Qusarda qızını zəhərləyən ana: «Ona dərmanı zorla uddurdum»
Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.
APA-nın xəbərinə görə, Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, B. Ömərovla və qızı Luiza ilə normal münasibətləri olub.
G. Saypullayeva baş vermiş hadisə ilə bağlı danışaraq qeyd edib ki, uzun müddət müxtəlif şəxslərə məxsus evlərdə, fermalarda işləyərək orda yaşayıb. Bu hal, yəni sərbəst həyat keçirməməyi onu çox sıxıb, anasıgilə gedərək, orda yaşamaq istəyib, lakin qızı Luizanın varlığı buna imkan verməyib, Luizailə birlikdə anasıgilə gedərsə, onu qəbul etməyəcəklərini düşünüb. Qadın ifadəsində bildirib ki, əvvəllər Bəxtiyardan küsərək anasıgilə gedəndə, anası ona hər zaman evə gəlməməyi, valideynlik məsuliyyəti, öhdəliklərdən azad olmasını istəyib. Buna görə Gülnarə valideynlərinin yanına gedərək, sərbəst həyat yaşamaq üçün bu il iyunun 14-də səhər yuxudan qalxandan sonra qızı Luizanı öldürmək qərarına gəldiyini açıqlayıb.
O elə həmin gün yaşadığı evdə üzərinə “Neosidol” yazılan ampulada olan qatqını və digər qabda olan məhlulu südə qarışdırdığını, həyətdə Luizaya içirdiyini deyib. Təqsirləndirilən qadın bildirib ki, həmin vaxt Luiza ondan "ana, bu süddən dərman iyi gəlir, bu dərmandırmı?", - deyə soruşsa da, südü ona içirib və evdə olan ağ rəngli bərkimiş dərman maddəsini xörək qaşığı ilə Luizanın ağzına qoyaraq uddurub.
Gülnarə Saypullayeva deyib ki, bundan sonra Luiza həyətə oynamağa gedib və təxminən yarım saatdan sonra uşaq onun yanına gələrək qarnının ağrıdığını bildirib, bu zaman Luizanın ağzından köpük gəlib. Luizanı çarpayıya uzadaraq, onun ağzını silib, sonra həyətə çıxıb orda özündən başqa kiminsə olub-olmadığına baxıb. Luizanın yanına qayıdaraq, onun xırıldadığını eşidib və ona yazığı gəldiyi üçün qışqıraraq, adamları köməyə çağırıb. Səsə gələn əri Bəxtiyar nə olduğunu soruşub, o isə heç nə bilmədiyini deyib. Sonra uşağı ferma sahibinin avtomobili ilə xəstəxanaya aparıblar. Xəstəxanaya çatanadək uşaq yolda vəfat edib.
Prokurorluq əməkdaşları xəstəxanada hadisənin necə baş verdiyini soruşduqda G. Saypullayeva bu barədə heç nə deməyib. Hadisədən 6 gün sonra yəni, iyununun 20-də G. Saypullayeva qızı Luizanı zəhərləyərək qəsdən öldürdüyünü əri Bəxtiyara etiraf edib.
İfadədən məlum olub ki, G. Saypullayeva təxminən bir il əvvəl də qızını öldürmək niyyətində olub, bunun üçün müxtəlif dərmanları qarışdıraraq qızına içirtmək istəsə də, ona yazığı gəlib və fikrindən daşınıb.
Qeyd edək ki, G. Saypullayevanın cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatında araşdırılır.
NUH.az
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- Dövlət əleyhinə açıq çağırışlar edən Murad Quliyevə hökm oxundu
26 yanvar 2026 12:38
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
