Masonluğun tarixi: sui-qəsd planlarının hazırlandığı bina
Böyük Britaniyada masonluğun 300 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.
"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, Londonun ən maraqlı küçələrindən biri olan "Covent Garden"da yerləşən United Grand Lodge (UGLE) binasında bununla bağlı sərgi təşkil olunub.
Dünyanın ən qədim və ən gizli mason qruplaşmalarının toplaşdığı, sui-qəsd planlarının hazırlandığı, ədəbiyyat və kino adamları üçün ilham qaynağı olan bu bina İngiltərədə masonluğun beşiyi hesab edilir.
Mason yığıncaqlarının keçirildiyi bina 1933-cü ildə inşa edilib. Mərkəzdə masonluğun tarixi ilə bağlı kitabxana və muzey var.
İngiltərədə masonluğun 16 əsrin sonu 17-ci əsrin əvvəllərində ortaya çıxdığı iddia edilir. Ölkənin fərqli yerlərində fəaliyyət göstərən mason lojaları isə 1717-ci ildə paytaxt Londondakı bu mərkəzdə bir araya gəlir və ilk mason iclası da iyunun 24-də keçirilir. Bu səbəbdən də İngiltərədə bu il ilk mason iclasının keçirilməsinin 300 illiyi ilə əlaqədar müxtəlif tədbirlər təşkil edilir. Londondakı Böyük Salonda təşkil olunan sərgidə çoxlarının əfsanə adlandırdığı, illüminati ilə əlaqələndirilən masonluğa dair müxtəlif əşyalar sərgilənir.
Dünyanın hər yerindən masonluğun tarixi ilə maraqlanan minlərlə turist buraya axışır. Turistlərə binanı gəzmələri üçün tur təşkil edilir. Böyük Salonu hər il 100 minə yaxın turist ziyarət edir. Məlumata görə, hazırda İngiltərədə 200 min, dünyada isə 6 milyona yaxın mason üzvü var. Tur rəhbərinin sözlərinə görə, bu binada ibadət edilmir, filmlərdə gördüyünüz mason ayinləri icra edilmir və qurbanlar da kəsilmir. Sadəcə olaraq bu gün masonlar bir-birlərini tanımaq üçün xüsusi olaraq salamlaşır. Binada hər kəsin gördüyü ulduzun da masonların simvolu deyil, binanın arxitekturası ilə bağlı olduğunu deyib.
Binanın tikintisi üçün 1 milyon funt-sterlinq (təxminən 2,2 milyon manat) vəsait xərclənib. Hazırda fəaliyyətini davam etdirə bilməsi üçün bina müxtəlif tədbirlərin keçirilməsi üçün icarəyə də verilir.
Qeyd edək ki, Ceyms Bond film seriasının ötən il təqdim edilən "Assassin's Creed" filminin çəkilişlərinin də bir hissəsi bu binada gerçəkləşib. Bundan başqa 1993-cü ildə Londonda təşkil olunan böyük moda həftəsi də burada keçirilib.
Binada ildə 5 dəfə mason iclasları keçirilir. Tur rəhbəri deyir ki, masonluq din deyil, mason olmaq istəyən şəxsin sadəcə tanrıya inanması kifayətdir. Bu səbəbdən də masonlar içərisində müsəlmandan xristiana, buddistdən iudaizmə qədər bütün dinlərin nümayəndələri var.
- Masonluq nə üçün gizli fəaliyyət göstərib?
- 1930-cu ildə Nasistlərin Avropaya hücumu zamanı 80-200 min nəfər mason üzvü tutularaq işçi düşərgələrinə göndərilib. Bu səbəbdən də masonluq bir müddət öz təhlükəsizliyi üçün gizli fəaliyyət göstərməyə məcbur olub və bu gizlilik də II Dünya müharibəsindən sonra da saxlanılıb. Hazırda isə İngiltərədəki Böyük Salonda fəaliyyət göstərən masonluq gizli təşkilat deyil. Sosial şəbəkələrdə belə hesabları olan UGLE-yə üzv olmaq istəyən istənilən şəxs rəsmi internet saytına daxil olaraq qeydiyyatdan keçə bilər.
- Masonluq dünya siyasətinin mərkəzindədirmi?
- UGLE-da siyasət və din barədə müzakirələrin qadağan edilməsi ilə bağlı ciddi qaydalar olduğu üçün bu təşkilata daxil olan masonlar siyasətdə ola bilməz.
- Siyasətdə masonların fəaliyyəti yoxdursa, təşkilata üzv olanların məqsədi nədir?
- Burada sərgiəlnən kitab və sənədlərə baxsanız görə bilərsiniz ki, təşkilata üzv olanların məqsədləri bir-birindən fərqlidir. Kimisi dost qazanmaq, kimisi cəmiyyət üçün faydalı olmaq, kimi də hansısa bir məqsədə xidmət üçün təşkilata qatılır.
UGLE-dəki masonluğa dair kitabda isə onun qaydaları bu şəkildə izah edilir:
"Masonluq yüksək əxlaqi dəyərlərə və ruhani inanca malik kişilərdən təşkil olunan dünyanın ən qədim qardaşlıq cəmiyyətlərindəndir. Qəbul edilmək üçün ilk şərt Tanrıya inanmaqdır. İstənilən dindən və istənilən irqdən olan insanlar üçün masonluğun qapısı açıqdır. Masonun vəzifəsi tanrıya, cəmiyyətin qayda qanunlarına, işinə və ailəsinə sayğı göstərməkdir. Əgər hansısa bir şəxs işi və ya öz mənafeyi naminə cəmiyyət qaydalarını pozarsa, yada qaydaları pozan hansısa digər masonu qoruyarsa bu qanunlara ziddir".
Masonluğa dair kitablarda mason üzvlərinin nə qədər ədalətli olmasından söz edilsə də, bəzi araşdırmaçılar bunun yalan olduğunu və o dövrdə İngiltərədə baş verən ən böyük rüşvət qalmaqallarının mərkəzində də məhz elə masonların durduqlarını qeyd edirlər. Yazıçı və rejissor Martin Şort 1989-cu ildə yayımladığı sənədli filmində masonları rüşvətdə, qanunsuzluqda ittiham edir və bu təşkilata üzv olan onlarla polis, siyasətçi və biznesmenlərin qanunsuzluğunu aşkara çıxarır. Martinin sözügedən sənədli filmindən sonra İngiltərə parlamenti gizli təşkilatlarla bağlı 1998-ci ildə qərar qəbul edir. Qərara əsasən polis və məhkəmə sistemində çalışan şəxslər üzv olduqları gizli təşkilatların adlarınını açıqlamağa məcburdurlar.
Masonluq hazırda modda deyil. Bu səbəbdən də bu təşkilata üzv olanların sayı hər il azalır.
Hamıya maraqlı olan məsələlərdən biri də masonluğa dair simvollu əşyalardır. Məlumata görə, masonların üzərlərində gəzdirdikləri xüsusi simvollu əşyalar hər bir masonun özü tərəfindən hazırlanır və sadəcə ona məxsus olur.
Londondakı Böyük Mason Salonunda həmin əşyalar da sərgilənir. Buraya səyahət edən hər kəs masonluqla bağlı çoxlu məlumat əldə edə bilər. Əgər yaxın vaxtlarda Londona səyahət etmək kimi bir fikriniz yoxdursa, o zaman buradan da izləyə bilərsiniz.
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
1 fevral 2026 12:15
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 2026 20:19
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
