General Ramiz Zeynalova açıq məktub – Jurnalist yazır
Ülvin Məhəmməd
Hörmətli general, sizin rəhbəri olduğunuz quruma və onun əməkdaşlarına hər zaman böyük hörmətlə yanaşmışam, əvəzində də hörmət görmüşəm. Bu sözlər boğazdan yuxarı deyilən ifadələr deyil. Ya da hər zaman yolda olduğumdan şirinlik etmirəm. Yol hərəkəti haqqında qanunu gözəl bilərək, bu qanuna hər zaman hörmət etdiyimdən, maksimum çalışıram ki, qayda pozuntusuna yol verməyim. Yəni sözümün canı ondadır ki, rəhbəri olduğunuz qurumdan nə umacağım var, nə də başqa bir şey… Sadəcə olaraq, yol polisi olmasa yollarımızda hansı vəziyyətin yaranacağını yaxşı bilirəm. Ona görə də, yol polisinin əməyinə yüksək qiymət verir və işlərini təqdir edirəm.
Amma bu o demək deyil ki, bu qurumda hər şey superdir. Xeyr, elə deyən olsa belə, həmin şəxsin səmimiyyətinə mənim kimi, yəqin ki, siz də inanmarsınız. Ona görə də, dünən (11.10.2017) şahidi olduğum və əsas qəhrəmanı özüm olduğum faktları diqqətinizə çatdırıram. Bu faktları qeyd etdikcə, ola bilər bunlar oxuculara hekayə kimi görünsün. Amma oxucuların hekayə, mənim isə fakt olaraq qeyd edəcəyim məsələləri nə yuxuda görmüşəm, nə də kimsə mənə nəql edib.
Elə isə, bəhs edəcəyim mövzuya keçim. Belə ki, etibarnamə ilə idarə edilən avtomobili dünən öz adıma qeydiyyata salmaq istədim. Bu məqsədlə təbii ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat Şöbəsinə yaxınlaşmalı oldum. Üzləşdiyim mənzərə elə qapıdan, avtomobilimin mühərrik, ban nömrəsini uyğunlaşdırarkən başladı. 1 saat 20 dəqiqəyə başa gəldi bu proses. O mənada yox ki, gec gəlmişdim, növbədə olan avtomobillər çox idi. İmtahan-Qeydiyyat Şöbəsinin həyətinə daxil olarkən məndən öndə 8 avtomobil vardı. Həmin avtomobillərin 3-cü “boks”un (“boks” ifadəsi DYP-də ümumiişlək sözdür) bir tərəfindən daxil olub, digər tərəfdən çıxması uzun müddət vaxt alırdı. Beləcə avtomobilimin qeydiyyat məsələsini həll etmək üçün onu 3-cü “boksa” daxil etdim. Cəmi bir əməkdaş həm avtomobilin atmosferə buraxdığı tüstünün miqdarını ölçür, həm əyləc sistemini, həm amartizasiyanin vəziyyətini yoxlayır və s. Lazım olan və “Yol Hərəkəti Haqqında” Qanunun 27-32-ci maddələrində nəzərdə tutulmuş mühərrikin, banın, şassinin nömrələrinin uyğunlaşdırılması isə lap sonda həyata keçirilir. Bu proseslərin aparılması zamanı isə, bu işləri həyata keçirən məsul şəxsin bəzən işinin məsuliyyətini unudaraq hansısa maraqlara görə yoxa çıxmaqları və sonra yenidən zühr etməsi müəyyən müddət vaxt itkisinə səbəb olur.
Hörmətli general, bu müraciətim hansısa qərəzə, əsəbə söykənməyib. Və yazdıqlarım ola bilər əməkdaşlarınızda qıcıq yaratsın. Amma onlar əllərini vicdanlarının üzərinə qoysalar, mənim nə dərəcədə səmimi olduğumu etiraf edəcəklər. Sadəcə olaraq bir vətəndaş kimi istədiyim odur ki, bütün qurumlar vətəndaşlara layiqli xidmət göstərsinlər, o cümlədən DYP.
