- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
MƏNZİL 2 QAT BAHA BAŞA GƏLİR
“REKLAMLARI YALANDIR”
YAŞAYIŞ SAHƏSİ KİÇİKDİR
BİNALAR GEC TƏHVİL VERİLİR, TƏMİR KEYFİYYƏTSİZ APARILIR
“Kristal Abşeron” yalançı reklamla vətəndaşları belə aldadır- Faktlar
Kriminal31 oktyabr 2017 17:58
Son vaxtlar “Kristal Abşeron” tikinti şirkəti mənzil almaq istəyənlərin şərtləri öyrənmək üçün getdiyi ünvanlardan biri olub. Lakin bu şirkətə gedib qiymətləri öyrənənlər depresiyaya düşürlər. Çoxları mövcud maaşaları ilə heç vaxt ev ala bilməyəcəklərini düşünüb ümidsizliyə qapılırlar.
“Bu şirkət, tək şəxsiyyət vəsiqəsi ilə, 20 illik ipoteka və tam təmirli adı ilə yüksək qiymətlərini gizlədir. Aylıq ödəniş çox yüksəkdir. Üstəlik binaları da hazır deyil”,- şirkətin ofisində olmuş alıcılardan biri “Marja”ya bildirdi.
Digər bir çox tikinti şirkətlərində olduğu kimi, “Kristal Abşeron”un timsalında qiymətlərə baxdıqda mənzillərin əlçatan olmadığı görünür. Eni və uzunu 1 m olan bir sahənin qiyməti 1000 manatdan yuxarıdır, kreditin aylığı da bu məbləğ ətrafındadır.
MƏNZİL 2 QAT BAHA BAŞA GƏLİR
Araşdırmamız zamanı məlum oldu ki, “Kristal Abşeron” şirkətindən 20 illik ipoteka ilə mənzil aldıqda, mənzil alıcıya ən azı ikiqat baha başa gəlir. Bu da alıcılarda narazılıq doğurur. Onlar haqlıdırlar, orta aylıq əmək haqqının 460 manat olduğu bir ölkədə, şəhər kənarında mənzilin 1 kavdrat metri 1700 manatdan yuxarı qiymətlərə təklif olunur. Normal 2-3 otaqlı mənzili 20 illik ipoteka ilə aldıqda isə aylıq ödəniş 600 -1500 manat civarında olur. Bəlkə, “Kristal Abşeron” şirkəti bu qiymətlərin ədalətli olduğunu müdafiə edə bilər. Amma bir çox alıcılar hesab edir ki, “Kristal Abşeron” şirkətindən asılı olan və olmayan səbəblərə görə, bu qiymətlər həddindən artıq yüksəkdir. Müqayisə üçün, qonşu Gürcüstanda , hətta Ukraynada qiymətlər “Kristal Abşeron”un qiymətlərindən xeyli aşağıdır. Bakıda qiymətləri yüksək olan şirkət təkcə “Kristal Abşeron” deyil. “Melisa Park” yaşayış kompleksində də qiymətlər “od tutub yanır”.
Məsələn, Xırdalan şəhərində “Kristal Abşeron” şirkəti 12-15 ay sonra təhvil veriləcək binada 2 otaqlı 59.5 kv.m mənzili (təmirli təhvil veriləcək) ilkin ödənişsiz, 20 illik, aylıq 619 manat ödənişlə satır. Bu o deməkdir ki, 2 otaqlı mənzil alıcıya 20 ilin sonunda təxminən 149 min manat başa gələcəkdir (240 ay x 619 manat = 148560). Halbuki, nağd qiymətə Xırdalanda yaxşı təmirli 2 otaqlı evi 70-75 min manata almaq mümkündür.
“Kristal Abşeron” Xırdalanda tam təmirli 12 aya hazır olacaq binalarda mənzilin 1 kv.m-ni 1165-1260 manatdan təklif edir (otaq sayından, layihədən və binadan aslı olaraq qiymət dəyişir). Qeyd edək ki, Xırdalanda digər tikinti şirkətlərində təmirsiz mənzilin kvadrat metrinin orta qiyməti 700 manatdır. Bu onu göstərir ki, “Kristal Abşeron” ”tam təmir” adı altında alıcıdan hər kvadrata görə, əlavə 560 manatadək pul alır.
“Kristal Abşeron” Xırdalanda 3 otaqlı tam təmirli 82.5 kv.m mənzili 20 illik, aylıq 840 manat aylıq ödənişlə təklif edir. Bu o deməkdir ki, yekunda bu mənzil alıcıya 201 min manatdan baha başa gələcəkdir. Mənzil binanın inşa mərhələrindən asılı olaraq ən gec 12-15 ay müddətinə təhvil verilir.
Ümumiyyətlə, bir çoxları mənzilin 20 illik ipoteka ilə baha çıxmasına normal baxırlar və onlar bunu pulun “zaman dəyri” ilə əlaqələndirirlər. Əslində, mənzillərin baha olması ipoteka ilə əlaqədar deyil, daha çox 1 kvadrat metrinin qiymətinin yüksək olması ilə bağlıdır. Məsələn, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu metro stansiyaları ətrafından təmirli mənzili 1 kvadrat metri 1200 manatdan almaq mümkündür. İstəyənlər əmlak saytlarına da baxa bilərlər.
