görüşmüşük və bildirmişik ki, bu məsələləri o bilirdi və bildiyi halda bizi xəbərdar etməyib. Vahid Rzayev isə bizimlə söhbətində bildirdi ki, siz bilmirsiniz kimə tuş gəlmisiniz, bu məsələnin üstünə çox getsəniz ailəniz, uşağınız təhlükədə olacaq. Vahid Rzayevin belə təhdidlərindən sonra, Şahin Salmanzadə məcburən oğlunu ölkədən çıxardıb. Həsən isə illərlə Azərbaycana gələ bilmədi. Hətta Bakıdan Sank-Peterburqa bir dəstə ən ağır cinayətlərdə iştirak etmiş adamlar gedərək Həsəndən hədə-qorxu ilə 400 min manat (!) alıblar. Onlar Həsənə bildiriblər ki, bura birbaşa T.B-nın adı ilə gəliblər.
Cənab Prezident!
Sizə səmimi yazaraq bəyan edirik ki, Bakıda, Sank-Peterburqda hər ikimizə məxsuz əmlak qalmadı ki, satmayaq, artıq heç bir şeyimiz qalmayıb. Bizim başqa çarəmiz yoxdu. Biz mətbuat vasitəsi ilə sizə müraciət edərk bizə kömək edilməsini, qanunla bizə məxsuz olan əmlakımızın saxta sənədlər əsasında satan şəxslərin cəzalandırılmasını, əmlakımızın geri qaytarılmasında bizə köməklik göstərməyinizi xahiş edirik.
Cənab Prezident!
Əmlakımızın sənədləri saxtalaşdırmaqla satılmasında birbaşa iştirak etmiş Niyazi Vəliyevin, Əli Hüseynovun, Bərdə rayon sakini Vahid Rzayevin cəzalandırılmalarını tələb edirik. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirik ki, Prezident Administrasiyasında yüksək vəzifə tutan T.B-nin qohumu, "DekaBank”ın o dövrdə rəhbəri olan Niyazi Vəliyev dəfələrlə bildirib ki, o bu saxtakarlıqla satdığı əmlakımızın pulunu qohumu T.B.-yə verib.
Cənab Prezident!
Biz sizin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizim dəyərlərinə söykənən yüksək ədalətinizə inanaraq bu müraciəti edirik. Sizdən xahiş edirik ki, bizim illərdi çalışaraq əldə etdiyimiz hər şeyimizin əlimzdən alınmasında iştirak etmiş, xüsusilə də yuxarıda qeyd etdiyimiz ünvanda yerləşən daşınmaz əmlakımızı saxtakarlıq yolu ilə mütəşəkkil şəkildə birləşərək qanunsuz satan Niyazi Vəliyevin, Bərdə rayon sakimi, sələmçi Vidadi Rızayevin, eyni zamanda Yasamal rayonunda yerləşən 53 saylı Notariatın rəhbəri Əli Hüseynovun cəzalandırılmaları üçün hüquqi addımlar atılılması üçün göstəriş verəsiniz".
Qaynarinfo.Az
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Məhkəmə qərarını geri oxutmaq istəyirlər – işin içində keçmiş vəkil Adəm Məmmədov da var
10 may 2026 13:05
- Artıq ALƏT kimi də istifadəyə yaramırsan
10 may 2026 12:39
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Fidan Abbasovanın ANASI Baş prokurora və DİN rəhbərinə müraciət etdi
8 may 2026 23:04
- 14 ildir işlədiyim KİTABXANAÇI vəzifəsində qalmağım üçün 2500 manat istədi - Açıqlama
8 may 2026 18:54
- Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti : Xoş xəbəri eşidəndə namaz üstündə idim, qonaqlıq verəcəm
7 may 2026 23:07
- Bakı Metropoliteni, BakuBus və Bakı Taksi Xidməti- birləşdirildi
7 may 2026 16:19
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- Kurbanovlar =klanının= yeni qurbanları: Leyla Medical Center və… — Cinayətkar şəbəkənin ən fəalı haqqında yazdıqlarımızın doğruluğu rəsmən təsdiqləndi
6 may 2026 15:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
