Nazir və deputatlarımızın çimdiyi hamamdan reportaj
Bakının Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsi, 41 ünvanında yerləşən, özü də təkcə köhnə bakılıların deyil, nazir və deputatların da istirahət etməyi sevdiyi məşhur "Qasımbəy hamamı"nın 2018-ci ilin martında 140 yaşı tamam olacaq.
“Sputnik Azərbaycan” "Qasımbəy hamamı"ndan reportajı təqdim edir:
Keçmiş zamanlarda Bakıda belə hamamların sayı çox olub, çünki onda kanalizasiya və su sistemləri hər evdə olmayıb. Bu indidir ki, biz səhərlər duş qəbul edib işə qaçırıq.
Keçmişdə şəhər sakinləri üçün çimmək mərasimi əsl bayram olub. Təəssüf ki, hazırda köhnə hamamların əksəriyyəti dəhşətli vəziyyətdədir. Ona görə də bağlanıb.
“Qasımbəy hamamı"nın isə başqalarından fərqli olaraq bəxti gətirib. Çünki sahibləri onun mövcudluğunu qorumaq üçün mümkün olan hər şey ediblər. Hamam Azərbaycan Respublikası ərazisində dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrinin siyahısındadır. O, Bakı hamamları arasında ikinci ən məşhur hamam sayılır. Çünki bu hamamdan indiyə qədər də azərbaycanlılar və turistlər istifadə edir. Bununla əlaqədar olaraq, "Qasımbəy hamamı"nın rəhbərliyi 2018-ci ildə onun 140 illik yubileyini yüksək səviyyədə qeyd etmək niyyətindədir. Bu yubiley mərasiminə yerli məşhurların da dəvət edilməsi planlaşdırılıb.
Hamamın sahibi deyir ki, "Qasımbəy hamamı" 1878-ci ildə o zamanların məşhur milyonçusu, mesenat Qasım bəy tərəfindən tikdirilib və hamam elə onun adını daşıyır. Müəssisə rəhbərinin sözlərinə görə, hamamın binası sənədlərdə göstəriləndən daha qədimdir. Hazırda o, hamam binasının tarixini ətraflı öyrənməklə məşğuldur ki, onun inşa edildiyi ili dəqiq müəyyənləşdirsin.
Mülkiyyətçinin sözlərinə görə, o dövrlərdə islam qaydalarına əsasən məscidlərin yaxınlığında hamam da tikilməli idi ki, inanclı insanlar ibadətdən əvvəl yuyuna və dəstəmaz ala bilsinlər. Bununla əlaqədar olaraq, Qasım bəy əvvəlcə məscid tikdirib, sonra isə onun yanında Bakı sakinləri arasında çox populyar olan hamamı inşa etdirib.
Sovet İttifaqı dağılandan sonra demək olar ki, bütün məişət və xidmət obyektləri özəlləşdirilməyə başladı. Məhz həmin vaxt, 1994-cü ildə hamamın hazırkı direktorunun atası bu hamamı özəlləşdirib və onun mülkiyyətçisinə çevrilib. Hamamı alandan sonra sahibi onu yalnız kişilərin istifadəsi üçün nəzərdə tutub. Direktorun sözlərinə görə, onlar Şəki və Biləsuvar əsilli olduqları üçün hər iki şəhərin adından ilk iki hərfi götürərək hamamı "ŞəBi" adlandırıblar. Hazırda Bakı sakinlərinin əksəriyyəti sözügedən hamamı bu adla tanıyır. Lakin sahibi hamamın adını yenidən dəyişmək niyyətindədir və yeni adı hamamın yubileyində elan edəcək.
"Mən ilk dəfə bu hamama gələrkən divarlardakı kafeli görəndə dərhal məşhur Azərbaycan filmi olan, daha çox "Papaq" adı ilə tanınan "Evlənmək istəyirəm" filmini xatırladım. Sən demə, filmdəki həmin epizod məhz elə bu hamamda çəkilib. Bu günlərdə, yaxında premyerası olacaq "Tayson" filminin bir neçə kadrı da bu hamamda çəkilib" – deyə direktor bildirib.
Hamam xüsusi mülkiyyətə çevriləndən sonra, hazırkı sahibinin ilk işi hamamı əsaslı bərpa etmək olub. Çünki hamam onda çox bərbad vəziyyətdə imiş. Hazırda hamam köhnəsinin tam əksidir. Burada müştərilərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Direktor qeyd edib ki, təmir zamanı köhnə hamamın yarandığı gündən burada olan bir sıra əşyalarını qoruyub saxlamağa çalışıblar. Misal üçün hazırda böyük qiyməti olan mebel və rəsmlər hamamda qalır. Amma direktorun onlardan ayrılmaq fikri yoxdur. O, həmçinin qeyd edib ki, təmir hamamın qədim ruhunu qoruyub saxlamaq üçün köhnə stildə aparılıb.
Hazırda hamamda VIP-müştərilər üçün və sadə adamlar üçün kabinetlər mövcuddur. Çünki bu hamamın özəl qonaqları arasında bir çox nazirlər, deputatlar, Milli Məclisin üzvləri və məşhur şəxsiyyətlər olur. Direktor qeyd edib ki, hamamın ziyarətçilərinin ilk işi duş qəbul etməkdir. Duşdan sonra onlar buxar otağına gedirlər. Çimmək mərasimi hovuzla tamamlanır. Bütün bunlar müştərilərin istəyindən asılıdır.
Bu hamama ən çox qışda tələbat olur. Buxar otağı insanın bədənindən zərərli maddələrin çıxarılmasına və onu sağlamlaşdırmağa qadirdir. Hamamı əsasən bazar günləri ziyarət edirlər. Amma elə insanlar da var ki, onlar hər gün işdən sonra dincəlmək üçün hamama gedirlər.





- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- GƏRGİN DEBAT: Pənah Hüseynlə Nemət Pənahlının SÖZ DUELİ – Elçibəy, 20 yanvar, İran mövzusu....
27 yanvar 2026 14:39
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 2026 20:19
- Nazir onu agentlik sədri təyin etdi
8 yanvar 2026 12:34
- Maduronun mühafizəçiləri qətlə yetirilib
4 yanvar 2026 23:37
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
