Əsabil Qasımovun şirkəti Yasamalda ağacları məhv edir
Ölkə başçısının Bakı şəhərində yaşıllıqların qorunması ilə bağlı ciddi tapşırıqlar verməsinə baxmayaraq, bəzi “işbazlar” buna məhəl qoymadan yaşıllıq zonalarını məhv etməkdən çəkinmirlər. Belə ki, son dövrlərdə məhəllələrdə, yol kənarlarında yaşıllıqların məhv edilməsi sanki adi hala çevrilib. Bu cür mənzərə daha çox Yasamal rayonu ərazisində qeydə alınmaqdadır.
Hələ bir neçə ay bundan öncə ölkə başçısının müdaxiləsi nəticəsində Yasamal rayonu ərazisində, Mətbuat prospektində “Ovçular evi” və ətrafındakı yaşıllıq zonası məhv edilərək yerində inşası nəzərdə tutulan hündürmərtəbəli bir binanın tikintisi dayandırıldı. Dövlət başçısının tapşırığına əsasən orada park salındı. Bu hadisədən sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edildi. Azərbaycan prezidentinin bu mövqeyindən sonra belə, Yasamal rayonu ərazisində yaşıllıqlara qarşı münasibət dəyişmədi ki, dəyişmədi…
Belə ki, Yasamal rayonunun yerli icra orqanları bundan nəticə çıxarmaq əvəzinə bu prosesi daha da sürətləndirdilər. Qeyd edık ki, son dövrlərdə Yasamal Rayon İcra Hakimiyyətinin iş adamları ilə əlbir olaraq həyata keçirdikləri layihələrin icrası zamanı vətəndaşların hüquqları kobud surətdə pozulur, yaşıllıqlar məhv edilir. Buna misal olaraq bir müddət öncə Yasamal rayonu, Zahid Xəlil küçəsində, Abbas Mirzə Şərifzadə küçəsi 162 və 174 ünvanında, “İnşaatçılar” metrosunun yanında beşmərtəbəli binaların sökülməsini qeyd etmək olar. “İşbazlar” sözügedən ünvanda yerləşən binaların qəzalı olması adı ilə əhalini köçürərək, onun yerində hündürmərtəbəli bina tikməyi planlaşdırır. Onu xüsusilə qeyd etmək lazımdır ki, bu ünvanlar “İnşaatçılar” metrosunun yaxınlığındadır və burada ucaldılacaq göydələnlərin aşağı mərtəbələri ticarət mərkəzi olacaq.
Bir məqamı da vurğulamaq istərdik ki, Şərifzadə küçəsinin sözügedən göydələnlərin tikiləcəyi yerin qarşı tərəfi birmərtəbəli binalardır və şəhərin arxitekturasına uyğun gəlmir. Amma “SKY Residence” MMC və “Qismət” MMC həmin ərazidə göydələn tikmək əvəzinə nədənsə beşmərtəbəli binaları hədəf seçib. Həmin binalardan əhali köçürülərkən onlara təklif edilən məbləğ az olduğundan bu, bina sakinlərinin etirazına səbəb olub. Lakin buna baxayaraq, onlar fakt qarşısında qoyuldu. Dedilər ki, guya bina tikildikdən sonra elə beşmərtəbəli binadan ev veriləcək və bu müddət ərzində kirayədə yaşayacaqları evlərin icarə haqqı MMC tərəfindən ödəniləcək. Binadan çıxmaq istəməyənlər isə məhkəmə qərarı ilə evdən çıxarıldı. Hazırda hər iki ünvanda binaların sökülməsi prosesi gedir.
Bunu deməkdə məqsədimiz Bakıda müasir tipli binaların və ya ticarət mərkəzlərinin tikintisinə qarşı çıxmaq deyil. Məqsəd ilk olaraq belə binalar tikilərkən vətəndaşların hüquqlarının pozulması və bu binaların ətrafındakı illər boyu böyük zəhmət hesabına salınan yaşıllıq zolağının, ağacların bir gündə məhv edilməsinə – “yaşıl soyqırım”la bağlı müvafiq qurumları məlumatlandırmaqdır.
Nəzərinizə çatdıraq ki, “SKY Residence” MMC adıçəkilən ünvanda binaları sökməklə yanaşı, oradakı uzun illər boyu böyük əzab-əziyyətlə becərilən yaşıllığı bir gecə də məhv edib. Belə ki, “SKY Residence” MMC oktyabrın 8-də Şərifzadə 162 ünvanında “yaşıl soyqırım” həyata keçirib. Həmin binanın qarşısındakı yaşıllığı uzun zamandır ki, hasara almışdılar və sakinlərə bəlli idi ki, sözügedən ərazidə yerləşən ağaclar məhv ediləcək. Elə bu səbəbdən də ətraf binalarda yaşayan insanlar ağacların qırılmasına imkan vermirdilər.
Buna baxmayaraq, şirkətin əməkdaşları həmin ərazidəki ağacları kəsmək üçün bir neçə dəfə cəhd ediblər. Dünən gecə saatlarında isə “SKY Residence” MMC-nin əməkdaşları texnikanı yeridib ağacları məhv ediblər. Sakinlərin sözlərinə görə, həmin ağacların 40 ildən artıq yaşı vardı: “Bir gün içərisində şirkət bu ünvanda olan onlarla ağacı məhv edib”.
Məsələ ilə bağlı Gununsesi.info-nun araşdırmaları nəticəsində o da bəlli olub ki, adıçəkilən şirkət – “SKY Residence” MMC iş adamı, deputat Əsabil Qasımova məxsusdur. Buradan da belə qənaətə gəlmək olar ki, qanunverici hakimiyyətin təmsilçisi olan Əsabil Qasımov Bakıda əzab-əziyyətlə becərilən yaşıllıq zonasının məhvinə səbəb olur…
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16








