Antiinhisar Siyasəti Dovlət Xidmətinin rəisi Zahid İsayevə sərt ittiham-YENİLƏNİR

Yaxud, «Saxta “Baranovara” yağını Azərbaycana kimlər gətirir?
Dövlətin və onun vətəndaşlarının istehlakçı hüquqlarını qorumalı Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdfiəsi Dovlət Xidmətinin rəisi Zahid İsayevin komandası lazımi səviyyədə çalışsaydı, yəqinki Azərbaycanın dükan və bazarları saxta məhsullarla dolub-daşmazdı…
Bilənlər bilir ki, Sovet hakimiyyəti illərində kolxoz və sovxozlar var idi və bu təsərrüfatlarda südlük mal-qara saxlanılardı, hər il dövlətə plan üzrə artıqlaması ilə süd və süd məhsulları təhvil verilərdi. Üstəgəl, əhalinin kənd yerlərində saxladığı və gündəlik ərzaq istehlakında istifadə etdiyi südlük mal-qaranı da bura əlavə etsək, mənzərə aydın olar…
Bu qədər kərə yağı indii necə peyda olub?
…Və kimsə dana bilməz ki, xatırladığımız həmin illərdəki smetanın, kərə yağının, südün, pendirin… dadını artıq çoxdan itirmişik. Daha doğrusu, bəzi üzdəniraq sahibkarlar bizi çoxdan bu dadı itirməyə məcbur ediblər… Məsələn, indi həmin kolxoz və sovxozlar yox ikən, dükan-bazarlarımızdakı bu qədər kərə yağı harda və necə istehsal olunur? Bəli, bəzi bölgələrdə fermer təsərrüfatları var, amma Sovet dönəmində görməyə alışdığımız mal-qara, qoyun-quzu sürülərini indi kim görür???
Bəs belə isə, Azərbaycandakı ticarət şəbəkələrində aşıb-daşan kərə yağı necə əldə edilir? Hazırda 1 kq-nın qiyməti 15-25 manat arası dəyişən kərə yağlarının qiyməti artsa da, onların təbii dadı təəssüflər olsun ki, yoxa çıxıb. Dəfələrlə deyilməsinə baxmayaraq, yağ saxtakarlarının qarşısını alan yoxdur. «Təzadlar» dəfələrlə yazıb: ölkədə şəkər və ürək-damar xəstələrinin sayının durmadan artmasının baiskarı məhz sintetik-saxta yağ istehsalçılarıdır. Azırbaycanda isə hələki İstehlakçıların Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Eyyub Hüseynov var və sədr istehlakçıların deyil, bəzən istehsalçıların hüquqlarının müdafiəçisi kimi tanınır. Ya da hərdən «ATV-nin «Yoxlama»sının baş dequstatoru qismində çıxış edir…
Sallaqxanalardakı qoyun piyi niyə son vaxtlar yoxa çıxıb???-ŞOK
Bu yaxınlarda özəl şirkətlərin birində kərə yağı istehsalı üzrə mütəxəssis kimi çalışmış oxucumuz bizə dəhşətli faktlardan bəhs etdi. Onun söylədiklərindən məlum olurdu ki, indi kərə yağı kimi əhaliyə sırıdılan yağların böyük bir qismi sallaxanalardakı qoyun piyinin və quyruq yağının xüsusi kimyəvi maddələr və texnologiyalar əsasında bərk yağa-kərə yağına çevrilməsində istifadə olunur.
Müsahibimizlə dialoqdan. Deyir:
-Son vaxtlar fikir vermisinizmi, qoyun-mal kəsimi sexlərində (sallaqxanalarda) həmişə yığılıb qaldığını müşahidə etdiyimiz piy və quyruqlar yoxa çıxıb…
-Hə, müşahidə etmişik…
-Səbəbini bilirsiniz?
