Əli Həsənov Astanada önəmli tədbirdə - Fotolar
Noyabrın 27-də paytaxt Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı rəsmi qəbul təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Azərbaycanın nümayəndə heyəti, Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov tədbiri açaraq qardaş ölkələrimizin münasibətlərinin çox yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəsmi qəbulda çıxış edib.
Tədbir iştirakçılarını salamlayan Əli Həsənov deyib ki, əsrin dörddəbiri tarix baxımından böyük müddət deyil, lakin iyirmi ildən bir qədər çox bundan əvvəl öz müstəqilliyini bəyan etmiş ölkələr üçün bu dövr bütöv bir epoxadır. Ötən 25 il ərzində biz çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, həm də genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bu işdə həm ulu öndər Heydər Əliyev və millətin lideri Nursultan Nazarbayev, həm də Azərbaycanın indiki Prezidenti İlham Əliyev çox böyük rol oynayıblar.
Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin mükəmməl müqavilə-hüquq bazasının formalaşdığını vurğulayan Prezidentin köməkçisi bildirib ki, ötən müddətdə 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd, o cümlədən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə” (1997), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005), “Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyannaməsi” (2017) və digər sənədlər imzalanıb. Bu sənədlər, həmçinin müntəzəm surətdə keçirilən yüksək səviyyəli ikitərəfli görüşlər, səmərəli parlamentlərarası əlaqələr ölkələrimizin müasir mərhələdə yüksək etibara və etimada əsaslanan tərəfdaşlığının dərinləşməsinə və genişlənməsinə xidmət edir.
Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycan ona səs verən ilk dövlətlərdən biri olub. Azərbaycan Astanada “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü də dəstəkləyənlərin birincilərindən olub.
Qazaxıstanın da eyni qayda ilə Azərbaycanı beynəlxalq tədbirlərdə və qurumlarda dəstəklədiyini bildirən Prezidentin köməkçisi dedi: “Biz Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə qardaş Qazaxıstanın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin ticari-iqtisadi əməkdaşlığa da müsbət təsir göstərdiyini söyləyən Əli Həsənov qeyd edib ki, Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması ölkələrimiz arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Əlamətdar haldır ki, ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmır. Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Azərbaycanda da Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərir. Sərmayə qoyuluşlarının ümumi həcmi 200 milyon dollara yaxındır.
Prezidentin köməkçisi humanitar əlaqələrin də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xatırladıb, Azərbaycanın Qazaxıstan ilə bu istiqamətdə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini, Bakı Dövlət Universitetində qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilmiş nüfuzlu beynəlxalq konfransın Bakıda keçirildiyini, paytaxt Bakının küçələrindən birinə böyük Abay Kunanbayevin adının verildiyini və onun barelyefinin açıldığını, qardaş xalqlarımızın tanınmış şəxsiyyətlərinin və yazıçılarının əsərlərinin hər iki dilə tərcümə edildiyini bildirərək dedi: “Bu gün biz Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını keçirdik. Müəllifi Mahmud Kasımbekov olan bu kitab Azərbaycan dilinə tərcümə edilib. Bu il Heydər Əliyev Fondu Qazaxıstanın birinci Prezidenti – Millətin Lideri Fondu ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Həmçinin Bakı Dövlət Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında da memorandum imzalanıb. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident Nursultan Nazarbayev Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib”.
Çıxışının sonunda Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə bir daha təbriklərini çatdıran Əli Həsənov vurğulayıb: “Qarşılıqlı münasibətlərin müasir vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək”.
Qazaxıstanın energetika nazirinin birinci müavini Maxambet Dosmuxambetov qeyd edib ki, ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib. Azərbaycan ilə Qazaxıstan xarici siyasət məsələlərində də daim bir-birini dəstəkləyir.
bərpasından sonra Qazaxıstan ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə mükəmməl müqavilə-hüquq bazası formalaşdırıldığını vurğulayan Maxambet Dosmuxambetov ölkələrimizin iştirakçısı olduğu enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları layihələrinin əhəmiyyətindən danışıb.
Tədbir çərçivəsində Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə qazax dilində nəşr olunmuş “İRS-MYRA” jurnalının təqdimatı keçirilib.
Sonda Azərbaycan nümayəndə heyətinin üzvlərinə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” yubiley medalı təqdim olunub.



- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
