Buzovnadakı 26 saylı orta məktəbdə Fərzəli Qədirov “sistem”i
Orta təhsil müəssisələrində təlim-tərbiyyənin yaradılması, davamiyyətin dayanıqlı olması, valideyn və müəllimlərdən alınan aylıq 1-5 manatların ləğv edilməsi zaman-zaman günün ən aktual mövzularından olub. Təbii ki, ölkənin bəzi məktəblərində bu problemlər demək olar ki, aradan qaldırılıb. Əksər məktəb direktorlarının yaratdığı daxili nizam-intizam, ən əsası direktor müavinlərinin bu prossesdə yaxından iştirakı vəziyyəti normallaşdırıb.
Lakin, paytaxtın elə məktəbləri var ki, burada hələ də sadaladığımız qaydalar tamam axsaqdır, hər gün geriləməkdədir. Bunlardan biri kimi Bakının Xəzər rayonu, Buzovnadakı İftixar Tağıyev adına 26 saylı orta məktəbin adını çəkmək olar.
Son 2 ildə sözügedən məktəbin adı müxtəlif qalmaqallarda hallandı, 2 direktor dəyişdirildi. Amma çi fayda, yenə köhnə problemlər oz yerində saymaqdadır. Yenə məktəbdə eyni hava ifa olunur…
Bu barədə bir qədər sonra…
26 saylı orta məktəbdə nə az nə çox düz 6 təlim-tərbiyə işləri üzrə müavin var… Müavinlərdən biri Susilə Abbasovanın düz 66 yaşı var. Çoxdan pensiya yaşı çatmasına baxmayaraq, hələ də direktor müavinidir. Son 3 ildir ki, xahişlə müqavilə formasında çalışır.
Məktəbdə daha bir “məhşur” şəxs var. Fazilə Əliyeva… Bu şəxs direktorun tərbiyə işləri üzrə müavini yox, təşkilatçısıdır. Maraqlı vəzifədir – direktorun tərbiyə işləri üzrə təşkilatçısı…(?) Belə başa düşək ki, Fazilə Əliyevanın işi şagirdlərin tərbiyəsinin təşkili (?) ilə məşğul olmaqdır. Amma, Fazilə Əliyevanın əsas vatxı bütün günü şagirlərin üstünə qışqırmaq, 1 dəqiqə məktəbə geçikən şagirdi saatlarla qapıda saxlamaq, təhqir etmək və ən pisi valideynlə şagirdi fərqləndirə bilməməklə keçir.
Valideynlərlə kobud rəftarına görə, hər kəsin “sevimlisinə” çevrilən Fazilə Əliyeva elə başa düşür ki, etdikləri doğrudur. Amma, düşünmür ki, səs qaldırmaqla, məktəbin qapılarını bağlayıb şağirdi saatlarla çöldə saxlamaqla tərbiyələndirmək, təlim-tərbiyyə yaratmaq mümkün deyil və onun etdikləri qaydalara tamam ziddir.
Əvvəlki direktor Natiq Səmədovun zamanından qalan, məktəbi oz “qabiliyyətləri” ilə idarə edən bəzi müavinlər sözün əsl mənasında şagird və valideynləri təngə gətirib. Şagird və valideynlərlə kobud rəftar, məktəbin “həbsxana”ya bənzər formada idarə edilməsi, müəllimlərn pul yığımı halları hamıya bəllidir. Bütün bunların fonunda yeni direktor Hüseynağa Qasımovun közə kül üfürən “nəzarəti”, özünü sığortalayan addımları diqqətdən yayınmır.
Hər gün bir qayda qoyan, bunun işləmədiyini bilsə belə tətbiqinə çalışan, “özəl mühafizə”nin pulunu müəllimlərin əmək haqqından tutaraq ödəyən, müavinlərin əməllərindən xəbərsiz olmayan və ən əsası Yardımlıdan olan direktor nə etmək istəyir? Bəli, Yardımlı sözünü təsadüfən işlətmədik.
Bizimxeber.az-ın araşdırmasının sonu olaraq bildirək ki, 26 saylı orta məktəb 20 ildir Yardımlıdan olan direktorların əsirinə çevirilib. Araşdırmalar göstərir ki, bu təsadüf deyil.
Bizimxeber.az-ın məlumatına görə, məktəbi illərdir nəzarətdə saxlayan şəxs təhsil nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirovdur. Əslən Yardımlıdan olan Fərzəli Qədirov məhz Yardımlıdan olan məktəb direktorlarının “qoruyucu mələyi” hesab olunur.
İllər boyu 10-dan artıq məktəbin həmyerlisi olduğu direktorlarını, eləcə də, 26 saylı məktəbin sabiq direktoru Natiq Səmədovu qoruyan Fərzəli Qədirov yenə bu məktəbə öz adamı Hüseynağa Qasımovu direktor təyin etdirməyə nail oldu.
Bildirilir ki, yeni direktor Hüseynağa Qasımov məktəbin sabiq direktoru Natiq Səmədovun həmyerlisi, yaxın dostudur. Və hər iki şəxsi Fərzəli Qədirov himayə edir. Bu barədə geniş araşdırma yazısı yaxın günlərdə sizə təqdim olunacaq.
Məktəbdə daha bir müəmmalı məsələ 10-11-ci sinif şağirdlərinin 8-ci dərsə qalmamasıdır. Elə isə bütün günü valideynlərlə kobud rəftar edən direktorun tərbiyə işləri üzrə təşkilatçısı Fazilə Əliyeva bu hallara niyə göz yumur? Bəs direktor məktəbə ciddi nəzarət edirsə nədən bundan xəbərsizdir? Xəbərsiz deyilsə, o zaman məktəbdə nələr baş verir?
Hər halda, Buzovnadakı İftixar Tağıyev adına 26 saylı orta məktəbə maket olaraq divan, kreslo gətiməkdənsə sadaladığımız halların aradan qaldırılmasına çalışmaq lazımdı.
Ədil Hüseynli
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