-Yox…
-Səbəbi odur ki, bəzi yağ fırıldaqçıları bütün günü həmin piylərin yığılması ilə məşğuldur. Həmin piylər xüsusi gizli sexlərdə kimyəvi proseslərdən keçirilir və tərkibinə xüsusi maddələr vurularaq onardan kərə yağı istehsal edərək əhaliyə satırlar… Və belə təbii olmayan yağlar isə şəkər, ürək-damar xəstəliklərinin səbəbkarıdır. Allah-Təala insanı elə yaradıb ki, onun bədən temperaturunda əriyən və qana sovrula bilən yağları yaradıb. Məsələn, kərə yağı, təbii bitki yağları… Lakin sintetik yağlar bədən temperaturunda belə həzmə getmir. Kanalizasiya borularına axıdılan yağlı sulardakı yağ boruların divarını necə tutursa, damarlarımızda da bu sintetik və saxta yağlar elə bir mənzərə yaradır. Bu da qan təzyiqini, şəkər xəstəliyini, ürək-damar və s. xəstəlikləri sürətləndirir…
Bəs saxta “Baranovara” yağını Azərbaycana kimlər gətirir?
Azərbaycanda idxal edilən yağ bazarında isə hazırda «it yiyəsini tanımır» desək yanılmarıq. Təkcə dünən 5 iri supermarketdə 23 növ kərə yağına rast gəldik. Əslində isə, onların 70-80 faizinin üzərindəki kağız-etiketi fərqli idi, tərkibi isə müxtəlif qarışıqlardan ibarət eyni saxta yağlar. Belə fırıldaqçıların isə hələki qarşısını kəsən, millətin-xalqın genefondunun məhvinə hesablanmış bu təxribatın nə məqsədlə edildiyini soruşan yoxdur. Niyə? Biz nə vaxta kimi saxta məhsullarla nəfsimizin təminatını təmin edərək vətəndaşlarımızın həmişəlik xəstə salınmasına baiskar olacağıq???
***
Mətləbə keçək: bu günlərdə Şuşa rayonundan məcburi köçkün, hal-hazırda Sumqayıt şəhərində məskunlaşmış Orucov Nazim Gəncəli oğlu redaksiyamıza gəldi. O, Baş Prokuror Zakir Qaralova, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdfiəsi Dovlət Xidmətinin rəisi Zahid İsayevə və “Təzadlar” qəzeti redaksiyasına ünvanlı şikayət məktubunu bizə təqdim etdi. Şikayət ərizəsində onun bu günlərdə Sumqayıtdakı iri ticarət şəbəkələrindən («Səda», «Ən ucuz market», «Ən ucuz gipermarket» və s.) aldığı saxta kərə yağından bəhs olunurdu. Şikayətçi həmin yağın bir nümunəsini də bizə təqdim edərək dadına baxmağımızı xahiş etdi. Dadına baxmasaq da, iyindən dərhal hiss etdik ki, burnumuza saxtakarlığın «ətri» gəlir…
Ərizədən sitat:
-Çox hörmətli cənab Baş Prokuror Zakir Qaralov!
Hörmətli Zahid müəllim!
Hörmətli redaksiya!
Ərizəmlə yazıb Sizə bildirirəm ki, təqdim etdiyim xüsusatlar əslində, ən ağır cinayətlər kateqoriyasına aid edilməlidir. Belə ki, bir nəfər cinayətkar ölümə süi-qəsd edərək kimisə öldürürsə, bu bir nəfərin həyatdan məhrum edilməsidir. Lakin saxta ərzaq məhsulu ilə minlərlə insanın sağlamlığını məhv etmək zənnimcə, daha bağışlanılmaz cinayətdir.
Cənab Prezident İlham Əliyevin gözəl bir sözü var: «Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər». Ancaq bu o demək deyildir ki, hər bir sahibkar bu sözlərdən yaralanaraq nə istəs onu edə bilər, keyfiyyətindən asılı olmayaraq necə gəldi isdədiyi məhsulu-malı Respublikamıza gətirə bilər. Gərək sahibkarlar da əvvəlcə öz vicdanı qarşısında hesabat verərək kimisə aldatmasın, gətirdiyi mal üçün məsuliyyət daşısın.
Ancaq çox təəsüf ki, elə sahibkarlar var vicdanını, bir müsəlman kimi Allahımızı unudaraq necə gəldi millətimizi aldatmaqla öz şəxsi qazancını artırmaqla məşğuldurlar. Onu da qeyd etmək istəyirəm ki, bu tək sahibkarların işi deyil. Onalara himayədar olan digər rəhbər vəzifələrdə işləyənlərin işidir.