“Kristal Abşeron”da qiymətlər isə çox yüksəkdir. “Kristal Abşeron”, Biləcəridə tikdiyi binada mənzilin 1 kvadrat metrini 1404 manata, M.Əcəmidə 1850 manata, Qara Qarayev metrosu yaxınlığında 1700 manata, Bayılda 1679 manata satır. Bu qiymətlər az qala şəhərin mərkəzində tikilən lüks yaşayış komplekslərinin qiymətləri ilə eynidir.
Devalvasiyadan sonra “keyfiyyətli xarici istehsal olan materiallardan istifadə edirik ” deyərək qiymətləri qaldıran bu şirkət, indi alıcı tapmaqda çətinlik çəkir. Şirkət son zamanlar 4,5% effektiv faizi qabardaraq alıcı cəlb etməyə çalışır. Amma müşahidələrimiz göstərir ki, şirkətin alıcıları kəskin azalıb. 2 otaqlı mənzil şirkətin Günəşlidə tikdiyi binada aylıq 767 manat ödənişlə (240 ay) satılır. Günəşlidə 5 ay sonra hazır olacaq binada mənzilin 1 kvadrat metri 1577 manatdır.
“REKLAMLARI YALANDIR”
“Kristal Abşeron”ın ofislərində olanlar bildirirlər ki, bu şirkət alıcıları reklamları vasitəsilə aldadır. “Reklamda başqa bir şey deyirlər, ofisə gedirsən başqa bir şey. Qiymətləri od tutub yanır”.
Bəzi məlumatlı alıcılar bildirirlər ki, “Kristal Abşeron”un 20 illik kreditində aylıq ödəniş, Bakının bəzi ərazilərində mənzilləri 5 illik kreditlə satan şirkətlərin aylıq ödənişlərindən belə yüksəkdir:
“Heç məsləhət görməzdim. Pulunuz varsa, gedin şəhərin mərkəzində ev alın. “Kristal Abşeron”a ödənilən pula şəhərdə super təmirli ev almaq olar. Biz Xırdalanda 3 otaqlı, 80 kvadrat metrlik danışmağa getmişdik. 20 min manat ilkin ödəniş etmək fikrimiz var idi, halbuki aylıq ödəniş 10-12 min manat arası idi. Aylıq gəldi çıxdı 950 manata, 20 illik. Bura pulu verincə, gedib Yasamalda 10 min ilkin ödəniş verib, super təmirli, aylığı 1000 manata ev alaram. Xırdalandakı mənzilə o qədər pulu nə üçün verim?! Kvadratını 1500 manata satırlar. Çox bahadı. Reklamda başqa bir şey, ofisdə başqa bir şey deyirlər. Sonra dedik ki, 58 kv.m-lik mənzilə baxaq. Dedilər ki, aylıq 550 manat ödəniş edəcəksiniz. Bu halda mənzil gəlib çıxr 130 min manata”.
YAŞAYIŞ SAHƏSİ KİÇİKDİR
“Kristal Abşeron”da olmuş alıcılar bildirirlər ki, “Kristal Abşeron”un 58 kvadrat metr sahəsi olduğu dediyi mənzil, bəzi şirkətlərin 45 kvadrat metrlik mənzilindən kiçikdir. Bu, mənzilin sahəsinin çöldən-çölə hesablanması və şaxtanın da kvadrata daxil edilməsi ilə bağlı ola bilər.
Ustalar bildirirlər ki, 15-20 min manata 2-3 otaqlı mənzili super təmir etdirmək olar. ”Kristal Abşeron”un “tam təmirli” tələsinə düşüb, 20 il çabalamaqdansa, 5 illik kreditlə “podmayak” mənzili alıb təmir etdirmək daha sərfəlidir.
BİNALAR GEC TƏHVİL VERİLİR, TƏMİR KEYFİYYƏTSİZ APARILIR
“Kristal Abşeron” barədə digər bir şikayət binaları söz verdikləri vaxtda tikib təhvil verməmələri və təmirin keyfiyyətsiz olması ilə bağlıdır:
“11-ci binanı Avqustun əvvəlində söz vermişdilər, Sonra Sentyabrın sonuna, daha sonra oktyabrın sonuna söz verdilər. Deyirlər ki, iş icraçısına “beşdən üçdən” verirsən mənzilini tez təhvil verir”.
Ümumiyyətlə, Azərbaycanda tikinti sektoru qanunsuzluğun ən çox qeydə alındığı, müştərilərin aldadıldığı sektorlara başçılıq edir. İmkan verməyin ki, bir sıra işbazlar sizin əlacsızlığınızdan, imkansızlığınızdan və məlumatsızlığınızdan istifadə edib qaz vurub qazan doldursunlar.azxeber.com
Oxşar xəbərlər
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 2026 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 2026 23:49
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
Xəbər lenti
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
