- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
“Tabutun açılmasını istədim, qoymadılar”

Şəhidlər qürurumuz, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onlar ıunutmağa heç bir haqqımız yoxdur...
Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz “Aprel döyüşləri”ndə şəhid olmuş tabor komandiri Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədovadır.
Qısa arayış: Rasim Əbdül oğlu Məmmədov 1977-ci ildə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədov 1983-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə gedib və 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirib. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətinə N saylı hərbi hissədə davam edib.
Rasim və Məmmədovla Samirə xanımın evliliyindən Asim adında oğulları və Aysu adında qızları dünyaya gəlib.
Sonralar mayor rütbəsinədək Rasim Məmmədov 2016-cı ilin aprel ayında cəbhədə baş verən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
2016-cı il aprelin 5-də Rasim Məmmədov doğulduğu Babək rayonunun Cəhri kəndində son mənzilə yola salınıb.
Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edilib.
“Məktub ayrılıq gətirir”
Samirə Məmmədova Rasim Məmmədovla xalaqızı-xalaoğlu olsalar da, ailələri ilk vaxtlarda bu evliliyə heç də razı olmayıblar.
“Rasimlə xalaqızı xalaoğluyuq. Mənim 13 yaşım olanda Rasim məni sevib. Baxmayaraq ki, ailələrimiz bu evliliyə razı deyildi, amma Rasim bütün maneələri yararaq münasibətləri ciddiləşdirdi. Məni ailədə oğlan kimi böyüdüblər. Heç vaxt qız uşaqları ilə oynamamışam. Kənd yerində isə ailələrə iş görməyi bacaran qızlar daha gərəkli olub. Mənim kimi qızları valideynlər oğlanlarına almaq istəməyir. 1996-cı ildə Rasim Ali Hərbi Məktəbə daxil oldu və Bakıda oxumağa başladı. Həmin vaxtlarda Rasim anasıgilin qarşısında belə şərt qoyub. “Ya o qızı mənə alacaqsız, ya da məni bir daha görməyəcəksiz”.
Evdən təhsil almağıma icazə vermədilər deyə orta məktəbə getməmişəm. O vaxtlar mobil telefonlar yox idi. Hər dəfə qardaşından anasıgilin elçi getməsi ilə bağlı məlumatlar alırdı. Oktyabrın 5-də bizə elçi gəldilər. Telefon olmasa da, Rasim mənə məktublar yazıb göndərirdi. Hətta təbii gülün üstündə kardondan kəsib düzəltdiyi ürək şəkli göndərmişdi. Ürəyin içində adımızı yazmışdı. Amma Rasim evlənəndən sonra mənə yazdığı məktubları saxlamağıma icazə vermədi. Dedi “məktub ayrılıq gətirir. Onları saxlama”, cırıb atdı. Amma nə biləydi ki, bir gün yazdığı sevgi məktubları deyil, müharibə ayrılıq gətirəcək. Bircə gülün üstündə olan ürək şəklini saxlayıram”.
“Nə bilirsən ki, o vaxta kimi sağ qalacam...”
Şəhidin həyat yoldaşı deyir ki, Rasimin yoxluğu barədə dediyi söz ona çox pis təsir etmişdi.
“1999-cu ildə evləndik. Bir il rayonda yaşayası oldum. Rasim məktəbi 2000-ci ildə bitirdi və biz Bakıya köçməli olduq. Evlənəndən 3 il sonra övladımız oldu. Rasim haqqında o qədər danışaram ki!... Yoxsul günlərimiz olsa da, bir-birimizə bağlı olduq. Rasim çox şən insan idi. Bəzən qohumlar hərbçi olduğuna görə Rasimi çox ciddi hesab edirdilər. Sonra şəkillərimizə baxanda onun pozitiv olmasına təəccüb edirdilər. Rasim mühafizəkar ər olmayıb. Amma bəzi qadağaları vardı. Biz müxtəlif yerlərdə yaşamışıq. 15-20 rayonda yaşasaq da, Rasimsiz çölə çıxıb çörək belə almamışam. Özünün yoxluğunu tez-tez dilə gətirirdi. Hətta bir vaxtlar 3-cü uşağımızın olmasını da dilə gətirmişdi. Sadəcə, mənim ana olmağa qədər keçirdiyim hal asan olmurdu. Səhhətimdə müəyyən problemlər olurdu.
