- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
Bakıda məktəb direktorundan müəlliməyə əxlaqsız təklif - Rədd cavabı aldı, işdən çıxardı (VİDEO)
"Təhsil Nazirliyinin təyinatı ilə 2016-cı ilin aprelindən 12 nömrəli xüsusi internat məktəbində tərbiyəçi müəllim kimi işə başlamışam. Direktor Allahverdi Vəliyev və məktəbin kollektivi ilə münasibətim normal olub. Lakin bir müddətdən sonra direktor məni baş tərbiyəçi vəzifəsinə təyin etmək istədiyini dedi. Dedi ki, baş tərbiyəçi ştatı dondurulub, onun istəyi ilə yenidən açılacaq. Tərbiyəçi müəllimə kimi 290 manat aldığım halda, baş tərbiyəçi kimi 800 manat maaş ödəniləcəkdi. Direktor mənə dedi ki, səni araşdırmışam, öhdəndə 3 azyaşlı uşağın olduğunu, həyat yoldaşından ayrıldığını, məcburi köçkün kimi evsiz qaldığını bilirəm. Burda direktor olduğum müddətdə səni dolandıracağam, işdən çıxandan sonra isə yerimə direktor təyin olunmağına köməklik edəcəyəm. Hətta torpağı olduğunu, orada mənə ev tikəcəyini də vəd etdi. Bunun əvəzinə onun təklifi ilə razılaşmalıydım. Direktorun təklifini qəbul etmədim, əsəbi halda cavab qaytardım, mübahisə etdik”, - şikayətçi söyləyir. G.Ələsgərova bildirir ki, əsəbiləşib qışqırdığından mübahisəni bir neçə şəxs də eşidib. Bundan sonra direktor ilə münasibətləri kəskinləşib: "Direktor mənə dedi ki, səni elə həddə çatdıracağam ki, özün ərizə yazıb işdən getmək istəyəcəksən. Çünki kollektivin yanında pis vəziyyətə düşüb. Sonra iclasların birində yaşlı müəllimələrin biri ilə mübahisə etdik, o, məni vuraraq xəsarət yetirdi. Mən də ölçü götürülməsi üçün direktorun adına ərizə yazdım. Direktor isə onun adına yazdığım ərizəni polisə təqdim edib, mən də məcburiyyət qarşısında ekspertizadan keçdim. Xəsarət aldığımı, hətta zərbənin təsirindən dişimin sındığını təsdiqlədilər. Sonradan bir neçə müəllimə xəbərdarlıq etdi ki, direktor yaxın ətrafına məni münaqişəyə cəlb etməyi tapşırıb. Qadına qarşı cinayət işi açıldı, amma şikayət ərizəsini geri götürdüm, mübahisənin davam etməsini istəmədim. Sonra direktor mənə dedi ki, artıq səninlə işləmək istəmirəm, məktəbdə hər kəs sənə olan təklifi bilir, mənim sözümü çeynəmisən. Sonradan bildim ki, haqqımda nazirliyə ərizə göndərib. Bizim hər ikimizi Təhsil Nazirliyinə dəvət etdilər, mən orada direktorun iştirakı ilə əxlaqsız təklif etdiyini nazirliyin əməkdaşına söylədim”.
Şikayətçi deyir ki, məktəbin hər tərəfində, hətta onun oturduğu sinif otağının qarşısında müşahidə kameraları var, işçilərin saat neçədə işə gəlib-getdikləri qeydə alınır: "Direktor şikayət ərizəsində dəfələrlə işə gecikdiyimi, uşaqları nəzarətsiz qoyub otaqdan çıxdığımı söyləyib. Mən isə kameralara baxılmasını, bundan əlavə, uşaqlara olan münasibətimin araşdırılmasını istədim. O uşaqlar əqli qüsurludur, nəzarətsiz qaldığında bir-birinə xəsarət yetirə bilərlər”. G.Ələsgərova əlavə edir ki, məktəbdə xadimələr olduğu halda, sinif otaqlarını əqli qüsurlu uşaqlara təmizlədirlər. Üstəlik, uşaqların döyülmə faktları da var. Bununla bağlı iradı da direktorun xoşuna gəlməyib. "Uşaqlara taxta veib yeri sildirirlər. Halbuki onlar nəzarətsiz qaldıqları halda bir-birinə xəsarət yetirə bilərlər. Onlar taxta ilə şüşəni sindıra da bilərlər. Uşaqların işlədilməsi ilə bağlı fotoşəkil və videogörüntülər var. Bu görüntülər hazırda məktəbdə çalışan müəllimlər tərəfindən çəkilərək mənə təqdim edilib. Çünki müəllimlər direktorun qəzəbinə tuş gələ bilərlər. Direktor dəfələrlə bildirib ki, 20 ildir bu müəssisəyə rəhbərlik edir, hələ 6 il də direktor kimi işləyəcək. Çünki onu himayə edənlər var. Təsəvvür edin ki, müəllimlərdən biri direktorun səsini yazıb, direktor müəlliməni təhqir edir. Mən həmin görüntüləri və səs yazısını nazirliyə təqdim etdim. Bu səs yazısına qulaq asan nazirlik əməkdaşı dedi ki, ağsaqqal adamdır, tabeliyindəki müəllimlərə ərk edir. Halbuki heç kim qızına, həyat yoldaşına, bacısına edilən təhqirə dözə bilmir. Bundan başqa, "RED” şirkəti tərəfindən məktəb qida ilə təmin edilir, şirkət menyuda nəzərdə tutulan ərzaqları gətirir. Amma ərzaq direktora məxsus mağazada satılır. Uşaqlara gətirilən paltarlar da onlara çatmır. Mənim məktəblə bağlı şikayətimdən sonra internatda yoxlama aparıldı. Təbii ki, bir gün əvvəl yoxlama olacağı ilə bağlı xəbərdarlıq edilmişdi. Buna görə də, menyuda olan qidalar hazırlandı. Uşaqların işlədilməsi ilə bağlı isə yalnız xadiməni cəzalandırmaq qərarına gəldilər. Direktor dedi ki, uşaqlar fiziki əməklə məşğul olub, yeganə günahkar isə xadimədir. Ona da xəbərdarlıq etdilər”, - şikayətçi söyləyib.
