Zəngilan döyüşçüsü: "Döyüşçülərimiz 10 gün idi ki, çörək yemirdilər"
Cəmiyyət29 oktyabr 2017 23:19
Bu gün (29 oktyabr) Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 24-cü ili tamam olur. Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
1993-cü ilin oktyabrın 29-na kimi döyüşən Mirqasım Mirmahmudov o günləri ürək ağrısı ilə xatırlayır...
"Bizə kömək edən olmadı”
"Oktyabrın 29-u Zəngilan üçün sonuncu və ağır gün idi. Çünki ağır döyüşlər gedirdi. Amma heç nə edə bilmədik və mühasirədə qalan Zəngilan ermənilər tərəfindən işğal olundu. Oktyabrın 29-da Zəngilanda qalanlar İrana üz tutdu. Çünki rayon mühasirədə olduğundan heç cür çıxmaq mümkün deyildi. Yeganə yol Araz çayını keçib İrana keçmək idi. Ordan da Azərbaycanın bir çox yerlərinə səpələndik. Hələ də elə bilirlər ki, bizə kömək gəlib. Halbuki, heç bir köməklik olmadı. Sadəcə olaraq İran tərəfdən xüsusi təyinatlılar gəlmişdi, onlar da elə o tərəfdən geri çəkildi. Sonuna qədər mübarizə apardıq. Elə axırıncı döyüşlər də Mincivan qəsəbəsində oldu”
"Tankı Araz çayından keçirdik”
Keçmiş döyüşçü deyir ki, heç bir kömək gəlməsə də, sonuna qədər rayon müdafiə olunub: "Zəngilanın müdafiəsinə qalxan hərbi hissəmiz o dövrə görə çox güclü olub. Amma rayonumuzun işğal olunmasının səbəbi silah-sursatın olmaması deyildi. Əsas səbəb həmin vaxtlarda Qubadlının, Cəbrayılın işğal olunması idi. Çünki bir alay bütün ərazini qoruya bilməzdi. Uzaqbaşı 10-12 km ərazini müdafiə edə bilərdi. Bir alay o boyda əraziləri təkbaşına necə qorumalı idi ki?! Təsəvvür edin, 250 km ərazini də bir alay qoruyurdu. Ona görə də qüvvələrin az olması işğal prosesini sürətləndirdi. Amma o vaxtlar çox böyük həvəslə döyüşən oğullarımız vardı. Sonuncu gün artıq ermənilər Zəngilanı tam mühasirəyə almışdı. Biz son gücümüzə qədər döyüşürdük. Mənim də bir tankım vardı. O tankı ermənilərə vermədim. Döyüşə-döyüşə Araz çayına gətirdim. Amma tank artıq çaya girəndə işləmədi. Nasaz vəziyyətdə tankı idarə etmək olmurdu. Tankı düzəltmək üçün mütəxəssis də yox idi. Güclə də olsa tankı İrana keçirə bildim”
Ən dəhşətli gün
Zəngilandan olan məcburi köçkün deyir ki, həmin gün xeyli şəhidlərimiz oldu: "1993-cü ildə Zəngilanda gördüyüm ən dəhşətli hadisələr oktyabrın 24-25-də olmuşdu. Həmin vaxt Cəbrayılın qumluq ərazisində Yazı düzü deyilən yer vardı. Həmin yerdə ağır müharibə olmuşdu. Elə həmin vaxtda çoxlu şəhid verdik. Yadımdadır ki, Hacıəli adlı döyüşçü ağır yaralanıb şəhid oldu. O, düşmənin tankını məhv edəndən sonra 20 nəfəri ölümdən qurtarıb özü də şəhid oldu. Həmin döyüşdə adi formada ölən olmadı. Hamı qəhrəmancasına döyüşüb şəhid oldu. Hətta Zəngilanın müdafiəsinə müxtəlif bölgələrdən gəlib döyüşən oğullarımız vardı. Az saylı xalqlar arasında da döyüşənlər vardı”.
"Quru çörək də tapmırdıq”
Mirqasım Mirmahmudovun sözlərinə görə, insanların ümidi Cəbrayıl və Qubadlı işğal olunana qədər idi: "Bu rayonlar işğal olunandan sonra insanlarda ümidsizlik yarandı. Hər an Zəngilanın işğal olunacağı qorxusu vardı. Digər tərəfdən ərzaqla təmin olunmağımız sıfır səviyyədə idi. Ərzaq gətirilsə də onları yerlərə daşımaq çətin idi. Çünki maşınlarımız vurulmuşdu, yollar bağlı idi. 2 ay mühsirədə qalan rayonumuza giriş-çıxış mövcud deyildi. 2 il qabaq elektrik xətti kəsilmişdi. Zəngilanlılar qədim insanlar kimi ocaqda yemək bişirib yeyirdilər. Nə qazımız, nə də işığımız vardı.
Zəngilanın işğalından təxminən 10 gün qabaq o zamankı müdafiə naziri Məmmədrəfi Məmmədov rayona gəlmişdi. Şəxsən mənimlə görüşdüyünü çox yaxşı xatırlayıram. Bizim ondan istəyimiz bizə yemək və silah vermələri ilə bağlı oldu. Çünki başqa heç nə istəmirdik. O da dedi ki, yerinizdə möhkəm dayanın. Əlavə qüvvələr gələcək. Amma nə ərzaq gəldi, nə də əlavə qüvvə. Döyüşçülərimiz arasında 10 gün idi ki, çörək yeməyənlər vardı. Quru çörək də tapmırdıq”.
modern.az
Oxşar xəbərlər
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Zəngilana növbəti köç karvanı yola salındı
29 yanvar 2026 11:45
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 2026 16:36
- Marketlərdə SAXTA QARA ÇÖRƏK - DİQQƏTLİ OLUN
8 dekabr 2025 00:02
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
24 noyabr 2025 10:22
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 2025 15:28
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 2025 10:17
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 2025 15:15
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 2025 02:36
Xəbər lenti
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
Video & Fotoqalereya
Video
Fotoqalereya