2016-cı ilin əvvəlində Rasimə dedim ki, doğum günündə ola bilər ki, (Rasimin doğum günü mayın 20-dir)sənə sürpriz edim. Rasim isə cavabında gözlənilmədən “nə bilirsən ki, o vaxta kimi sağ qalacam” dedi. Ona görə də 3-cü övladımızın olmasını istəmirdi.
Rasim evdə olanda xəritələr cızırdı, erməni saytlarına girib nələrsə oxuyurdu. Buna görə çox narahat olurdum. Qaynatama, qaynanama zəng edib Rasimin gizli işlər gördüyünü və heç nə demədiyini bildirirdim. Rasim isə hər dəfə cavabında “mən getməyim, o getməsin, bəs kim getsin?!” söyləyirdi.
Rasim mənim və övladlarımın bir sözünü iki etməzdi. Bizi çox istəyirdi. Qızımız Aysu ilə bağlı arzuları vardı. Aysunu həkim görmək istəyirdi. 5-6 il bundan qabaq həkim xalatı alıb evə qoydu ki, “qızım həkim olacaq və bu ağ xalatı geyinəcək. Mən də baxıb sevinəcəm”. Amma sevinə bilmədi. Aldığı həkim paltarı indi evdə qalıb”.
“Heç kəsin etmədiyini biz etdik”
Samirə xanımın sözlərinə görə, müharibənin içində o gecəni çox ağır keçiriblər:
“Son bir il olardı ki, Rasimlə Horadizdə qalırdıq. 2016-ci ilin Novruz bayramını birlikdə şən və sevincli keçirdik. Martın 31-i evdən çıxmalı idi. Gəlib divanda uzananda yatağında yatmağı məsləhət gördüm. Yatağında yatsa işə gecikəcəyini söylədi. Həmişə evdə olanda başını dizimin üstünə qoyurdu ki, mən ayağa qalxanda xəbəri olsun. İstəmirdi,yanından harasa getməyimi. Qapı döyüləndə bilirdik ki, Rasimdir. Uşaqlar da yolunu səbirsizliklə gözləyirdi.
Martın 31-də evdən çıxanda heç bir şey hiss elətdirmədi. Onsuz da qapıdan içəri girəndə də, çıxanda da bizi öpürdü. Bu dəfə də elə etdi. Ənənəni pozmadı. Elə oldu ki, aprelin 1-də qonşu dedi ki, yoldaşı zirzəmidə qalmağı məsləhət edib. Mən də Rasimə bu barədə deyəndə “səninlə 1 aprel zarafatı edib” söylədi. Mən qorxub həyəcanlanmayım deyə, belə deyibmiş.
Aprelin 1-də vəziyyət çox pis idi. Elə aprelin 1-dən 2-nə kimi evin “podval”ında qalmalı olduq. Cəbhədəki müharibəni gözümüzlə görürdük. Vertolyotlar başımızın üstündən uçurdu. Aprelin 3-nə kimi danışmaq imkanımız oldu. Rasimə Bakıya getmək istəmədiyimi deyirdim. Amma aprelin 2-si axşama yaxın Bakıya getməli olduq. Aprelin 3-də gecə saat 12-də danışarkən dedi ki, “narahat olma, hər şey yaxşıdır. Heç kəsin etmədiyini biz etdik”. Məni bu formada aldadırdı. “Mən yatıram, sən də yat” söylədi.
