“Hüseyn LTD” MMC metaləritmə sexini kim himayə edir?
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 16-da yaşayan sakinlər neçə illərdir ki, əzab-əziyyət içində yaşayırlar. Buna səbəb isə qeyd olunan ünvanda "Hüseyn LTD" MMC-yə məxsus metal əritmə sexinin fəaliyyət göstərməsidir. Ərazidə yaşayan sakinlər tərəfindən müxtəlif dövlət qurumlarına, nazirlərə edilən şikayət ərizəsinin bir nüsxəsini də “Kivnews.com” İnformasiya Portalına ünvanlanıb. Müraciəti diqqətinizə çatdırırıq:
Cənab Nazir, bizim Sizə müraciət etməyimizə səbəb yerli icra başcısına etdiyimiz şikayətlərin cavabsız qalmasıdır. Narahatlığımız yaşadığımız ünvanda evlərimizə bitişik yerləşən "Hüseyn LTD" MMC metal əritmə sexinin fəaliyyət göstərməsidir. Bir neçə ildir ki, bizim normal yaşayışımız kobud sürətdə pozulur. Belə ki, sexin 24 saat metal əritməsindən əmələ gələn qatı tüstü, his-pas, yanıq iyi nəfəs almanı qeyri-mümkün edir. Evlərimizin qapı və pəncərəsini yay-qış bağlamaq məcburiyyətində oluruq, təmiz havaya həsrət qalmışıq. Həyətlərimiz, balkonlarımız ümumiyyətlə, bütün əşyalarımız qap-qara hisə bulaşır. Əridilmə prosesində istifadə edilən kimyəvi maddənin dözülməz iyindən və birbaşa təsirindən özümüzün, əsasən də körpələrimizin sağlamlığını göz görə-görə itiririk. Hər bir valideyn üçün bundan böyük əzab ola bilməz. Onu da qeyd edək ki, səhhəti zəif olanların bəziləri vəfat etmişdir və bəzi qonşularımız evlərindən köçüb kirayə çıxıblar. Sexdəki istehsal prosesi zamanı, yaranan səs-küydən sinir sistemimiz tamamilə pozulub. Gecələr uşaqlarımızın səksənərək yuxudan ayılması bizə şirin yuxu anlayışını təmamilə unutdurub. Küçədə, həyətlərdə olan ağaclarımız hisdən, tüstüdən ya quruyub, yada ki, qara his-pas içərisində qurumaq ərəfəsindədir. Sexə metal tullantıların gətirib doldurub boşaldılması zamanı və eləcə də fəaliyyəti zamanı yaranan silkələnmədən evlərimizin divarlari çartlayıb. Dəfələrlə sex rəhbərliyinə, aidiyyatlı qurumlara müraciət etməyimizə baxmayaraq heç-bir tədbir görülmür.
Ölkə başçısı ətraf mühütün mühafizəsini və sağlam ekoloji mühütün yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoyulmuşdur. Prezident çıxısında ekoloji vəziyyətin yaxşılaşdırılmasını diqqət mərkəzində olduğunu vurğulayaraq kompleks tedbirlərin görüldüyünü, daha da ciddi tədbirlər görülməli olduğunu qeyd etmişdir. Prezident çıxışında bildirmişdir ki, "… Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır. Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır, orada ciddi tədbirlər gorülməlidir. Ya o müəssələri işlədənlər, – istər dövlət, istər özəl qurumlar birmanalı şəkildə havanı çirklədən insanları zəhərləyən müəssisələr bağlanmalıdır".
Hesab edirik ki, insan hüquqları həm daxili, həm də beynəlxaq qanunvericiliklə qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində insanların layiqli həyat şəraitinin və rifah səviyyəsinin təmin olunması, 37-ci maddəsində istirahət hüququna, 39-cu maddəsində sağlam etraf mühitdə yaşamaq hüququna təminat verilir.
Növbəti məqaləmizdə Dövlət Neft Şirkətinə, daha dəqiq desək “Suraxanı OİL” ərazisinə məxsus ərazilərin kimlər tərəfindən zəbt olunmasına, neçə neft buruunun hasarlar arasında məhv edilməsinə aydınlıq gətirəcəyik.
Kivnews.com
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