Mənim növbəti müraciət edəcəyim otaq sənədləşmə ilə bağlı oldu. Bunun üçün 3-cü otağa daxil oluram. Oranın əməkdaşı sənədlərimi ədəb-ərkanla qəbul etdi. Lazımi qeydləri kompüterdə apararaq üç vərəqdən ibarət kağız çap edərək mənə verdi. Və “10 manat verin” deyərək sənədləri mənə uzatdı. Bəli, bu, rüşvət idi. Heç bir qəbz-filan verilmirdi. 3-cü otaqda işlərimi yekunlaşdırıb keçdim 1-ci otağa və təəssüf ki, burada da analoji halla rastlaşdım. Daha sonra isə, tələb olunan rüsumu ödəyərək qeydiyyatda olduğum rayon üzrə otağa – 9-cu otağa müraciət etdim. Bir haşiəyə çıxaraq vurğulayım ki, hər otağın qarşısında olan insan növbələrinə görə, 25-30 dəqiqə, bəzən isə daha çox gözləməli olursan.
Bəli, 9-cu otağa daxil olmamışdan öncə Kapital Bankın filialına yaxınlaşaraq tələb olunan rüsuma görə 51 manat ödədim. Amma bildirim ki, 9-cu otaqda əyləşmiş müəllimin (Səhv etmirəmsə adı Seymur idi) üzünü 2 dəfə görmək mənə qismət oldu. Ona görə iki dəfə ki, avtomobilimin yeni texniki baxışdan keçməsinə və 2018-ci ilin avqustuna kimi sığorta və texniki baxışının olmasına baxmayaraq, qeydiyyat zamanı bir daha texniki baxış həyata keçirilərkən əyləc sistemində cuzi nasazlıq üzə çıxmışdı. Amma…
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunda göstərilib ki, avtomobil qeydiyyata qoyulan zaman Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.
Digər tərəfdən isə, əgər avtomobilimi yenidən tekniki baxışdan keçirməyimə hələ 10 aya yaxın müddət varsa, o zaman heç bir texniki baxış keçirilməməlidir. Amma mənim avtomobilim və mənim kimi digər sürücülərin avtomobilləri qeydiyyat sənədləşdirilməsinə görə texniki baxışdan keçirildi. Elə mənim 9-cu otağa iki dəfə daxil olmağıma da səbəb bu idi. Qanunla nəzərdə tutulmuş hüquqlarımı tələb edirdim. Və yazılı ərizə ilə mənə cavab verilməsini gözləyirdim.
Bəli, Ramiz müəllim, çox təəssüf edirəm ki, bu halla rastlaşdığımdan və səhər saat 10-dan saat 16-ya kimi İmtahan-Qeydiyyat Şöbəsində belə bir çıxılmaz vəziyyətlə üzləşdiyimdən, “Kütləvi İnformasiyalar Haqqında” Qanunun tələblərini pozaraq vəzifəmdən, yaxud da peşəmdən istifadə etmək məcburiyyətində qaldım. Jurnalist olduğumu bildirdikdən sonra qarşı tərəfdə laqeydliklə bərabər bir görməzdən gəlməklik sindromu da baş qaldırdı. Düzdü, jurnalist olduğumu bildirəndən sonra (artıq saat 15-ə yaxınlaşırdı) “hörmətli müəllimlər” qeydiyyat məsələmlə bağlı sənədlərimə imza atdılar. Beləcə, növbəti sürprizlərə özümü hazırlayaraq yeni texniki pasportumun verilməsi anını gözlədim. Nəhayət adım çəkildi. 4 manat isə burada istənildi, bundan sonra yeni nömrəmi götürən zaman 2 manat da orada istənildi. Amma bunların dövlət rüsumuna heç bir aidiyyatı olmadığını bildiyimdən, deyilənləri onlara vermədim. Əvəzində isə, acı baxışlar qazandım.
Bəli, Ramiz müəllim, yuxarıda qeyd etdiklərimi təəssüf hissi ilə sizə yazdım. Hətta problemimin həllinə kömək məqsədilə sizin mobil nömrənizə də zəng etmək fikrinə düşmüşdüm. Amma 9-cu otağa ikinci dönüşüm müsbət nəticə verdiyindən, fikrimdən vaz keçdim. Amma kaş belə olmazdı. Kaş bir pəncərə sistemi qanunda göstərildiyi kimi tətbiq olunaydı. Kaş mənim kimiləri bir gün işindən olub bir sənədi həll etməyə vaxt ayırmayaydılar. Kaş “hörmətli müəllimlər” jurnalist olduğumu biləndən sonra yox, elə əvvəlcədən bu Vətənin övladı olduğumu nəzərə alaraq hansısa maddi-maraqlarına görə, əsəblərimlə oynamayaydılar. Bir də kaş İmtahan-Qeydiyyat Şöbəsində oturan “hörmətli müəllimlər” Sizin adınızı və fəaliyyətinizi hər zaman uca tutaydılar.
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
1 aprel 2026 10:39
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29

