YPX-ə tabe olmayan Elvin Adıgözəlov hansı vəzifəyə gedəcəkmiş?
Bəzi məmurlar öz övladlarının öhdəsindən gələ bilmir. Bu səbəbdəndir ki, tez-tez məmur övladlarının içkili vəziyyətdə şəhərdə meydan sulamağa çalışmaları barədə xəbər veririk.
Kivnews.com bildirir ki, elə sonuncu dəfə yaşanan anoloji hadisə zamanı da, yüksək vəzifəli məmurlardan birinin övladı ifşa olundu. Özü də yol polisləri tərəfindən. Belə ki, Dövlət Gömrük Komitəsində vəzifə sahibi olduğu deyilən (Hərçənd ki, Gömrük Komitəsi onlarda belə bir adda işçinin olmadığını deyir) Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilən “10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılarkən, qarşı tərəf saxlama əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışmışdı. Amma YPX əməkdaşları avtoxuliqanlıq etmiş şəxsi sona kimi təqib etməyə və avtomobili saxlatdırmağa müvəffəq olmuşlar. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.
Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.
Bəli, bu fakt kameraların yaddaşına da həkk olunub. Yazının sonunda videodan da hadisənin baş vermə anını izləyə bilərsiniz. Lakin bu məsələdə maraqlı olan məqam "BMW" markalı avtomobilin sürücüsü Elvin Adıgözəlovun etdiyi əməldir. Ölkə başçısı belə məmur övladlarına qarşı sərt çıxışlar etdiyi bir vaxtda onun atasına, yaxud da kimlərəsə güvənərək əmrə tabe olmamağı sual doğurmaya bilməz. Təbii ki, bahalı avtomobil idarə edən bir məmur övladı üçün içkili avtomobil idarə etməyin cəriməsi heç nədir. Ona görə də, sona kimi tabe olmaqdan yayınıb. Digər məqam isə ondan ibarətdir ki, xəbər saytlarda yayılandan iki gün sonar bu xəbərlərin yığışdırılmasına çalışıldı. Müəyyən elçilər ortaya girərək bu işi həyata keçirməyə çalışdılar. Əldə etdiyimiz məlumata görə, polisə tabe olmayan Elvin Adıgözəlov hansısa vəzifəyə təyin ediləcəkmiş. Və əmrin veriləcəyi gözlənilən bir vaxtda bu məlumatın ortaya çıxması bəzi problemlər yaradıb. Ona görə də, əmr verəcək olan tərəf tələb edib ki, həmin məlumatlar saytlardan sildirilsin. Bu səbəbdən hərəkətə keçilib, amma uğurlu nəticə əldə edilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Kivnews.com
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 15:41
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 14:54
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 23:21
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31

