İsa Qəmbər elə şeylərdən yazdı ki...
İsa Qəmbər elə şeylərdən yazdı ki... - zamanda gizlənən gerçəklər (FOTO)
Azərbaycan parlamentinin sabiq rəhbəri, SDM -in başqanı İsa Qəmbər tarixi məqalə ilə çıxış edib.
Musavat.com xəbər verir ki, özünün Facebook səhifəsində Azərbaycan tarixinin mühüm bir detalı haqqında məqalə yazan İsa Qəmbər 28 il öncə, 6 yanvar tarixinə təsadüf edən mühüm bir hadisənin detallarını təsvir edib. Azərbaycan Xalq Cəbhəsinin III Konfransının ilk günü haqda yazan İsa Qəmbər 20 yanvardan iki həftə öncə 20 yanvar təhlükəsi haqda xəbərdarlıq çıxışə edibmiş. Onun səs gətirəcək və müzakirələrə səbəb olacaq məqaləsini olduğu kimi təqdim edirik:
***
6 yanvar 1990...
AXC-nin lll konfransının 1-ci günü...
AXC-nin l (təsis) konfransı 1989-un 16 iyulunda keçirilmişdi.
1989-un dekabrın 10-da isə ümumi qərar olmasa da , AXC İdarə Heyətinin bir neçə üzvünün təşəbbüsü ilə konfrans keçrilmişdi, biz də təşkilatın və hərəkatın birliyini qorumaq naminə həmin konfransda təşkilatı məsələlərə baxılmaması şərti ilə tədbiri AXC-nin ll konfransı adlandırmağa razılaşmışdıq.
Beləliklə 6 yanvar 1990-da dəhşətli dərəcədə soyuq və qarlı bir havada AXC-nin lll konfransı Azərbaycan Elmlər Akademiyasının əsas zalında işə başladı. Ölkəmiz dərin böhran, nəhəng problemlər və nəhəng imkanlar dönəminin ən həlledidci məqamına daxil olmuşdu. Qarabağ problemi dərinləşmiş, xaql hərəkatı sadəcə ərazi bütövlüyü uğrunda mübarizə mərhələsindən müstəqillik mərhələsinə keçməyə başlamışdı. 1990-ın mart ayında bütün sovet respublikaları kimi Azərbaycanda da parlament (Ali Sovet) seçkiləri keçirilməli idi.
AXC-nin ilk və əbədi sədri Əbülfəz Elçibəy və AXC-nin 15 üzvü olan İH-nin böyük əksəriyyəti xalqımızın tarix boyu yaranmış və yaradılmış problemlərini həll etmək, iki əsrə yaxın davam edən müstəmləkə durumundan qurtulmaq üçün yaranmış ikinci pəncərədən maksimum fayda və minimum itki ilə yararlanmaq üçün mümkün olan hər şeyi edirdi. Amma çətin idi, bu gün çox sadə görünsə də çox çətin...
Problemlər kəskinləşdikcə, mövzular böyüdükcə hərəkat rəhbərliyində, AXC İdarə heyətində fikir ayrılıqları artırdı.
İH-nin üç üzvü: Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlıdan ibarət qrup şərti olaraq “radikallar” adlandırılırdı. Digər üç üzv: Zərdüşt Əlizadə, Leyla Yunus və Ələkrəm Hümbətov “solçular” hesab edilirdi. İH-nin əksəriyyəti – yeddi üzv şərti olaraq “liberallar” adlandırılırdı: Sabir Bağırov, Pənah Hüseyn, Hikmət Hacızadə, Tofiq Qasımov, Yusif Səmədoğlu, Canbaxış Umudov və bəndəniz İsa Qəmbər (o zaman Qəmbərov).
Nəcəf Nəcəfov və Sülhəddin Əkbər bu qruplara daxil deyildilər və tək hərəkət edirdilər. Hətta Nəcəf bəyin dekabrın sonlarında səmimi bir şəkildə mənə dediklərini unutmağım mümkün deyil: “İsa, sənə qulaq asıram, sənin mövqeyin, arqumentlərin mənə inandırıcı gəlir, Etibara qulaq asıram, onun sözləri mənə inandırıcı gəlir.” Bu sözləri təsadüfi qeyd etmədim, əgər Nəcəf Nəcəfov kimi prinsipial, yüksək intellektə malik bir insan mövqeyini müəyyənləşdirməyə çətinlik çəkirdisə, görün bütövlükdə ictimai fikir necə böyük sarsıntıdan keçrdi. Yəni məsələ sadəcə “yaxşı-pis”, “ağıılı-axmaq”, “vətənpərvər-xain” fərqləri müstəvisində deyildi.
lll Konfrans dövrün çağırışlarını dəyərləndirməli, hədəfləri dəqiqləşdirməli, bütövlükdə cəbhənin, eyni zamanda İH-nin fəaliiyətini qiymətləndirməli və yeni rəhbərliyi seçməli idi.
Reqlamentə görə hər bir İH üzvü 10 dəqiqəlik çıxış edə bilərdi. Ömrümdə ilk və son dəfə israrlı şəkildə bir neçə dəfə əlavə vaxt istədim, İH üzvü olan bir neçə həmkarım da sağ olusn, öz 10 dəqiqələrini mənə güzəştə getdiklərini bildirdilər. Nəticədə nə az-nə çox düz bir saat danışdım! Hərəkatın yaranma səbəbləri, AXC yaranandan o günə qədər fəaliyyəti, uğurları və yanlışları, 1990-cı ildə əsas hədəflərimiz, yaxınlaşan parlament seçkilərinin önəmi, orda qalib gələrək əsas hədəflərimizə çatmağın mümkünlüyü, yaxın aylarda yersiz radikallığın ziyanlı ola biləcəyi, Moskvanın bundan bəhanə kimi istifadə edərək Azərbaycana yenidən hərbi qüvvə ilə hücüm edib, xalqa zərbə vuracağı, AXC-nin seçkilərdə legitim qüvvəyə çevrilərək müstəqillik qərarlarının qarşısını alacağı təhlükəsindən və s. və s. danışdım, üstəlik 7 nəfərlik qrupumuzun hazırladığı məncə mükəmməl analitik yazının da əksər hissəsini oxudum.
Sonradan çıxışımın mətnini oxuyan bir sıra insanlar deyirdilər ki, 20 yanvardan iki həftə öncə 20 yanvar faciəsi təhlükəsindən danışmısan...
Cəbhəçilər doğrudan də mənim xətrimi çox istəyirmişlər: konfransın o gərgin mühitində, o cür vaxt qıtlığında, hamı çıxış etmək istərkən 1 saat mənim çıxışıma dözdülər.
![]()
Musavat.com
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
3 aprel 2026 23:39
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- 107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk
7 dekabr 2025 00:40
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab
11 noyabr 2025 11:04
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
