Onlar həkimlik adından məhrum ediləcək - Azərbaycanda
“Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək”.
Bunu Movqe.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.
Deputatın sözlərinə görə, son illər selektiv abortların sayı əvvəlki illərlə müqayisədə azalsa da, hələdə dölün cinsinə görə abort hallarına rast gəlinir. M.Quliyev deyir ki, dölün ana bətnində cinsinə görə məhv edilməsi, doğulan qız uşaqları ilə oğlanlar arasında balansın pozulmasına gətirib çıxardır. Deputat selektiv abortların qarşısının alınmasının yalnız inzibati, hüquqi qaydada qadağalarla aradan qaldırılmasının mümkünsüz olduğunu bildirib: “Burada mədəniyyətin yüksəlməsi, maarifləndirmənin artması,təbliğatın aparılması çox vacibdir. Cəmiyyətdə bu istiqamətdə ciddi marifləndirmə işləri aparılmalıdır. Çünki, həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, gəlib həkimləri bu işə sövq etməsinlər. Digər bir yol isə selektiv abort edən həkimlərin cəzalandırılması məsələsidir. Düşünürük ki, selektiv abort edən ginekoloqların həkimlik adından , həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır. Ona görə də, selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”.
Deputat onu da əlavə edib ki, qanun layihəsində selektiv abortlarla bağlı qadağalar xarici ekspertlərin də təəccübünə səbəb olub: “Avropa ölkələrində ümumiyyətlə doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Ona görə də, bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur”.
NUH.az
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 2026 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 2026 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
