Sabiq məmur icra başçısından prezidentə tükürpədən faktlar göndərdi – SİYAHI
Sabirabad rayon sakini, birinci dərəcəli Dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatdakı faktlar olduqca ilginc olduğu üçün ixtisarsız təqdim edirik. Yazıda adı hallanan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Çox hörmətli Prezident İlham Əliyev
2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişəm. 2012-ci ildən rayon rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla Sizə məlumat verirəm.
Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H.Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi üçün -28000 manat ( sübut, orada işləyən fəhlələr.)
Heydər Əlyev Mərkəzinin tikintisi üçün- 16000 manat ( sübut, mərkəzin tikintisi zamanı işləyən fəhlələr)
H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı uşaq bağçasının və S.Vurğun adına şəhər 3 № -li məktəbin ön hasarlarının tikintisi üçün -22000 manat
20 Yanvar küçəsinin asfalt örtüyünün yenidən qurulması üçün -18000 manat
H. Əliyev prospektində 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi üçün- 6000 manat
Rayon İcra Hakimiyyətinin başçısına avtomobil alınması üçün – 5200 manat
Rayon Mədəniyyət evinə kondinsionerlərin alınması üçün – 4400 manat
Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi üçün-12500 manat
Kürkənd kənd ərazisində hasarların çəkilməsi üçün-11500 manat
Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi üçün-13000 manat
“ ASAN XİDMƏT “ mərkəzinin tikintisi üçün – 7500 manat
H. Həmidov küçəsində fərdi yaşayış evlərinin hasrlarının dəyişdirilməsi üçün-4400 manat
H. Əliyev adına Parkda fontanın yenidən qurulması üçün- 5000 manat
Dörd il müddətində Novruz bayramının, eləcə də Yeni İl şənliklərinin H.Əliyev adına parkında keçirilməsi zamanı 4000 manat
Sabirabad rayonunun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə – 8000 manat pul xərcləmişəm .
Bizimxeber.az-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordumuzun zabiti olan oğlunun Bakı şəhərində evini, maşınını, eləcə də öz evimi və maşınımı satmışam. “Onu da vurğulamaq istəyirəm ki, Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib. Lakin Rayon İcra Hakimiyyətinin başçısı Nazim Məmmədov bir dəfə də olsun heç bir tədbirdə vurğulamayıb ki, Təhsil Şöbəsinin müdirinin oğlu Milli Ordunun zabitidir. Hətta mənim oğlumun da olduğu hərbi dəstə rayon ərazisindən keçən zaman rayon başçısı mənə oğlumla görüşməyə icazə verməyib və keçirdiyi iclasda iştirak etməyimi tələb etmişdir”.
Cənab Prezident!
Siz dəfələrlə vurğulamısız ki, Milli Ordunun zabit və əsgərinin arxada gərək gözü qalmasın. Onlar valideynlərinin və övladlarının normal yaşayışından tam əmin olmalıdırlar. Lakin Milli Ordunun zabit rütbəsini daşıyan oğlum özünə intihar etmək dərəcəsindədir.
Cənab Prezident!
Hazırda iki ilə yaxındır ki, işsizəm. Yaşamağa evimiz yoxdur. Kirayədə zabit oğlumun ailəsi ilə bir yerdə yaşayırıq. Mənim bundan əvvəl etdiyim müraciətdən sonra mənə və Sabirabad rayon Polis Şöbəsində işləyən oğluma dəfələrlə müxtəlif təzyiqlər olmuşdur.
Mən iki ilə yaxın bir müddətdə işsiz qaldığımı və mənə edilən təzyiqləri nəzərə alaraq, hansısa bir xarici ölkələrin birində sığınacaq almağa məcburam.
Cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm mənə köməklik göstərin.
NUH.az
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
