Nazirlikləri qohum-əqrəbası ilə dolduran məmurlar
Dünyanın əksər yerində olduğu kimi, Azərbaycanda da yüksək vəzifəyə gedib çatmaq heç də asan deyil. Bunun enişli-yoxuşlu yolları, əzab-əziyyəti var. Təbii ki, söhbət kiminsə himayədarlığı sayəsində tez bir zamanda “yağlı kökə” tapanlardan getmir.Təəssüf ki, belələri az deyil və asan yolla vəzifə təyinatı alan bu şəxslər işə başlayan kimi çapıb-talamağa cəhd göstərirlər. Bir çox hallarda da buna nail olmağı bacarırlar. Onların bu əməlləri daha yüksək vəzifədəki “dayıları” işdən atılanda faş olur.
Modern.az-ın yazdığına görə, bir sıra hallarda ölkə rəhbərliyinin etimad göstərib yüksək vəzifəyə təyin etdiyi məmurlar dərhal “qohumbazlıq xəstəliyi”ni biruzə verir, tez bir zamanda nəzarətinə verilən qurumu öz qohum-əqrəbası, qardaşoğlu, bacıoğlu, yeznə-qayın, baldız, qohum-qonşu, tanış-bilişi ilə doldurur...
Yeyən kim, talayan kim, öz maraqları naminə pul silən kim... Maraqlar toqquşduğundan hamı bir-birinin səhvini bir növ malalamaqla məşğul olur. Rəhbər şəxs vəzifə ilə sağollaşan kimi isə payızın sarı yarpaqları kimi tökülməyə başlayırlar. Lap elə bu günlərdə 17 illik “taxt-tacı”ndan edilən eks-vergilər naziri Fazil Məmmədov kimi...
F.Məmmədov sabiqlər sırasına qatılandan sonra məlum oldu ki, sən demə bacısının əri onun tabeliyində olan nazirlikdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyirmiş. Qaynı postundan uzaqlaşan kimi isə Namiq Quliyev ərizə yazaraq işdən ayrılıb... Amma bu, yalnız faktlardan biridir...
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yaxın qohumların birgə işləməsinə yol verilmir.
Qanunda göstərilib ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev sayta deyib ki, yaxın qohumların eyni qurumlarda, tabeli münasibətlərdə çalışması yolverilməzdir:
“Bu maraqlar toqquşmasına, korrupsiya faktlarının artmasına, etik davranış qaydalarının pozulmasına gətirib çıxarır. İstər Azərbaycan qanunvericiliyində, istərsə də beynəlxalq qanunvericilikdə qohumların eyni müəssisələrdə, tabeli münasibətlərdə işləməsinə icazə verilmir. Eyni zamanda, bir-birinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirilməsi maraqlar toqquşması şəraiti hesab olunur. Çox təəssüf ki, bizdə ayrı-ayrı nazirliklərdə tabeli münasibətlərdə qohumlar çalışır.Hətta nazirliyin mərkəzi Aparatı ilə yerlərdəki strukturlarında çalışan, birbaşa həmin qurumların vəzifəli şəxslərinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirən şəxslərin bir-birilə qohumluq əlaqələrinin olması barədə faktlar var. Bunlar tez-tez rast gəlinən hallardır. Təəssüf ki, bir sıra hallarda “Korrupsiya qarşı mübarizə haqqında” Qanunun, eyni zamanda “Dövət qulluğu haqqında” Qanunun tələblərinin pozulmasının şahidi oluruq”.
Hüquqşünas belə faktların mövcudluğunun sirr olmadığını bildirib: “Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir”.
Qeyd edək ki, bu məfhum adını latınca “bacıoğlu” sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.
Ə.Nuriyevin sözlərinə görə, yaxın qohumların eyni müəssisədə çalışması qadağan olunmasına baxmayaraq, tətbiqi mexanizmləri yoxdur:
“Hətta bu məsələlərə görə məsuliyyəti müəyyənləşdirən normalar da yoxdur. Bu sahədə qanunda boşluqlar var. Əlbəttə ki, bu, seçkili orqanlara şamil olunmur. O şəxslər ki, konstitusion institutların təşkilindədir, onların qohumları ilə birlikdə çalışmaları qadağan olunmur.
Problemin aradan qaldırılması üçün maneələrdən biri də vəzifəli şəxslərin maraqlarını toqquşmasının qarşısının alınması haqqında qanunun olmamasıdır. Bu da müəyyən dərəcədə problemi həll edə bilər”.
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
29 dekabr 2025 17:33
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Ver ki, VERƏN MƏRD OLAR...
26 noyabr 2025 23:39
- Daxili işlər naziri Gürcüstana səfər etdi, birgə saziş imzalandı
21 noyabr 2025 13:28
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