Heç demə yatmaq nədir, müharibənin içində yatmaq olar?!Aprelin 4-ü səhər Rasimə zəng etməyə başladım. Telefonuna zəng çatmırdı. Sonra mənəqaynatamın vəziyyətinin yaxşı olmadığını dedilər. Dərhal Naxçıvana getməli idik. Dayanmadan Rasimə zəng edirəm ki, vəziyyəti anladım. Amma alınmırdı. Qorxurdum ki, atasının vəziyyətinin yaxşı olmadığını eşidər, fikri dağılar, Rasimə nəsə olar. Düzü, uşaqları aparmaq istəmirdim ki, qayıdacağıq. İsrarla uşaqları da gətirməyimi istədilər. Hava limanına çatanda qızıma dedim ki, saytları aç gör nə xəbər var. Qızım interneti açanda “Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub” başlıqlı yazı oxudum. “Bunlara bax hələ. Qardaşı yazmaqdan qardaşı oğlu yazıblar” dedim. Hələ də mənə çatmırdı ki, Rasim şəhid olub. Ağlımın ucundan da keçməzdi ki, Rasimə nəsə olar. Əmilərinə zəng edib“bu nədir yazırlar?” söylədim. Onlar telefonda ağlayanda başa düşdüm ki, Rasimə nəsə olub.
Uşaqlar “yox” sözü eşitməmişdi. Ancaq pozitivə köklənmişdik. Demişik, gülmüşük, gəzmişik. Onlara görə sakit olmalı idim. Mənə nə qədər sakitləşdirici iynə vursalar da, xeyri yox idi. Həyatımızda maddi çətinliyimizin olduğu vaxtlar da olub. Uşaqlarımızın ağlı kəsəndən sonra günümüzə şükür edirdik. Həyətə girəndə gördük ki, hardan-hara mağar qurulub. Bütün dünya başıma fırlandı. Gecə saat 12-də Rasimin cənazəsini gətirdilər. Tabutun açılmasını istəsəm də, “şəhidin üzünü açmazlar” deyib qoymadılar”.
“Rasimin iyi gəlir”
Şəhid xanımı deyir ki, Rasimin hərb işinin çətinliyinə görə bəzən onun peşəsini dəyişməsini arzulayıb.
“Bu,o vaxtlar baş verirdi ki, biz yerimizi dəyişməli olurduq. Başımda bir az ağrılarım olurdu deyə mənə köməkçi tuturdu ki, səhhətim qaydasında olsun. Onu hərb sahəsindən uzaqlaşdırmağı çox istədim. Deyirdi ki, “balam, mən gedib başqa işlə məşğul ola bilmərəm”.(mənə həmişə balam deyirdi) Bu yolu seçmək özünün istəyi idi. Həkim olmağı çox istəyirdi. Alınmadı. Tarix müəllimi ola bilərdi. Sadəcə, o yolla getmədi. Atası 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə vuruşub. Rasim də atasının, bu torpağın qısasını almağı qarşısına hədəf olaraq qoymuşdu. Şəhid olmaqla atasının qisasını almış oldu.
Həyatın amansız qanunları var. 24 il yataqda yatan insan, oğlunun düz 24 günlük şəhidliyinə dözə bilmədi. Qayınatam vətənə bağlı insan idi. Rasim şəhid olandan sonra vəziyyəti gərginləşmişdi. Uşaqları götürüb qayınatamın yanına gəldik. Qızım atasına çox bənzəyir. Qızımı elə öpdü ki, uşağın yanağını içinə çəkdi. Dedi “Rasimin iyi gəlir”. Aysunu Rasim kimi görürdü.
Rasimdən sonra elə bir bayram, özəl gün yoxdur ki, onun məzarı başına toplaşmayaq. Mütləq gedib məzarı başında atamızla birgə keçiririk. Oğlum da hərbçi olmaq istəyir. Onu yolundan yayındırıb deyirəm ki, “get, həkim ol. Qurban əmin kimi vəkil ol”. Uşaq da deyir ki, “nə deyirsən de. İndi uşağam idarə edirsən. Böyüyəndən sonra idarə edə bilməyəcəksən. Atam kimi hərbçi olacam”.
“Mənim “balam” böyüməyəcək” desə də...