Mən 30.12.2017-ci il tarixdə Sumqayıt şəhərində yerləşən iri ticarət dükanlarının birindən “Baranovara” kərə yağı adlı 2,606 kq çəkidə yağ aldım. 31.12.2017-ci ildə bu yağdan istufadə edəndə yağın kərə yağı olmadığını dərhal bildim və bu barədə mağazaya müraciət edərək satmış olduqları yağın keyfiyyət sertifikatını istədim. Bir çox bəhanələrlə sertifikatın mağazada olmadığını, baş ofislərində olduğunu bildirdilər. Get-gəllər olsa da, nəhayət, 04.01.2108-ci il tarixdə yenidən mən həmin mağazaya getdim və sertifikatı istədim. Mağazanın əməkdaşı baş ofislə əlaqə saxlayaraq mənə 055-299-72-74 telefon nömrəsini verdi ki, bu yağı onlara gətirən Zaur adlı şəxdir, özü əlaqə saxlayım. «Biz sənə sernifikat verə bilmərik», -dedilər. Mən isə öz növbəmdə onlara bildirdim ki, axı, mən yağı Zaurdan yox, sizdən almışam, cavabdeh də sizsiniz və s. Evə qayıdıb yağın üzərindəki etiketə göz gəzdirdim. Orada göstərilən telefonlarla istehsalçıya, yəni Ukraynadakı zavoda zəng vurdum. Telefon qəsdən səhv yazılmış idi. Sonra internet vasitəsi ilə “Baranovskiy” süd məhsulları zavodunun rəsmi internet səhifəsini tapdım və zavodun özü ilə birbaşa əlaqə saxladım (http://www.tph-food.com/ru/, otdel prodaj (moloçnaə produküiə) tel.: +38 067 760 50 26, e-mail: [email protected]). Zavodun rəsmi nümayəndəsi bildirdi ki, «Bizim zavodda Məmmədov Zaur Həsən oğlunun (VÖEN: 2301132472) gətirdiyi “Baranovski” adlı kərə yağı istehsal edilmir».
Sonra onlar mənə bu təqdimatı göndərdilər: Zavodumuz aşağıdakı formada məhsul istehsalı ilə məşğuldur:
«-ООО «Барановский Молокозавод» Барановский Молокозавод – крупный производитель масложировой продукции в Украине. Производственный потенциал – 50 тонн в сутки готовой продукции.
Ассортимент продукции:
-масло сливочное
-спреды
-смеси из сливочного и растительного масел
Завод производит продукцию под такими ТМ:
-Молочный Фермер
-МЫЛК ФАРМЕР».
Hörmətli cənab Baş Prokuror! Hesab edirəm ki, Zaur adlı şəxsin Azərbaycana gətirdiyi bu yağ heç gömrükdən keçməyib, çünki orada yağın sertifikatındakı saxtakarlıq dərhal üzə çıxa bilərdi. Həmin yağ Bakıda, məsələn, hardasa, Keşlədə, «NZS», yaxud başqa gizli sexlərdə istehsal olunur. Şübhələr kifayət qədərdir. Odur ki, yaranmış vəziyyətin obyektiv araşdırılması, “Baranovski” kərə yağının hansı yolla gətirildiyi, necə keyfiyyət sertifikatı verildiyi, gömrük nəzarətindən necə keçirildiyi, heç bir yoxlama aparılmadan mağazalara necə satışa çıxarılması barəsində araşdırma aparılmasını Sizdən xahiş edirəm. İnanıram ki, düzgün, obyektiv araşdırma apararaq belə möhtəkirlərə qarşı lazımı tədbirlər görəcəksiniz».
