“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”
“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”
Bunu BSU-da qonaq olan xarici jurnalistlər deyib
26 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq jurnalist Peter Tasse və uzun illər Misir Ərəb Respublikasındakı Azərbaycan səfirliyində çalışmış, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində olublar.
Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək ölkəmizin iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olmasını və ölkəmizdə hal hazırda həyata keçirilən tikinti-quruculuq işləri barədə onlara məlumat verib. N.Əliyeva beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün artdığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, beynəlxalq insititut və təşkilatların reytinq cədvəllərində yuxarı pillələrdə dayandığını vurğulayıb. Rektor daha sonra qonaqlara universitetin tarixi, bugünkü vəziyyəti, gələcək planları barədə məlumat verib. O, təhsil sahəsində Ümummili Lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyibni bildirib. N.Əliyeva BSU-nun Azərbaycanın xarici siyasətində önəmli rol oynadığını diqqətə çatdıraraq bir vətəndaş, bir müəllim kimi bununla qürur duyduğunu bildirib. O, Bakı Slavyan Universitetinin postsovet məkanı ilə yanaşı, Şərqi Avropanın əksər ölkələri ilə çox sıx əlaqələrə malik olduğunu, universitetin hər il dünyanın müxtəlif ali təhsil ocqaqları ilə tələbə-müəllim mübadiləsini gerçəkləşdiyini vurğulayıb. N.Əliyeva tanınmış diplomat və beynəlxalq səviyyəli jurnalistlərin BSU-ya gəlişini də universitetin artan nüfuzuna bir nümunə kimi göstərib.
Sonra söz alan amerikalı qonaq Peter Tasse Azərbaycanın yüksəlişinin sadəcə bir söz olmadığını bunu son bir neçə ilə ərzində öz gözləri ilə gördüyünü deyib. “Mən neçə ildir Bakıya gəlib-gedirəm, şəhər gözümün önündə dəyişir, Bakını bu gün dünyanın ən müasir meqopolisləri ilə müqayisə etmək olar”.
Tanınmış jurnalist ölkədə işsizliyin 65 faizdən 25 faizə düşdüyünə diqqəti yönəldərək bunu ölkə prezidentinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhu, dövlətə inamı ilə əlaqələndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanin işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd edib. Peter Tasse bu günə qədər öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirib.
Sonra söz misirli diplomat və jurnalist Sameh Əbdülvəhab Məşada verilib. O, uzun müddət Misirdəki Azərbaycan səfirliyində çalışdığını və daim Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirib. Qonaq bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini qeyd edib. Bir erməni diplomatının vaxtilə onun haqqında böyük bir məqalə yazaraq onu Azərbaycana nökərçilikdə ittiham etdiyini
diqqətə çatdırıb. “Amma mən ona cavabımda Azərbaycanın deyil, haqqın, ədalətin yanında olduğumu bildirdim”, - deyə misirli jurnalist vurğulayıb. Daha sonra Sameh Əbdülvəhab Məşad ingilis və ərəb dilində qələmə aldığı “Azərbaycan ensiklopediyası”, “Azərbaycan –Ermənistan konflikti” adlı kitablarını universitetə hədiyyə edib. Müəllif bu kitablarda erməni yalanlarını ifşa etdiyini, onların Azərbaycanı zorla ədalətsiz münaqişəyə sövq etdiklərini diqqətə çatdırıb. O, hər bir vicdanlı adamı Azərbaycanın mövqeyini müdafiə etməyə çağırıb.
Sonra qonaqlar universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış ediblər. Sameh Məşad rəhbərlik etdiyi “Orbit” informasiya şirkətinin fəaliyyəti barədə gənclərə məlumat verib. O, şirkətin ingilis və ərəb dillərində jurnallarının nəşr edildiyini, elektron versiyalara malik olduğunu bildirib.
Yeri gəlmişkən, Sameh Məşad adıçəkilən şirkətin Bakı Slavyan Universiteti ilə müqavilə bağlamağa hazırlaşdığını və həmin müqavilədən sonra şirkətin materiallarını həm də rusca yayımlayacağını bildirib. BSU “Orbit”in rus variantına məsul olacaq. Sameh Məşad üzünü gənclərə tutaraq onları “Orbit”in resurslarından istifadə etməklə Azərbaycanın haqq səsini dünyaya yaymağa çağırıb.
Sonda onu da bildirək ki, Peter Tasse və Sameh Məşad noyabr və dekabr aylarında Bakı Slavyan Universitetinin tələbələri qarşısında silsilə mühazirələr oxuyacaqlar.
BSU-nun Mətbuat Xidməti
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
6 fevral 2026 19:07
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
3 fevral 2026 19:15
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
