- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Rostovdakı diaspora rəhbəri iş adamını necə tora salıb ?
İqtisadiyyat28 noyabr 2017 14:45
"Təzadlar"ın elektron poçtuna Ukraynada yaşayıb çalışan sahibkar Məmmədova Almaz Hüseyn qızı tərəfindən Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı şikayəti daxil olub. Şikayətdə təqdim edilən əlaqə nömrəsi işləmədiyindən A.Məmmədova ilə təkrar əlaqə yaratmaq mümkün olmasa da, onun şikayətini kiçik ixtisarla təqdim edirik:
Baki şəhəri, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi ev 246 ünvanında qeydiyyatda olan Məmmədova Almaz Hüseyn qızı yazır:
Hörmətli cənab Prezident İlham Əliyev!
Hörmətli I vitse-prezident Mehriban xanım Əliyeva!
Hörmətli Baş prokuror Zakir Qaralov!
Hörmətli daxili işlər naziri Ramil Usubova!
Mən- Məmmədova Almaz Hüseyn qızı, Azərbaycan Respublikasının vətəndaşıyam və uzun illərdir Ukrayna Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğulam. Təxminən 4 ilə yaxındır ki, həmyerlimiz Allahverdiyev Şakir Allahverdi oğlu ilə ailəliklə tanış olmuşduq. Həmin vaxt mənim yoldaşım Məmmədov Fuad ona bir neçə dəfə işlərində köməklik etmişdi. Sonradan bu münasibətlər iş ortaqlığı həddinə gəldi. Təxminən 2015-ci ilin sonlarında o, bizimlə görüşərkən söhbət əsnasında bildirdi ki, Azərbaycanda bir çox vəzifəli şəxslərlə iş ortağı vardır və hazırda Samux rayon Polis Şöbəsinin rəisi Akif Nəbiyevlə birlikdə şərab zavodu tikirlər. Guya bu işdə onları rayonun icra başçısı Alı Qocayev dəstəkləyir və onlar işə başlamazdan əvvəl Akif Nəbiyevlə birlikdə qəbula gedərək başçıdan xeyir-dua alıblar. Onların arxalarında daha böyük vəzifəli şəxslər, o cümlədən komitə sədri Nazim İbrahimov və çox nüfuzlu bir nazir dayanır.
Şakir Allahverdiyev inam yaratmaq məqsədi ilə, onun imkanlarını görmək üçün israrla bizi Azərbaycana dəvət etdi. Bildirdi ki, bütün biznes işlərində ona şərik ola bilərik. Biz onun dəvəti ilə Azərbaycana gəldik. Samux rayonunda o bizə üzümçülük sahələrini, tikilməkdə olan şərab zavodunu, dolu spirt çənlərini və digər obyektlərini göstərdi. Hətta yanımızda kiməsə zəng vurdu və bizi nəzərdə tutaraq, qonaqların gəldiyini bildirdi. Telefon danışığını bitirdikdən sonra isə bizə dedi ki, rəisin nazirlikdən qonaqları var, yoxsa sizinlə görüşməyə gələrdi. Ümumi tanışlıqdan sonra biz belə qərara gəldik ki, həm Rusiyada, həm Azərbaycanda şərikli şirkətlər quraq və biznes fəaliyyətimizi genişləndirək. Bu qərarımızdan sonra biz 2016-cı ilin iyun ayında Rostov vilayətində “DONTREYD-YUQ” şirkətini yaratdıq.
Bütün tikinti işlərini və avadanlıqların alınmasını isə mənim yoldaşım Məmmədov Fuad və digər yaxın qohumumuz Əhmədov Cəlal Maarif oğlu həyata keçirdilər. Ümumilikdə həm şirkətin fəaliyyətə başlaması üçün, həm tikinti işlərinə, həm də xüsusi avadanlıqların alınmasına 570.000 (beş yüz yetmiş min) ABŞ dolları pul xərclədik. Bundan bir müddət sonra Ş.Allahverdiyev Azərbaycanda qurmağı nəzərdə tutduğumuz şirkətlə əlaqədar olaraq bəzi məsələləri “araşdıracağını” deyərək, Azərbaycana qayıtdı. Bir neçə gündən sonra zəng vurub bizi də Azərbaycana çağırdı.