***
…Şikayətçi ilə bu gün əlaqə saxladıq. Bildirdi ki, İqtisadiyyat Nazirliyinin qaynar xətinə etdiyi zənglə bağlı bir həftədən sonra, yəni bu günlərdə ona elektron məktub göndərilib ki, darıxma, araşdırıb tədbir görüləcək…
Şikayətçi Nazim Orucov isə deyir: «Qaynar xətt ondan ötrüdür ki, operativ tədbir görülsün. Çünki saxta məhsul əhaliyə satılmamış onun yığışdırılması vacibdir. Lakin şikayətimdən sonra hər gün həmin dükanları izləmişəm və yağ rahatca satılıb. İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdafiəsi Dovlət Xidmətinin rəisi Zahid İsayevin rəhbəri olduğu, dövlətin və onun vətəndaşlarının istehlakçı hüquqlarını qorumalı bir Dövlət xidməti belə işləyirsə, Azərbaycanın dükan və bazarları saxta məhsullarla niyə dolub-daşmasın???».
Mövzunu özümüz də araşdırırıq və bizi izləyin. Çünki saxta yağ istehsal edən iki sexin izinə özümüz düşmüşük…
«Təzadlar»ın Araşdırma Qrupu
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 2025 10:50
- Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı
13 avqust 2025 22:27
- Doğum tarixiniz təsadüfi deyil - SEHRLİ GÜC
13 avqust 2025 10:13
- Aleksandr Duqindən Putinə: Çar var – beyin yoxdur, Rusiya BAŞSIZ TOYUQ kimi...
13 avqust 2025 09:57
- Bakı Metropoliteni-ndə yeni təyinat
11 avqust 2025 17:11
- Azərbaycanlı fəhlə necə MİLYARDER oldu? – Yarımçıq ömür
10 avqust 2025 22:36
- İntihar edən əsgərin MƏKTUBU: Mən bu adamın hərəkətlərinə DÖZƏ BİLMİRƏM...
10 avqust 2025 15:34
- Musa xalası qızı ilə, Təranə isə hərbçi ilə evliymiş - Onlar necə ailə qurub?
10 avqust 2025 14:28
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 00:45
- Tatarıstanlı nazir Talibanı -mehriban quldurlar- adlandırıb
16 avqust 23:25
- Zelenski Putinin tələbini rədd etdi
16 avqust 22:59
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 19:46
- Vidadi Babanlı vəfat etdi
16 avqust 19:38
- Birgə səylər beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər
16 avqust 10:46
- Avropanın tərk edilmiş ən qorxulu 4 kəndi (FOTO)
16 avqust 10:29
- Trampdan Zelenskiyə məsləhət: Rusiya çox böyükdür, siz isə yox – razılaşma bağlayın
16 avqust 09:23
- Putin və Trampın görüşü ilə bağlı ilginc detallar
16 avqust 01:03
- Bir vaxtlar dünyaya pambıq satan Özbəkistan... ABŞ-dan pambıq alacaq
16 avqust 00:34
- Vladimir Putin və Donald Tramp Alyaskada görüşdü FOTO
15 avqust 23:28
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 17:13
- İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
15 avqust 16:56
- Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub - Tokayev
15 avqust 14:04
- 10 kilometrdən ( 10160 metr) DÜŞÜB SAĞ QALAN stüardessa - Sirrlə dolu...
15 avqust 12:35
- Rus rublundan qurtuluş - Azərbaycan manatının DOĞUM GÜNÜ - 33 İL
15 avqust 10:28
- Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir
15 avqust 10:13
- Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva
15 avqust 09:56
- Rusiya gözəli faciəvi şəkildə öldü
15 avqust 09:45
- Putin Maqadandadır - 10 ildən çoxdur getmirdi
15 avqust 09:27
- Azərbaycan AZAL-ın təyyarəsinə QƏSDƏN hücum olduğunu DÜŞÜNMÜR - İlham Əliyev
15 avqust 08:52
- Solovyov Azərbaycanı -ləzgi seperatizm -i ilə hədələdi – Kremlin növbəti iyrənc planı
15 avqust 00:49
- Puqaçova Rusiya vətəndaşlığından imtina etdi
14 avqust 23:49
- Ərdoğan ondan 1 milyon təzminat istəyir
14 avqust 23:11
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 16:20
- Yuri Qaqarinin həyat yoldaşına VİDA MƏKTUBU
14 avqust 14:30
- Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi - FOTO
14 avqust 12:15
- Xalq artisti Elmira Rəhimova - 88 YAŞ
14 avqust 11:35
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 11:13
- 143 MİLYON mənimsəmə cinayətində adı keçən polkovnik öldü
14 avqust 10:50