“Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir”
“Guya oğlum Yalçın maşınla kimisə vurub. Sonradan bəlli oldu ki, burada çox ciddi yanlışlığa yol verilib. Qəza törədənin yaşı və maşınla bağlı məlumatlar yanlış idi. Həmin vaxtı Yalçının oğlu, yəni nəvəm Türkiyədə universitetə qəbul olmuşdu və Yalçın da onun işləri ilə bağlı Türkiyədə idi. Bunu edən kim idi? Həmkarım Fəzail İbrahimlinin oğlu idi”.
Bu fikirləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Musavat” saytına müsahibəsində bildirib. “Onun oğlu həqiqətən qəza törədib, adam vurub. Bunlar olan şeydir. Allah hər kəsdən uzaq eləsin. Kim indi bundan sığortalanıb? Yaxşı ki, həmkarımın oğlu vurduğu adamı xəstəxanaya aparıb, bədbəxt hadisə də baş verməyib. Oğlumun adını bu cür hallandırmaq məndə çox təəssüf hissi yaratdı. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bunu edən Fəzail İbrahimli olub. Oğlum Yalçın olduqca ciddi həyat tərzi keçirir. Siz bir jurnalist kimi ölkəmizdəki fəal, tanınan insanların mütləq əksəriyyətinin hətta ailə üzvləri haqqında belə məlumatınız var. Digər oğlum Elçin haqqında bəzi məlumat hər kəsdə ola bilər. Çünki mətbuata çıxıb, müsahibələr verib. Amma Yalçın qapalı bir həyat keçirir. Onu kim tanıya bilər? Bunu ancaq tarix fakültəsini bitirən, tarix üzrə elmlər namizədi olan həmkarım Fəzail İbrahimli tanıya bilər. Öz oğlunu Yalçının adı ilə dəyişdirərək, düşünülmüş şəkildə övladımı gündəmə gətirmək çox böyük namərdlikdir. Bu namərdlik məni narahat etdi. Mən heç bir halda belə etməzdim. Baxın görün, millət vəkili öz övladını xilas etmək üçün başqa bir millət vəkilinin övladını nahaqdan gündəmə gətirirsə, onda ayrı-ayrı jurnalistlərin Fəzail Ağamalı haqqında demiş olduqları fikirlərə hansı qınağı edə bilərəm? Bu cəmiyyətin bir bəlasıdır. Çox yaxşı ki, bu cür hallar epizodikdir. Jurnalistlər içərisində də bu cür yanlış fikirləri gündəmə gətirmək halları olduqca məhduddur. Həmin portala məlumat klinikadan ötürülüb. Görünür, onların arasında əməkdaşlıq var. Portal da məsələni ən azından, dəqiqləşdirə bilərdi. Fəzail Ağamalı və onun ailəsi haqqında istənilən jurnalistlə məlumatı dəqiqləşdirmək çətin deyildi. Təəssüf ki, bu olmadı. Heç bir şəxs üçün belə halın yaşanmasını istəmirəm. Mətbuat unutmamalıdır ki, hər hansı bir yanlış fikir ailədə stress, problemlər, əsəbilik yaradır”. F. Ağamalı həmkarı ilə hələ ki, üzləşmədiyini bildirib: “Sadəcə olaraq ona nə deyim? Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi. Özlərinin dilindən dedikləri kimi, mətbuata da deyə bilərdi ki, həmin şəxs təsadüfən yıxılıb, oğlum da götürüb xəstəxanaya aparıb. Bir söz deyim, düz yolda ayağı ilişib yıxılan adam xəstəxanalıq olar? Bu təkzibi də vermədi, sadəcə susdu. Vurulan şəxs nə üçün şikayətçi olub-olmadığı məsələnin başqa tərəfidir. İstəməzdim ki, onun oğluna da hər hansı bir ciddi problemlər yaransın. Onunla üz-üzə gələndə düşünürəm ki, nə deyəcəm”.
NUH.az
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 2026 16:15
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 2025 12:11
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək
13 noyabr 2025 11:49
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
5 noyabr 2025 00:30
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 2025 13:03
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
