Jirinovskidən Azərbaycan və Qarabağla bağlı sensasiyalı açıqlamalar
Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.
“Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski Azərbaycan və prezident İlham Əliyevlə bağlı maraqlı açıqlamalar verib.
Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.
RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır:
“Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur”.
Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.
“Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır” – deyə deputat bildirib.
Jirinovski qeyd edib ki, kataloniyalılara simpatiya bəsləyir, amma hesab edir ki, İspaniya kralı haqlıdır, bura krallıqdır, vahid ölkədir.
“Azadlıq arzusunu qəbul etməyimizə baxmayaraq, onu da qəbul edirik ki, ölkələrin “şəhər respublikaları” və “kənd dövlətləri” kimi bölüşdürməsi nəticədə sonsuz müharibələrə gətirib çıxaracaqdır” – deyə Dumanın deputatı bildirib.
“Mən Azərbaycanı salamlayıram. Bu ölkənin rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır” – deyə Rusiya liberallarının lideri əlavə edib.
NUH.az
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
