Uşaqları bu təhlükədən qoruyun - Sonra gec ola bilər
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində kompüter, planşet və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə müasir dövr üçün nə qədər zəruri olsa da, onların sağlamlığımıza vurduğu ziyan da danılmazdır.
Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin - "kompüter görmə sindromu"nun və ya "yorğun gözlər sindromu"nun əmələ gəlməsinə də səbəb olub.
Tibb üzrə fəlsəfə doktoru, həkim mütəxəssis Yazgül Abdiyeva Trend-ə bildirib ki, ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir:
"Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir".
Y.Abdiyeva qeyd edib ki, bu problem nəticəsində insanda görmə itiliyi zəifləyir, akkomodasiya pozulur, onda əşyaları ikili görmə, yazı oxuyarkən tez yorulma, gözlərdə yandırma hissi, gözə "qum düşmə" hissi, göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar, gözlərin qızarması kimi hallar ortaya çıxır.
Kompüter, televizor və planşetdən istifadəyə uşaqların daha çox meylli olduğunu vurğulayan həkim-mütəxəssisin sözlərinə görə, uşaqların saatlarla televizor, computer və planşetdən istifadə etməsi onları cihazlardan asılı vəziyyətə salmaqla sosial mühitlə əlaqələrini də zəiflədir. Texnologiyalara olan bu aludəçilk keçid dövrünü keçirən yetkinlik yaşlı uşaqlarda özünə qapanmaya, məktəb yoldaşlarına, ətrafındakı digər insanlara qarşı aqressiv davranışların nümayiş edilməsinə və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüter və planşetdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır.
.jpg)
Mütəxəssis tövsiyə edir ki, uşaqların texnologiyalardan istifadə etmə, kompüter qarşısında oturma müddətinə diqqət yetirmək lazımdır.
O qeyd edib ki, araşdırmalara əsasən, 3-4 yaşlı uşaqlar kompüter, planşet önündə 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər. Uzun müddət ərzində televizor verilişlərinə baxmaq, kompüter, planşet arxasında işləmək uşağın gözlərinə mənfi təsir edir.
Y.Abdiyeva qeyd edib ki, iki yaşına qədər olan uşaqlara televizora, planşetə, kompüterə baxmaq, ümumiyyətlə, məsləhət görülmür. Bu, televizorun, planşetin, kompüterin uşağın yalnız gözlərinə deyil, onun mərkəzi sinir sisteminə də mənfi təsir etməsi ilə (bu sistemin həddindən artıq qıcıqlandırılmasına səbəb ola bilər) əlaqədardır.
Mütəxəssisin sözlərinə görə, 7 yaşınadək uşaqların televizor verilişlərini müşahidə etmələri gün ərzində 30-40 dəqiqədən artıq olmamalıdır. Daha böyük yaşlı uşaqlara gün ərzində 1,5-3 saat müddətinə televizora baxmağa icazə verilə bilər. Lakin bu zaman onların televizora birdəfəlik baxma müddəti 1,5 saatdan artıq (bir film) olmamalıdır. Bu zaman televizorun tipinin (adi, "yastı" ekranlı, mayekristallik və ya plazmalı televizor) necə olmasının elə də böyük əhəmiyyəti yoxdur: "Televizora baxış zamanı əsas zərərli faktor görmə orqanlarına uzunmüddətli gərginliyin düşməsidir. Kompüter, planşet isə uşağın gözlərinə daha çox mənfi təsir edir. Yaşı 7-dək olan uşaqlara kompüter arxasında əyləşməyə ümumiyyətlə icazə verilməməlidir. Yaşı 7-dən çox olan uşaqlara isə gün əzində 40 dəqiqədən artıq (fasilələrlə) olmamaqla kompüter arxasında əyləşməyə icazə verilə bilər. Kompüter qarşısında uzun müddət əyləşdikdə gözlər bir nöqtəyə zillənib qalır və nəticədə tənbəlləşir, daha az qırpılır. Bu da gözləri qurudur, gözdə qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaradır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də istifadə zamanı müəyyən fasilə vermək lazımdır".
.jpg)
Y.Abdiyeva qeyd edib ki, uzun müddət ərzində kompüterdən istifadə etdikdə uşağın yalnız gözləri zərər çəkmir, bu zaman onda baş ağrıları, yorğunluq və s. patoloji hallar da qeyd edilə bilər.
O əlavə edib ki, miopiyası (yaxınıgörmə) olan uşaqlara bədən tərbiyəsi ilə məşğul olmaq xeyirli hesab edilir. Ancaq bu zaman onları ağır fiziki gərginliyə məruz qoymaq da olmaz. Boks, güləş, ağır atletika kimi idman növləri ilə məşğul olmaq onlar üçün əks göstəriş hesab edilir.
Astiqmatizm xəstəliyi olanların texnologiyalardan istifadə zamanı daha diqqətli olmasını vacib sayan həkim-mütəxəssis qeyd edib ki, kompüterdən istifadə edərkən monitor gözdən 60-70 sm uzaq məsafədə olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar: "Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün bəzi şərtlərə əməl etmək lazımdır. Kompüterdə 20 dəqiqə işlədikdən sonra ya 20 saniyə ərzində gözləri bağlamaq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar. Gözləri tez-tez şüurlu şəkildə qırpmaq lazımdır. Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur. Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir".
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 2025 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
