Şirkət rəhbəri İqbal Məmmədovdan və Nazim İbrahimovun qardaşından şikayətçidir
Bir ildən artıqdır ki, deputat İqbal Məmmədovla “Sahil-D Company” MMC arasında qalmaqal bitmək bimir ki, bilmir. Belə ki, “Sahil-D Company” MMC ilə Milli Məclisin üzvü İqbal Məmmədov arasındakı mübahisə məhkəmə müstəvisinə qalxsa da, münaqişə səngimək əvəzinə daha da şiddətlənib. Deputat İqbal Məmmədov mandatından istifadə edərək “Sahil-D Company” MMC-yə qarşı təzyiq edib niyyətini həyata keçirmək istəyir.
Bu barədə Gununsesi.info-ya müraciət edən “Sahil-D Company” MMC-nin icraçı direktoru Adilağa Hüseynov bildirib ki, Bakı şəhəri Xətai rayonu, F.Bayramov küçəsi 1156 saylı ünvanda MMC-nin tikdiyi binalarda “STS” şirkəti tərəfindən fırıldaq və dələduzluq yolu ilə deputat İqbal Məmmədova satılan üç mənzillə bağlı qalmaqal bir ildən artıqdır davam edir.
“Belə ki, deputat İqbal Məmmədovla “STS”şirkəti arasında 2008-ci ilin fevralında imzalanan 192,193 və 194 saylı müqavilələrə əsasən deputat 3,4 və 5 otaqlı mənzillər alıb. Müqavilədə isə “STS”in tikdiyi binalar deyil, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında “Sahil-D Company” MMC-nin ünvanı göstərilib. Hansı ki, “Sahil-D Company” ilə “STS” arasında heç bir hüquqi və başqa formada əlaqə olmayıb. Çünki Bakı Əyləncə Mərkəzi ərazisində tikilən dörd bina “Sahil-D Company” MMC-nin şəxsi maliyyə vəsaiti əsasında tikilib. Bu ərazidə tikinti işləri aparmaq üçün MMC ilə “İSR Plaza” arasında imzalanmış sənəd mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti də “Sahil-D Company” MMC-yə bu ərazidə hazırlanmış layihəyə əsasən tikinti aparmaq barədə icazə verib. Bununla bağlı bütün müvafiq sənədlər mövcuddur. Lakin “STS” şirkətinin “İSR Plaza” və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi arxivində belə sənədi yoxdur”- deyə, A.Hüseynov vurğulayıb.
O əlavə edib ki, 2016-cı ilin iyun-iyul aylarında deputat İqbal Məmmədov bir dəstə adamla “Sahil-D Company” MMC-nin tikdiyi 4 saylı binaya daxil olmaq istəyib: “Ondan binaya girişinin səbəbini soruşduqda, buradan mənzil aldığını deyib. İzah ediləndə ki, bu binada ona məxsus hər hansı mənzil yoxdur, deputat buna qəzəblənib və binanın inzibatçısı Ramazan Piriyevi təhqir edərək, ona fiziki zor işlədib. Bu hadisədən sonra biz İqbal müəllimlə ofisdə görüşüb vəziyyətə aydınlıq gətirməyə çalışdıq. Onun sənədlərinə baxan zaman bəlli oldu ki, onun sənədlərinin “Sahil-D Company” MMC-yə heç bir aidiyyatı yoxdur. Vəziyyəti ona izah etdik. Lakin buna baxmayaraq, İqbal Məmmədov dəstəsi ilə bizi hədələyərək getdi”.
Haşiyə: Deputat İqbal Məmmədov 07.02.2008-ci ildə”STS” şirkəti ilə onların tikdiyi binada mənzil almaqla bağlı müqavilə imzalayır.Müqavilədə “STS”şirkətinin tikdiyi bina deyil, tamamilə başqa tikinti firması olan “Sahil-D Company” MMC-nin Xətai rayonu F.Bayramov küçəsi 1156 ünvanında tikdiyi binaların ünvanı və oradakı mənzillər göstərilir. Sənəddə 4 saylı binanın 20-ci mərtəbəsində yerləşən üçotaqlı, sahəsi 157,6 kv.metr olan mənzil, 17-ci mərtəbədə sahəsi 191,4 kv.metr olan dördotaqlı mənzil və 18-ci mərtəbədə sahəsi 226,6 kv.m olan beşotaqlı mənzil alması göstərilir. Müqaviləyə əsasən guya deputat İqbal Məmmədov “STS” şirkətinin rəhbəri M.Cəfərovun və “Sahil-D Company” MMC-nin rəhbəri İlham Qasımov arasında əldə olunan razılığa əsasən İlham Qasımova 654000 ABŞ dolları ödəyib.