"Mən onu sakitləşdirməyə çalışdıqda isə, yanındakı araq şüşələrini üstümə atmağa başladı. Bağıraraq məni güllələyəcəyini dedi..."
Azərbaycana gəldik və görüş zamanı bildirdi ki, Azərbaycan Rusiya kimi deyil, burada gərək hamıya hörmət olunsun. Samux rayon Polis Şöbəsinin rəisi Akif Nəbiyev özü “yuxarılarnan” danışıb. Bizə dedilər ki, Azərbaycanda böyük bir şirkət qurmaq üçün mütləq monopoliyanı yarmaq lazımdır. Bunun üçün ən azı 1.500.000 (bir milyon beş yüz min) manat lazımdır. Dedi ki, bu pulu mütləq ödəmək lazımdır. Pul ödənildikdən sonra şirkəti qurub spirt işini biz işləyəcəyik. Mən soruşdum ki, bu işin qanuni yolu varsa və nədirsə, onu edək. Bu zaman Şakir Allahverdiyev bildirdi ki, Azərbaycanda “yuxarının” “şapka”sını verməsək, bizə imkan verməyəcəklər.
Mən bununla razılaşmadıqda Şakir Allahverdiyev iki variant olduğunu bildirdi və dedi ki, ya qeyd olunan məbləği verməliyik, ya da ölkə rəhbərliyinə yaxın şəxsin nəzarətində olan şirkətdən həmin məbləğdə avadanlıq almalıyıq. Mən ikinci variantı uyğun gördüm. Çünki bir tərəfdən adını hallandırdığı vəzifəli şəxslərə və imkanlarına görə ona inansam da, “yuxarının” belə bir tələbinin olduğuna inanmırdım. Bütün dünya bunu bilir ki, cənab Prezidentimiz yalnız ölkəmizin və ölkəmizdə qeyri-neft sektorunun inkişafında maraqlıdır. Bir gün sonra biz evimizdə olan 120.000 (yüz iyirmi min) manat və 20.000 (iyirmi min) ABŞ dolları pulları götürdük və digər yaxın tanışlarımızdan borc alaraq, ümumilikdə 170.000 (yüz yetmiş min) ABŞ dolları və 200.000 (iki yüz min) manat pulu avadanlıqlar alması üçün Nərimanov rayonu ərazisindəki “Məxməri” restoranında Allahverdiyev Şakir Allahverdi oğluna verdik. Qalan 1.000.000 (bir milyon) manat məbləği isə, şərik kimi polis rəisi Akif Nəbiyevlə özünün aralarında həll etməsini istədik. Bir neçə gündən sonra, Allahverdiyev Şakir mənə bildirdi ki, “yuxarının” razılığı alındı və bütün avadanlıqlar sifariş verildi. Ən uzağı bir aya şirkəti qura bilərik. Mən ona inandığım üçün təşəkkürümü bildirdim. Qeyd etdiyim kimi, Rostov vilayətində artıq şirkət qurmuşduq və bir ortaqlığımız yaranmışdı. Ona görə də, inanırdım. Həmçinin, Azərbaycanda şirkətimizin olmasını istəyirdim. Bundan sonra mən Ukraynaya getdim və deyilən vaxtı gözlədim. Deyilən vaxtdan bir qədər keçsə də, mənə heç bir cavab demədiyi üçün mən Şakir Allahverdiyevə zəng vurdum. Bu zaman o mənə bildirdi ki, guya bir-iki günə cavab deyiləcək.
