- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Bakıda qara kürü axtarışı və daha nələr ...
Qarşıdan Yeni il bayramı gəlir. Məlum olduğu kimi bu bayramda zənginlərin süfrəsinin əsas bəzəyi qara kürü sayılır. Dünyanın ən qiymətli delikateslərindən olan qara kürünün 80 faizdən çoxu isə Xəzər dənizindən əldə olunur. Lakin Xəzərdə nərə balığının kökü kəsilmək üzrədir, bu səbəbdən nərə ovuna qadağa qoyulub. Deməli bu məntiqlə Bakıda qara kürü tapmaq da gərək asan iş olmasın. O zaman görəsən Bakı zənginləri bu bayramda yeməyə qara kürü tapa biləcəklərmi və kürünün kiloqramı onlara neçəyə başa gələcək?
Bu narahatlıq bizi Bakıda qara kürü axtarışına çıxmağa sövq etdi. Məlum oldu ki, bizim axtardığımız əsl qara kürü adi ərzaq mağazalarında satılmır. Belə mağazalarda yalnız 80-100 qramlıq qutularda qablaşdırılan və qiyməti 4-5 manat olan süni kürüyə rast gəldik. Satıcılar deyirlər ki, Rusiya istehsalı olan bu kürünü kasıblar alır, təbii ki, görüntü yaratmaq üçün. Əsl qara kürü isə balıq mağazalarında və bazarlarda əl altdan satılır.

“Vesovoy” kürü sifarişlə gəlir, yüz qramı 160 manat
Əslində Bakıda əsl kürünü tapmaq heç də çətin olmadı. “28 May” metro stansiyasının yaxınlığında yerləşən dəniz məhsulları mağazasında satıcının dediyi kimi “vesovoy” kürünü sifarişlə gətirirlər. Belə məlum oldu ki, bu mağazada ən bahalı qara kürünün 100 qramı 160 manatdır.
Fərman adlı satıcı, kilo ilə kürü almaq istədiyimizi biləndə təəccübünü gizlətmədi: “Bizdən adətən qramla kürü alırlar. Amma müştəri olsa bir-iki kilo da gətirə bilərik. Xəzərdən tutulan nərə balığının kürüsü 140-160 manatdır. Qırmızı kürümüz də var, amma qırmızı kürü yerli deyil, xaricdən gətirilib. Onun bir kiloqramı 200 manatdır”, - deyə satıcı ehtiyatla pıçıldayır.

Həmsöhbətimiz bayram qabağı kürü satışının artdığını deyir. Amma Bakıda kürü həvəskarları əsasən qara kürü alırlar: “Müştərilərimizin qırmızı kürüyə marağı azdır. Ən çox satılan qara kürüdür. Əksər alıcılar onu alır. Bizdə “uzunburun” deyilən nərə balığının da kürüsü olur. Amma onun duzu bir az çox olduğuna görə, nisbətən az satılır. 100 qramının qiyməti 80 manatdır”.
Satıcı kürünün onlara haradan gətirdiyini deməsə də, açıq satışa ehtiyat etdiklərini deyir. Onun sözlərinə görə, kürünü ancaq tanışlıqla və doğrudan da real alıcı olduğuna əmin olduğu şəxslərə satır.
Ov qadağandır, amma kürü nə qədər istəsən var…
Qara kürü axtarışı ilə “Təzə bazar”a da gəlib çıxdıq. Kürü almaq istədiyimizi biləndə satıcı bizi xeyli şübhəli baxışlarla süzdü, sonra içəridən köməkçisini çağırdı. Məlum oldu ki, mağazada kürü satışına Şamil adlı şəxs rəhbərlik edir. O, kürü almaq istəyənləri mağazanın yanındakı ofisə yönləndirilir. Beləcə. bir neçə mərhələ keçdikdən sonra nəhayət əsl kürü ilə tanış olduq.