Bunu əsas götürən deputat İ.Məmmədov bundan sonra 2017-ci ilin əvvəlində məsələni hüquqi müstəvidə həll etmək üçün Xətai Rayon Məhkəməsinə mənzillərin boşaldılması barədə iddia ərizəsi ilə müraciət edir. İşə Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın sədrliyi ilə baxılır və proses dərindən araşdırılır. Tərəflərin sənədlərini dərindən araşdıran məhkəmə 13 aprel 2017-ci il 2(011)-1643/2017 saylı müvafiq Qətnamə çıxarır.
Məhkəmə istintaqı zamanı İqbal Məmmədovun əslində “STS” şirkətinin təmsilçisi, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun dələduzluğu ortaya çıxır. Bunu Xətai Rayon Məhkəməsinin çıxardığı qətnamə sübut edir. Çünki məhkəmə araşdırması nəticəsində deputat İqbal Məmmədovla “STS” şirkəti arasındakı müqavilə, əslində deputatla şirkətin təmsilçisi Sahib İbrahimov arasında razılaşdırılaraq imzalanır. Müqavilə şərtlərinə əsasən S.İbrahimov İ.Məmmədova adıçəkilən mənzilləri təhvil verilməsi göstərilir. Məhkəmə müqavilənin qanunsuz olduğunu və buna görə də deputatın qanunsuz müqaviləyə əsasən pulları Sahib İbrahimova verdiyini aşkar edir. Məhkəmə həmçinin verilən pulların “Sahil-D Company” MMC-nin rəhbəri İlham Qasımova ödəmədəyini də müəyyən edir və ümumiyyətlə İ.Qasımovun bu məsələdən xəbərsiz olduğu ortaya çıxır. Məhkəmə “STS” şirkətinin ona aid olmayan ərazidə aparılan tikintidə qanunsuz olaraq başqasına mənzil satdığını ortaya çıxarır. Məhkəmə eyni zamanda, “STS”lə “Sahil-D Company” arasında da hər hansı formada əlaqənin olmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı iddia tərəfin tam əsassız olduğunu müəyyən edən hakim S.Səlimova deputat İ.Məmmədovla “STS” şirkəti arasında 07.02.2008-ci ildə F.Bayramov küç.1156 ünvanında üç mənzil almaqla bağlı imzalanan 193,194 və 195 saylı müqavilələri etibarsız sayır və bununla bağlı məhkəmə Qətnaməsi çıxarır.
Xətai Rayon Məhkəməsi eyni zamanda, “STS” şirkətinin dələduzluğunun qurbanı olan deputat İqbal Məmmədova şirkət tərəfindən vurulan ziyanın ödənilməsi barədə qərar çıxarır. Elə həmin Qətnamədə İqbal Məmmədovun “STS” şirkətinə ödədiyi 654000 dolların şirkət tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə əsasən deputata qaytarılması öz əksini tapır.
Deputat İ.Məmmədov Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan razı qalmayaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət edir. Ancaq bəlli olmayan səbəblərdən İ.Məmmədov bir müddətdən sonra apellyasiya şikayətini geri götürür və Xətai Rayon Məhkəməsinin Qətnaməsindən Nərimanov Rayon Məhkəməsinə müraciət edir. Hansı ki, hadisənin Nərimanov rayonuna heç bir aidiyyatı yoxdur. Ona görə ki, “Sahil-D Company” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, faktiki fəaliyyət ərazisi isə Xətai rayonu ərazisidir. Deputatın etdiyi şikayətə Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin sədrliyi ilə baxılır. Hakim A.Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində isə qarşı tərəfin sənədləri obyektiv araşdırılmadan qanunsuz olaraq Xətai Rayon Məhkəməsində hakim Səadət Əliyeva tərəfindən çıxarılan Qətnamə etibarsız hesab edilir və bu ruhda bir Qətnamə qəbul edilir. Beləliklə, 5 sentyabr 2017-ci ildə Nərimanov Rayon Məhkəməsində hakim A.Əliyevin sədrliyi ilə keçirilən prosesdə 2(005)-5266/2017 saylı Qətnamə qəbul edilir. Qətnamədə İqbal Məmmədovun iddia etdiyi üç mənzilin boşaldılması tələb olunur.