Samirə xanım danışdıqca, ara verirdi. Ağlayırdı. Şəhid olmuş həyat yoldaşının paltarlarını yumadığını bildirir:
“Rasim atasının vaxtilə döyüşdə yaralandığı paltarı saxlayırdı. Hara köçürdüksə, atasının paltarını da aparırdı. Əhd eləmişdi. “Atamın qısasını alandan sonra bu paltarı bir dəfə əynimə geyinəcəm”. İndi mən də onun paltarlarını saxlayıram. 2 ildir ki, onun paltarlarını yumuram. Axı, o paltarlardan onun qoxusunu alıram!. Necə yuya bilərəm?! Mən onun paltarlarını qapalı yerdə saxlayıram ki, Rasimin qoxusu uçub getməsin.
Rasim şəhid olanda oğlum Asimin 8 yaşı vardı. Atasını dəfn edib qayıdanda qabağımda dayanıb dedi: “Ana ağlama. Atam səni necə yaşadıbsa, mən də səni o cür yaşadacam”.
Uşaqlar heç vaxt məni ağlayan görməmişdi. Tez-tez oturub atalarından danışırlar. “Atamız bizi belə gəzdirirdi. Bizə bunları alırdı” deyirlər. Rasimin yoxluğu bizi böyütdü. Biz böyüməmişdik. Hər ad günü tortumun üstünə “13” rəqəmi yazdırırdı. Çünki məni 13 yaşım olanda sevmişdi. Hər dəfə deyirdi ki, “mənim “balam” böyüməyəcək. Onu qoymaram böyüsün”. Artıq Rasim şəhid olandan sonra çox böyüdüm. Bütün qayğılar, problemlər məni böyütdü. Rasimdən sonra gözlərim əməliyyat olundu. Yaxını görə bilmirəm. Eynəklə güclə görürəm”.
İndi Rasim yuxularıma tez-tez gəlir. Axırıncı dəfə yuxuda gördüm ki,hər yer yamyaşıldır. Rasim gəlib məni arxadan qucaqladı. Ağladım ki, getmə. Uşaqlar da, mən də sənsizliyə alışa bilmirik. Qarşımda dayanıb dedi. “Hər gün gəlib sizə baş çəkirəm. Elə bilməyin ki, yoxam. Sizinləyəm! Amma mən getməliyəm..”.
“Rasim heç vaxt əmilərinin mövqeyinə qarışmayıb”
Aprel şəhidi olan Rasim Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur. Samirə xanım deyir ki, Rasim heç vaxt əmilərinin mövqeyinə qarşı çıxmayıb.
“Arada Sərdar Cəlaloğlu və Qurban Məmmədovla telefon zənglərimiz olur. Bakıda olanda görüşürük. Hərə öz evində sağ olsun. Rasim heç vaxt əmilərinin mövqeyinə qarışmayıb.
Rasim işinə çox bağlı idi. Həmişə deyirdi ki, “dövlətimin sözündən çıxa bilmərəm. Qərar nədirsə, onu edərəm”. Qurban və Sərdar əmiləri də Rasimim mövqeyinə hörmətlə yanaşırdılar. Heç vaxt da qarşı çıxmadılar. Bilirdilər ki, Rasim bu yolu seçib və bu yolda özünü doğruldub”.
- Süleyman Rüstəm Xalq artistini necə aldadıb... - Bu, yəqin, pərəstişkarım olan qızların işidir..
8 iyun 2025 00:14
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 2025 00:01
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Azercell-də müştəriyə işlənmiş nömrə satdılar – Foto
23 mart 2025 14:50
- Jukov haqqında həqiqətlər – Marşal doğrudan da talançı olub, Almaniyadan 19 vaqon qənimət gətirib
24 fevral 2025 15:15
- Mirmahmud Mirəlioğluna nə olub? (AÇIQLAMA/YENİLƏNİB)
18 fevral 2025 21:56
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
3 yanvar 2025 16:24
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 2024 21:00
- Hüseyn Cavidin anım günüdür. Cavidin baş hissəsini məzardan çıxarıb alnından öpdüm.. - Fotolar
5 dekabr 2024 21:56
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19