Satıcı içərisində təxminən 4-5 kiloqram qara kürü olan iki qab gətirir. Söhbət edə-edə qabların üzərindəki gümüşü folqanı açır və təzə qara kürünü çıxarır: “Bax, bu kürü balığın qarnından çıxarılıb gətirilib, təzədir. Hələ qanlıdır, biz onun qanını yuyuruq, sonra duzlayırıq. “Beluqa” kürüsü də varımızdır, nərə balığı da”, - deyə satıcı izah edir.
“Azca duzludur, lap körpə uşağa da vermək olar...”
Şüşə bankalarda isə satış məqsədi ilə çəkilib qablaşdırılmış kürü qoyulub. Onların qiymətləri 100 manatdan başlayır, 140 manata qədər davam edir. Bu qablarda təxminən 80 qram qara kürü var. Satıcı qarşımıza qoyduğu qəhvəyi rəngli kürünü göstərərk rənglərdəki fərqin balığın növü ilə əlaqədar olduğunu deyir: “Rəngləri fərlidir. “Beluqa”nın kürüsü qəhvəyi olur. Ən bahalı kürü də bu balıqdan alınır. Təmiz kürüdür. Az duzludur, lap körpə uşağa da verə bilərsiniz”.

Xüsusi müştərilər
Satıcı soyuducuda “xaricdən gəlmə mallar” olduğunu da deyir. Onun sözlərinə görə, belə mallar daha çox Dağıstandan gətirilir: “Qırmızı kürünün 100 qramı 80 manata verərəm. Bu da qızıl balıq növlərindən alınan kürüdür. Biz xüsusi müştərilərlə işləyirik, ona görə də, süni kürü satmırıq. Onlar ancaq marketlərdə olur”.
Satıcı israrla satdıqları qara kürünün Xəzərdən tutulan balıqlardan çıxarıldığını desə də, malın ona kim tərəfindən, necə verilməsi barəsində danışmaq istəmir.
Beləiliklə, zənginlərin süfrəsi üçün narahatlığımız əbəs imiş. Bakıda qara kürü tapmaq problem deyil, təbii ki, puluna minnət. Ancaq nərə balığının ovlanmasının qadağan edildiyi bir zamanda qara kürünün bu cür bolluğu maraq doğurur. Bəs kürü bazara haradan daxil olur?

“Çindən hər il 1 ton nərə balıq kürüsü gətirilir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundovun virtualaz.org-a bildirdiyinə görə, artıq 2011-ci ildən ölkədə kürü istehsalı və satışına qadağa qoyulub. Bazarlarda satışa çıxarılan kürü isə əsasən xarici ölkələrdən idxal olunan kürüdür.
“2011-ci ildən başlayaraq nərə balığı kürüsünün istehsalı və satışına qadağa qoyulub. Azərbaycanda 4 növ nərə balıq artırma zavodu fəaliyyət göstərir . Son 10 il ərzində biz 62 milyon ədədə qədər nərə balıq körpələrini Xəzərə buraxmışıq. Heç bir Xəzəryanı ölkədə bu balıqların ovu aparılmır”.

Nazirlik rəsmisi bazarlara çıxarılan kürünün brokonyerlər tərəfindən gətirildiyini istisna etməsə də, bunun daha çox xaricdən ölkəyə idxal olunan kürü olduğunu deyir: “Mən demirəm ki, brokonyerlik yoxdur, var. Amma Xəzəryanı ölkələr birgə bununla mübarizə aparırlar. Hər ölkə öz daxili sularında brokonyerlərə nəzarət edir. Azərbaycanda Balıq-Mühafizə Xidməti var, bununla yanaşı Daxili İşlər Nazirliyinin Su polisi, Sərhəd Qoşunları ilə birgə bu iş həyata keçirilir. Amma bu kürü bazarlara xaricdən idxal olunan kürüdür. Azərbaycan Statistika Komitəsinin 2015-ci ilə məlumatına görə, ölkəmizə 13 min 380 ton balıq məhsulları gətirilib ki, onlardan 2214 tonu nərə balıq növlərinə aiddir. Bundan əlavə, hər il Çindən Azərbaycana aqrosənaye üsulu ilə yetişdirilən 1 tona qədər nərə cinsli balıq kürüsü daxil olur. Biz onları ticarət obyektlərində görürük. Bunlar bazarlara daxil olur və qiyməti o qədər baha olmadığına görə hamı onları alır”.
Nazirlik rəsmisi həmçinin deyir ki, kürünün bazarlarda satışı ilə mübarizə ETSN-in fəaliyyətinə daxil deyil.
Xatırladaq ki, nərə balığının süni artırılması məqsədiylə 1954-cü ildə Neftçalada ilk balıqartırma zavodu tikilib. Şirvan şəhərində və Qaradağ rayonunda da balıqartırma zavodları fəaliyyət göstərir. Bu zavodlarda xüsusi şəraitdə yetişdirilən nərə balıqları Xəzər dənizinə buraxılır. Virtualaz.org
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
2 may 2026 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
1 may 2026 23:43
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 2026 15:27
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