G.Ələsgərova onu da deyir ki, Təhsil Nazirliyi ilə birgə deputatlara, hüquq müdafiəçilərinə müraciət edib. Müraciət araşdırılıb və nazirlik bu ilin iyunun 1-də direktora intizam tənbehi verib. "İyunun 1-də direktora intizam təhbehi verildi. Səhəri gün mənim işdən azad olunmağımla bağlı əmr imzalayıb. Səbəb kimi işə gecikməyim göstərilir. Amma pedaqoji şuranın, həmkarlar təşkilatının iclası keçirilməyib. Həmkarlar təşkilatının 5 üzvü sənədi imzalayıb, onlardan biri direktorun müavini, digəri mənimlə mübahisəsi olmuş həmin xanım müəllimədir”. G.Ələsgərovaya bu ilin aprelin 14-də töhmət elan edilib, məvacibindən tutulub. "Aprelin 13-də Təhsil Nazirliyinin rəsmi dəvəti ilə nazirliyə getmişəm. Elə həmin gün ərizə yazaraq direktoru məlumatlandırmışam. Amma direktor işdə olmadığımı əsas gətirərək mənə töhmət verib, məvacibimi kəsib. Təhsil Nazirliyindən isə deyirlər ki, rəsmi dəvət olduğu üçün töhmətin hüquqi əsası yoxdur. məvacib isə tam ödənilməlidir. Bununla bağlı nazirliyin rəsmi arayışı var. Lakin xəbərdarlığa baxmayaraq, direktor töhməti ləğv etməyib”. Şikayətçi söyləyir ki, öhdəsində 3 azyaşlı uşağı var, 74 manat sosial yardım, 100 manat çörəkpulu alır. İşdən çıxandan indiyədək qohumların köməyi ilə yaşayır. "Artıq iş o yerə çatıb ki, maddi imkansızlıqdan uşaqları məktəbə göndərə bilmirəm. Buna görə də, ölkə rəhbərliyindən işimə ədalətli baxılmasına köməklik göstərmələrini xahiş edirəm. 4 nəfərlik bir ailə maddi imkansızlıqdan məhv olmaq üzrədir”, - müəllimə deyir. Oktyabrın 30-da tərəflərin şikayətinə Apellyasiya Məhkəməsində baxılacaq.
12 nömrəli xüsusi internat məktəbinin direktoru Allahverdi Vəliyevlə əlaqə yaramaq cəhdlərimiz nəticə vermədi. Məktəbin əməkdaşı sualı dinləyəndən sonra direktorun işdə olmadığını, onunla telefon əlaqəsi yarada bilmədiyini dedi. Direktora məxsus olan telefona cavab verən şəxs isə məhkəmə getdiyini deməklə kifayətlənib.
Daha sonra internat məktəbindən redaksiyaya məktub göndərilib. "Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində keçirilən Pedaqoji Şuranın və internat məktəbinin Həmkarlar Komitəsinin qərarlarına əsasən, həmin məktəbin tərbiyəçisi Gülnar Ələsgərovanın əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyini, işəgötürənin, habelə əmək kollektivinin üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə, ləyaqətinə ziyan vurduğunu, pedaqoqun etik qaydalarına zidd hərəkətlər etdiyini, üzrlü səbəb olmadan işə gəlməməsi hallarının bir neçə dəfə təkrar olunduğunu və əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Gülnar Ələsgərova 12 saylı xüsusi internat məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. İşə Xəzər Rayon Məhkəməsində baxılıb, şikayət təmin edilməyib. Hazırda şikayətə Apellyasiya Məhkəməsində baxılır”, - məktubda bildirilir.
NUH.az
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 2025 12:46
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
