Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldıldı
Dünya17 noyabr 2017 22:34
Noyabrın 17-də Sloveniyanın Maribor şəhərində Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin abidəsinin açılışı olub.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyi, Sloveniya Müharibə Veteranları İttifaqı və Maribor şəhəri meriyasının birgə layihəsi əsasında baş tutan açılış mərasimində Sloveniyadakı diplomatik korpusun, hərbi attaşeliyin nümayəndələri, Sloveniya parlamentinin üzvləri, veteran təşkilatlarının təmsilçiləri, şəhər meriyasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında qeyd edilib ki, İkinci Dünya müharibəsində sloven xalqı böyük qurbanlar verməli olub. Nasist Almaniyası və faşist İtaliyası arasında bölüşdürülən Sloveniyada yerli əhali, həmçinin "Vermaxt” tərkibində müharibədə iştirak etmək üçün səfərbərliyə cəlb olunub. Bu da əhali arasında işğalçılara qarşı nifrət və müqavimətin daha da güclənməsinə səbəb olub ki, nəticədə bu torpaqlar partizan hərəkatının ən geniş vüsət aldığı və böyük uğur qazandığı əraziyə çevrilib. Sloveniyanın azad edilməsində misilsiz şücaətlər göstərmiş Mehdi Hüseynzadə (Mixaylo) öz adını sloven xalqının qəlbinə əbədi olaraq həkk edib. Mixaylo fenomeni və misilsiz qəhrəmanlığı yeni nəsillər üçün örnək olmaqla yanaşı, Azərbaycan və sloven xalqları arasında dostluq bağlarının möhkəmlənməsində xüsusi rola malikdir.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov çıxışında bildirib ki, Mehdi Hüseynzadənin abidəsinin açılışı iki mühüm məqsədə xidmət edir. Qeyd edilib ki, bu abidə İkinci Dünya müharibəsində canından keçmiş bütün döyüşçülərin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, hər iki xalqın ortaq milli qəhrəmanı olan Mehdi Hüseynzadənin abidəsinin Maribor şəhərində ucaldılması Azərbaycan və Sloveniya arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Səfir, həmçinin vurğulayıb ki, bu abidə kompleksi azadlıq uğrunda işğalçılara qarşı mübarizə aparmış qəhrəmanların irsinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.
Səfir azərbaycanlı iş adamı Artur Abdinova abidənin Maribor şəhərində ucaldılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, eyni zamanda, abidənin müəllifi heykəltəraş Seyfəddin Qurbanova hazırladığı əsərə görə və Maribor şəhər meriyasına bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib.
Sonra abidə kompleksinin açılışı olub. Maribor şəhərinin meri Saşa Pelko abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv lövhənin üzərindəki qırmızı lenti kəsib.
Tədbirdə Maribor şəhərindəki orta məktəblərdən birinin şagirdləri partizanlara həsr olunmuş mahnılar ifa ediblər.
Tədbirin rəsmi açılışından sonra iştirakçılara ziyafət verilib. Həmin gün açılışda iştirak edən Azərbaycan nümayəndə heyəti Maribor şəhərində yerləşən hərbi muzeydə olub, müxtəlif müharibələr dövrünə aid eksponatlarla tanış olublar.
Qeyd edək ki, Mehdi Hüseynzadənin Maribordakı abidəsinin müəllifi görkəmli heykəltəraş, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanovdur. Abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv tablo dünyada ictimai parklarda açılan ilk rəqəmsal abidələrdən sayılır. İnteraktiv tabloda İkinci Dünya müharibəsi ilə bağlı ümumi məlumatlarla yanaşı, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu əks etdirən bütün məlumatlar öz əksini tapıb. Lövhədəki məlumatlar mütəmadi olaraq yenilənəcək. (AzərTAc)
NUH.az
Oxşar xəbərlər
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
6 dekabr 2025 23:47
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 2025 00:04
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 2025 01:53
- Prezident bu hərbçiləri təltif etdi (SİYAHI)
22 avqust 2025 17:24
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 2025 00:34
- Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva
15 avqust 2025 09:56
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
3 avqust 2025 14:34
- Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü
31 iyul 2025 23:29
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
Xəbər lenti
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09 dekabr 20:20
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
09 dekabr 20:01
- Namizəd Səfərov saxlanıldı
09 dekabr 19:52
Video & Fotoqalereya
Video
Fotoqalereya