“Sahil-D Company” MMC də öz növbəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin çıxardığı 2(005)-5266/2017 saylı Qətnamənin qanunazidd və əsassız olduğunu əsas götürərək Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına şikayət ərizəsi ilə müraciət edir.
“Sahil-D Company” MMC Apellyasiya Məhkəməsindən Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin çıxardığı 2(005)-5266/2017 saylı, 05.09.2017-ci il tarixli Qətnamənin ləğv edilməsi və iddiaçı Məmmədov İqbal Nəriman oğlunun cavabdehlər “Sahil-D Company” MMC-yə, “STS” şirkətinə, Məmmədov Şakir Fərman oğluna, Əliyev Sərdar Məmməd oğluna və Məmmədov Əli-Ağa Məmməd Həsən oğluna qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılması” tələbinin rədd edilməsi barədə yeni qətnamənin çıxarılması tələb olunub.
“Sahil-D Company” MMC-nin icraçı direktoru A.Hüseynov bildirib ki, artıq yaranmış durumla və deputat İ.Məmmədovun qanunsuz hərəkətlərə yol verməsi, deputat səlahiyətindən sui-istifadə etməsiylə bağlı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Milli Məclis sədrinin birinci müavini, Məhkəmə-Hüquq şurasının üzvü Ziyafət Əsgərova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edib. Müraciətdə deputat İqbal Məmmədovun qanunsuz hərəkətlərinə son verilməsi tələb olunur.
A.Hüseynov onu da əlavə edib ki, Sahib İbrahimovun “Sahil-D Company” MMC-yə qarşı dələduzluq hərəkətləri bununla bitməyib. Belə ki, S.İbrahimov saxta yolla sənəd düzəldərək, “Sahil-D Company” MMC-yə aid bukletləri əldə edərək tikilən binaları çoxsaylı insanlara satıb. A.Hüseynov bildirib ki, S.İbrahimov indiyədək 74 nəfərə “Sahil-D Company” MMC-yə məxsus belə qanunsuz mənzil satıb. S.İbrahimov “STS” şirkəti tərəfindən müştəri ilə imzalanan müqavilədə mənzil nömrələri göstərilməyib.
İcraçı diketor əlavə edib ki, baş vermiş qanunsuzluqlarla bağlı məhkəmələrə müraciət olunur və bütün məhkəmələr “Sahil-D Company” MMC-nin xeyrinə qərar çıxarır: “Bunun nəticəsidir ki, məhkəmələr 19 nəfər barəsində belə qərar çıxarıb və digər işlərimiz də məhkəmələrdədir. Hazırda 53 mənzildə problem yaşanmaqdadır. Ona görə də yuxarıda adıçəkilən qurumlara müraciət etməklə bizə qarşı olan haqsızlıqlara son qoyulmasını tələb etmişik. Xüsusən də deputat İqbal Məmmədovun bu qanunsuz əməllərinə zidd hərkətlərinə etiraz edirik”.
Qeyd: 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.08.2015-ci il qərarı ilə “STS” şirkətinin dələduzluq faktları müəyyən edilib. Belə ki, həmin tarixdə qəbul edilən qərarda “STS” şirkətinin rəhbəri Məzahir Cəfərov ayrı-ayrı şəxslərin etibarından istifadə edərək dələduzluq yolu ilə pullarını alaraq şirkətin tikmədiyi binalarda mənzillər satıb və pullarını mənimsəyib. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsi 06.08.2015-ci il tarixli qərarı ilə “STS” şirkıtinin dələduzluq və saxtakarlıqlarını müəyyən edib.
Mürtəza Bünyadlı
Gununsesi.info
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
3 fevral 2026 13:46
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
- Millimiz Gürcüstana 0:6 uduzdu
06 fevral 18:34
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
06 fevral 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
06 fevral 17:40
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
06 fevral 08:45
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
