Paytaxt avtobuslarının yarısı yenilənəcək
“Aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkar edilib”.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Onun sözlərinə görə, şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılmış daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə 157-dən 150-yə endirilib və bu istiqamətdə işlər davam etdirilir.
“Qeyd edim ki, 48 daşıyıcıya məxsus istehsalat bazası təhlil edilib və əksəriyyətinin qaraj və maddi texniki bazasının müasir tələblərə uyğun olmadığı müəyyən olunub. Agentlik tərəfindən qoyulmuş tələblər nəticəsində, daşıyıcı şirkətlər 5 yeni istehsalat bazası (qaraj) təşkil edib, 25 ədəd yeni avtobus alıb, 800-dən artıq avtobusu isə təmir edərək istismara veriblər. Bununla yanaşı, qeyd etmək istərdim ki, hazırda şəhərdə sərnişindaşıma təyinatlı 2124 avtobusdan 468 ədədinin istehsal ili 5 ilə qədər, 1577 ədədinin istehsal ili 6-10 il arası, 79 ədədinin istehsal ili isə 10 ildən çoxdur. Bir avtobusun bir dəfəyə orta hesabla 70-80 sərnişin daşıdığını nəzərə alsaq, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma üçün Bakı şəhərində fəaliyyət göstərən avtobusların 50 faizinin mərhələlərlə yenilənməsi zərurəti vardır”, - deyə V. Kərimli vurğulayıb.
Baş direktor əlavə edib ki, bütün sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da nağdsız ödənişin tətbiqinə başlanılıb: “Sizin təşəbbüsünüzlə Bakı şəhəri İcra Hakimiyyətinin tərkibində yaradılan “BakuBus” MMC-yə məxsus 300 ədəd avtobusda, digər daşıyıcılara məxsus 150 ədəd avtobusda ümumilikdə 450 avtobusda, bununla yanaşı, Hava limanı ekspress xəttində və Bakı metropolitenində də gediş haqqının ödənilməsi vahid kartla həyata keçirilir”.
NUH.az
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 2025 00:35
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin bahalaşdı (VİDEO)
30 noyabr 2025 11:43
- Polis 8 avtomat aşkar etdi
24 noyabr 2025 11:38
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 2025 17:47
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
8 noyabr 2025 12:30
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
08 yanvar 13:38
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
08 yanvar 13:32
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
08 yanvar 12:44
- Nazir onu agentlik sədri təyin etdi
08 yanvar 12:34
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
07 yanvar 21:33
- Şagird dəm qazından boğulub öldü
07 yanvar 21:06
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
07 yanvar 20:57
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
07 yanvar 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
07 yanvar 13:51
- Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər
07 yanvar 13:41
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