Təxminən bir həftə sonra Şakir Allahverdiyev dedi ki, “yuxarılar” qərarı dəyişib, bütün pulu tələb edir, rəislə aparıb verdik… Mən aparatları soruşduqda isə bildirdi ki, yaxın vaxtlarda həll edəcəm, indi bütün pulları verdim “yuxarıya”. Mən ona yenə inandım. Aradan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun ortaq şirkət qurmaması və avadanlıqları almaması bizi narahat etdi. Vaxt uzandıqca bizdə şübhələr yaranırdı.
Mən iş uzandığından, bu il bir neçə dəfə Azərbaycana gəlmişəm, hər dəfə görüşdükdə bəhanələrlə vaxtı uzadırdı. Bildirirdi ki, rayonun polis rəisi Akif Nəbiyev bu işə pul ayıracaq və şirkətin qurulması üçün nə lazımdı alınacaq. Belə olduqda ona qəti şəkildə bildirdim ki, “yuxarıya”pul verməsinə inanmıram. Bu səbəbdən də, avadanlıqların alınması üçün verdiyim pulları geri qaytarmasını tələb etdim. Allahverdiyev Şakir məndən yenə vaxt istədi və avadanlıqları alacağını bildirdi. Mən ona daha heç bir avadanlıq istəmədiyimi dedim və pullarımı tam şəkildə qaytarması üçün üç ay vaxt verdim.
02 noyabr 2017-ci il tarixində verdiyim pulları almaq üçün Bakıdan Samux rayonuna getdik. Biz onunla şirkət quracağımız obyektdə görüşməli idik. Həmin yerə çatdıqda, o sərxoş idi, spirtli içki qəbul etmişdi. Bizi görüncə başladı küçə söyüşləri ilə təhqir etməyə. Mən onu sakitləşdirməyə çalışdıqda isə, yanındakı araq şüşələrini üstümə atmağa başladı. Bağıraraq məni güllələyəcəyini dedi. Mən nə baş verdiyini başa düşməyə çalışırdım. Onu sakitləşdirmək istədikdə daha da, üstümə şığıyaraq bildirdi ki, çox başlar kəsmişəm, pulumu verib qanını yumuşam. İndi növbə sənindi. Vəziyyəti belə gördükdə mən qapıdan çölə çıxdım və 102 xidmətinə zəng vuraraq məlumat verdim. Həmin vaxt mənim yanımda bacım oğlu Elnur və yaxın tanışım Əminə var idi. Mənə ən çox təsir edən o oldu ki, bu adam bizim ölkəmizin rəhbər şəxslərinin adından öz oyunlarında istifadə edirdi. Hətta mənə bildirdi ki, get pulunu onlardan al, mən onlara vermişəm.
Hörmətli Cənab Prezident!
Bilidirirəm ki, hal-hazırda ailə vəziyyətimiz çox ağırdır. Yoldaşım ağır xəstə olub. Mən özüm son bir neçə gündür stresdəyəm. Az qala hər gün iynə-dərman qəbul edirəm. Dövlətimizin ədalətinə və Sizin prinsipial mövqeyinizə ehtiyacımız var. Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, əzizimiz Mehriban xanımın, hörmətli nazirimiz Ramil Usubovun və polis rəisinin adından sui-istifadə edən Allahverdiyev Şakir Allahverdi oğlu barəsində ciddi ölçü götürməyinizi və mənə dəymiş zərərin tam şəkildə ondan alınaraq özümə qaytarılmasını təmin etməyinizi Sizdən ailəmiz adından xahiş edirəm.
Axı belələrinin ucbatından Azərbaycandan kənarda yaşayan sahibkarlar ölkəmizə yatırım qoymağa qorxur, ehtiyat edirlər. Xahiş edirəm, kömək edin.
"Təzadlar"dan: Şikayətdə göstərilənlərlə bağlı əvvəlcə Samux RPŞ-nin rəisi Akif Nəbiyevi aradıq. Lakin zəngimizə cavab vermədi...Adı çəkilən digər şəxsləri də dinləməyə hazırıq...
Hazırladı: Səbuhi

Oxşar xəbərlər
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri
26 aprel 2026 22:08
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
Xəbər lenti
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
Video & Fotoqalereya
Video
Fotoqalereya